"Məişət
zorakılığının qarşısının
alınması haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
1-ci və 14-cü bəndlərini rəhbər tutaraq qərara
alır:
"Məişət zorakılığının
qarşısının alınması haqqında" Azərbaycan
Respublikasının Qanununda (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2010, ¹ 10, maddə 836 (Cild I)
aşağıdakı dəyişikliklər edilsin:
1. Preambuladan "yaxın" sözü
çıxarılsın.
2. 1-ci maddə üzrə:
2.1. 1.0.1-ci maddədən "yaxın" sözü
çıxarılsın və həmin maddədə
"şamil edildiyi" sözləri "4-cü maddəsində
göstərilən" sözləri ilə əvəz
edilsin;
2.2. 1.0.2-ci maddədə "bir yerdə
yaşadığı ailə üzvünün, yaxın
qohumunun, qanuni nikahda olmadığı və ya əvvəllər
birgə yaşadığı şəxsin ona" sözləri
"bu Qanunun 4-cü maddəsində göstərilən
şəxslərin birinin digərinə" sözləri ilə
əvəz edilsin;
2.3. 1.0.3 - 1.0.6-cı maddələrdə "şamil
edildiyi" sözləri "4-cü maddəsində göstərilən"
sözləri ilə əvəz edilsin;
2.4. 1.0.8-ci maddədə "şəxslərə"
sözü "şəxslərin müvəqqəti
sığınacaqla təmin edilməsi, habelə onlara"
sözləri ilə əvəz edilsin.
3. 4-cü maddə
üzrə:
3.1. 4.0.1-ci maddəyə "habelə"
sözündən əvvəl "ərin və arvadın
yaxın qohumlarına," sözləri əlavə edilsin;
3.2. 4.0.4-cü maddədən
"yaxın" sözü çıxarılsın.
4. 7-ci maddə üzrə:
4.1. 7.0.1-ci maddəyə "dövlət vəsaiti
hesabına" sözlərindən sonra "hüquqi
yardımla," sözləri əlavə edilsin;
4.2. 7.0.4-cü maddədən "və ailədə
münasibətlərin bərpa olunmasına" sözləri
çıxarılsın;
4.3. 7.0.6-cı maddədə
"əziyyət çəkən" sözləri "zərər
çəkmiş şəxsə və onun" sözləri
ilə əvəz edilsin.
5. 8-ci maddə üzrə:
5.1. 8.0.7-ci maddədə
"əziyyət çəkən" sözləri "zərər
çəkmiş" sözləri ilə əvəz edilsin
və həmin maddəyə "müdafiəsi"
sözündən sonra ", o cümlədən Azərbaycan
Respublikası Ailə Məcəlləsinin 72-ci maddəsi ilə
müəyyən edilmiş əsaslar olduqda, uşağın
valideynlərdən (onlardan birindən) və ya onu qəyyumluğa
(himayəyə) götürmüş şəxslərdən
təcili olaraq alınması" sözləri əlavə
edilsin;
5.2. 8.0.8-ci maddədən
"və ailə münasibətlərinin bərpa
olunmasına" sözləri çıxarılsın;
5.3.
aşağıdakı məzmunda 8.0.12-1-ci maddə əlavə
edilsin:
"8.0.12-1. məişət
zorakılığının qarşısının
alınması üzrə bu Qanunda nəzərdə
tutulmuş tədbirlərin monitorinqini və əlaqələndirilməsini
təmin etmək;".
6. 9-cu maddə üzrə:
6.1. 9.0-cı maddəyə
"qərarlardan biri" sözlərindən sonra "və
ya bir neçəsi" sözləri əlavə edilsin;
6.2. 9.0.1-ci və 9.0.2-ci
maddələrdən "ilə bağlı hərəkətlər"
sözləri çıxarılsın;
6.3. 9.0.5-ci maddəyə
"sığınacaqla" sözündən əvvəl
"müvəqqəti" sözü əlavə edilsin.
7. 10-cu maddə üzrə:
7.1. 10.1-ci maddədə "verilə bilər"
sözləri "verilir" sözü ilə əvəz
edilsin;
7.2. 10.2-ci maddədə "edilə bilər"
sözləri "edilir" sözü ilə əvəz
edilsin;
7.3. 10.3-cü maddədə "10.1-ci" sözləri
"10.2-ci" sözləri ilə,
"aşağıdakılar nəzərdə tutula bilər"
sözləri "aşağıdakılardan biri və ya bir
neçəsi göstərilir" sözləri ilə əvəz
edilsin.
