BMT QAK-ın nümayəndələri Böyük
Qayıdış Proqramı
çərçivəsində görülən tədbirlər
barədə məlumatlandırılıb
Aprelin 9-da Qaçqınların
və Məcburi Köçkünlərin İşləri
üzrə Dövlət
Komitəsində (QMKİDK) BMT-nin Qaçqınlar üzrə Ali Komissarının (QAK) ölkəmizdəki
nümayəndəsi xanım
Bik Lum və
nümayəndəliyin məsul
əməkdaşları ilə
görüş keçirilib.
QMKİDK-dən AZƏRTAC-a bildirilib ki, komitə sədri Rövşən Rzayev ölkə Prezidentinin tapşırıqları əsasında
işğaldan azad edilmiş ərazilərə
Böyük Qayıdışa
dair I Dövlət Proqramında keçmiş
məcburi köçkünlərin
doğma yurda geri dönüşünün
səmərəli təşkili
ilə bağlı müəyyənləşdirilmiş tədbirlərin uğurla
icra olunduğunu deyib.
Qonaqlara qurumun bu sahədəki fəaliyyət istiqamətləri
barədə məlumat
verən R.Rzayev diqqətə çatdırıb
ki, Birinci vitse-prezident xanım Mehriban Əliyeva həmin kateqoriyadan olan vətəndaşların
problemlərinin həlli
istiqamətində görülən
işləri daim diqqətdə saxlayır,
onlara qayğı göstərir.
Görüş zamanı
qaçqınlara və
məcburi köçkünlərə
BMT QAK-ın dəstəyi
minnətdarlıq hissi
ilə xatırlanıb.
Xanım Bik Lum təmsil etdiyi beynəlxalq təşkilatın fəaliyyəti,
qarşıdakı dövrdə
Böyük Qayıdış
proqramına dəstək
niyyətləri və
bu istiqamətdə görülən işlər
barədə məlumat
verib.
Görüşdə BMT QAK-ın Dövlət Komitəsi ilə əməkdaşlıq perspektivləri
barədə fikir mübadiləsi aparılıb,
qonaqları maraqlandıran
məsələlərə münasibət bildirilib.
Azərbaycan.-
2024.- 10 aprel, №74.- S.10.