"Azərbaycan
Respublikasının Mülki
Prosessual Məcəlləsində,
Azərbaycan Respublikasının
Cinayət-Prosessual Məcəlləsində,
Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində, "Vəkillər
və vəkillik fəaliyyəti haqqında"
və "Təhsil haqqında" Azərbaycan
Respublikasının qanunlarında
dəyişiklik edilməsi
barədə" Azərbaycan
Respublikasının 2024-cü il 23 fevral tarixli
1099-VIQD nömrəli Qanununun
tətbiqi və Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı
ilə təsdiq edilmiş "Rayon (şəhər) məhkəmələrinin
baxdığı inzibati
xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Azərbaycan
Respublikasının Mülki
Prosessual Məcəlləsində,
Azərbaycan Respublikasının
Cinayət-Prosessual Məcəlləsində,
Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində, "Vəkillər
və vəkillik fəaliyyəti haqqında"
və "Təhsil haqqında" Azərbaycan
Respublikasının qanunlarında
dəyişiklik edilməsi
barədə" Azərbaycan
Respublikasının 2024-cü il 23 fevral tarixli
1099-VIQD nömrəli Qanununun
qüvvəyə minməsi
ilə əlaqədar
həmin Qanunun tətbiqini təmin etmək məqsədilə
qərara alıram:
1.Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2017, № 5, maddə 765 (Cild
I) ilə təsdiq edilmiş "Rayon (şəhər) məhkəmələrinin
baxdığı inzibati
xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın
1-ci hissəsində "158.1, 158.2" rəqəmləri "158.1 - 158.2-1" rəqəmləri ilə
əvəz edilsin.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti
"Azərbaycan Respublikasının
Mülki Prosessual Məcəlləsində, Azərbaycan
Respublikasının Cinayət-Prosessual
Məcəlləsində, Azərbaycan
Respublikasının İnzibati
Xətalar Məcəlləsində,
"Vəkillər və
vəkillik fəaliyyəti
haqqında" və
"Təhsil haqqında"
Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik
edilməsi barədə"
Azərbaycan Respublikasının
2024-cü il 23 fevral tarixli 1099-VIQD nömrəli
Qanunundan irəli gələn məsələləri
həll etsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
15 aprel 2024-cü il
Azərbaycan.-
2024.- 16 aprel, № 75.- S.2.