8. 11-ci maddə üzrə:
8.1. 11.1-ci maddə aşağıdakı redaksiyada
verilsin:
"11.1. Məişət zorakılığı
törətmiş şəxsin hərəkətləri nəticəsində
zərər çəkmiş şəxsin hüquqları və
qanuni mənafeləri pozulduqda, müvafiq icra hakimiyyəti
orqanı tərəfindən məişət
zorakılığı törətmiş şəxsə məişət
zorakılığının təkrarlanmaması barədə
yazılı xəbərdarlıq edilir və zərər
çəkmiş şəxsə qısamüddətli
mühafizə orderi verilir.";
8.2. 11.2-ci maddə
üzrə:
8.2.1. birinci cümlədə "30" rəqəmləri
"60" rəqəmləri ilə əvəz edilsin;
8.2.2. ikinci cümləyə "edilməsindən"
sözündən sonra "və qısamüddətli
mühafizə orderinin verilməsindən" sözləri əlavə
edilsin;
8.3. 11.3-cü maddədən
"ilə bağlı hərəkətlər" sözləri
çıxarılsın və həmin maddəyə
"şəxsin" sözündən sonra "xəbərdarlığa
və" sözləri əlavə edilsin.
9. 12-ci maddə üzrə:
9.1. 12.1-ci maddədən "ilə bağlı hərəkətləri"
sözləri çıxarılsın və həmin maddəyə
"xəbərdarlığa" sözündən sonra
"və qısamüddətli mühafizə orderinin tələblərinə"
sözləri əlavə edilsin;
9.2. 12.2-ci maddənin birinci cümləsində
"30" rəqəmləri "60" rəqəmləri
ilə, "müddətinə" sözü "müddətinədək"
sözü ilə əvəz edilsin.
10. 14-cü maddə
üzrə:
10.1. 14.0.4-cü maddəyə
"şəxslərin" sözündən sonra
"müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş qaydada" sözləri əlavə
edilsin;
10.2.
aşağıdakı məzmunda 14.0.6-1-ci maddə əlavə
edilsin:
"14.0.6-1. qısamüddətli və uzunmüddətli
mühafizə orderlərinin icrasının həyata
keçirilməsi;";
10.3. 14.0.7-ci maddədən
"ilə bağlı hərəkətləri" sözləri
çıxarılsın.
11. Aşağıdakı məzmunda 16.2.4-1-ci və
19-1-ci maddələr əlavə edilsin:
"16.2.4-1. ümumi, peşə, orta ixtisas və ali təhsil
pillələrində tədris olunan müvafiq fənn və dərsdənkənar
məşğələlərin məzmununa təhsilalanların
yaş xüsusiyyətləri nəzərə alınmaqla,
qarşılıqlı hörmət, qarşılıqlı
yardım, mübahisələrin qeyri-zorakı yollarla həlli,
gender bərabərliyi və şəxsiyyətlərarası
münasibətlərə dair mövzuların daxil edilməsi;";
"Maddə 19-1. Məişət
zorakılığının qarşısının
alınması sahəsində tədbirlərin monitorinqi və
əlaqələndirilməsi
19-1.1. Məişət zorakılığının
qarşısının alınması sahəsində
hüquqi, sosial xarakterli və qabaqlayıcı tədbirlərin
monitorinqi və əlaqələndirilməsi məqsədilə
müvafiq icra hakimiyyəti orqanları tərəfindən həmin
tədbirləri həyata keçirən dövlət orqanlarının
nümayəndələrindən ibarət monitorinq və əlaqələndirmə
qrupları yaradılır. Həmin qrupların fəaliyyətinə
qeyri-hökumət təşkilatlarının nümayəndələri,
mütəxəssislər və ekspertlər də cəlb
oluna bilərlər.
19-1.2. Məişət zorakılığının
qarşısının alınması sahəsində
monitorinq və əlaqələndirmə qruplarının fəaliyyət
qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən
təsdiq edilir.
19-1.3. Müvafiq icra hakimiyyəti orqanı monitorinq və
əlaqələndirmə qruplarına metodoloji dəstək
göstərir.".
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 fevral 2024-cü il
Azərbaycan.-
2024.- 16 aprel, ¹ 75.- S.2.