Azərbaycan
Respublikasının Mülki
Prosessual Məcəlləsində,
Azərbaycan Respublikasının
Cinayət-Prosessual Məcəlləsində,
Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində, "Vəkillər
və vəkillik fəaliyyəti haqqında"
və "Təhsil haqqında" Azərbaycan
Respublikasının qanunlarında
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
1-ci, 5-ci, 6-cı və 17-ci bəndlərini rəhbər
tutaraq qərara alır:
Maddə 1. Azərbaycan
Respublikası Mülki
Prosessual Məcəlləsinin
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2000, ¹ 1, maddə 17 (Cild
I) 355-4-cü maddəsində aşağıdakı dəyişikliklər
edilsin:
1.1. 355-4.4-cü maddədə "aşağıdakılardan
biri və ya bir neçəsi"
sözləri "aşağıdakılar"
sözü ilə əvəz edilsin;
1.2. 355-4.6-cı maddədə "30" rəqəmləri
"60" rəqəmləri ilə əvəz edilsin.
Maddə 2. Azərbaycan Respublikasının Cinayət-Prosessual
Məcəlləsində (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2000, ¹ 8 (II kitab),
maddə 585 (Cild I) aşağıdakı dəyişikliklər
edilsin:
2.1. aşağıdakı
məzmunda 19.3-1-ci, 87.6.21-1-ci və 197.1.5-3-cü maddələr
əlavə edilsin:
"19.3-1. Cinsi istismarın
və ya cinsi zorakılığın
qurbanı olan uşaq və ya onun qanuni
nümayəndəsi, yaxud
məişət zorakılığından
zərər çəkmiş
şəxs tələb
etdikdə, cinayət prosesini həyata keçirən orqan cinsi istismarın və ya cinsi
zorakılığın qurbanı
olan uşağa, yaxud məişət zorakılığından zərər
çəkmiş şəxsə
pulsuz hüquqi yardım göstərilməsi
üçün cinayət
prosesində vəkilin
iştirakını təmin
etməlidir.";
"87.6.21-1. məişət zorakılığı ilə
bağlı cinayət
işi üzrə pulsuz hüquqi yardımdan istifadə etmək;";
"197.1.5-3. məişət zorakılığından zərər
çəkmiş şəxsə
pulsuz hüquqi yardım göstərildikdə
vəkilə ödənilməli
olan haqqın məbləği;";
2.2. 194-cü maddə üzrə:
2.2.1. adına "uşağa"
sözündən sonra
"və məişət
zorakılığından zərər çəkmiş
şəxsə" sözləri
əlavə edilsin;
2.2.2. aşağıdakı məzmunda 194.1-3-cü maddə
əlavə edilsin:
"194.1-3. Məişət zorakılığından zərər
çəkmiş şəxsə
göstərilən pulsuz
hüquqi yardımın
ödənilməsi, məhkəmə
tərəfindən məhkumun
üzərinə qoyulduğu
hallar istisna olmaqla, "Vəkillər
və vəkillik fəaliyyəti haqqında"
Azərbaycan Respublikasının
Qanununa əsasən Azərbaycan Respublikası
dövlət büdcəsinin
vəsaiti hesabına təmin edilir.";
2.2.3. 194.2-ci maddəyə "uşaqlara" sözündən
sonra "və ya məişət zorakılığından zərər
çəkmiş şəxslərə"
sözləri əlavə
edilsin;
2.3. 198.1-ci maddədə "197.1.5-1, 197.1.5-2, 197.1.6 -
197.1.9-cu" sözləri "197.1.5-1 - 197.1.9-cu" sözləri ilə əvəz edilsin.
Maddə 3. Azərbaycan
Respublikasının İnzibati
Xətalar Məcəlləsində
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2016, ¹ 2 (I kitab), maddə
202 (Cild I) aşağıdakı
dəyişikliklər edilsin:
3.1. 54.2-ci maddənin birinci cümləsinə
"Məcəllənin" sözündən sonra
"158.4," rəqəmləri əlavə edilsin;
3.2. 158-ci maddə üzrə:
3.2.1. aşağıdakı
məzmunda 158.2-1-ci və
158.4-cü maddələr əlavə
edilsin:
"158.2-1. Bu Məcəllənin
158.1-ci və 158.2-ci maddələrində
nəzərdə tutulmuş
xətaların inzibati
tənbeh almış
şəxs tərəfindən
inzibati tənbeh vermə haqqında qərar qüvvəyə
mindiyi gündən bir il ərzində
təkrar törədilməsinə
görə -
beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə
edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti
nəzərə alınmaqla
altmış saatdan yüz saatadək ictimai işlər və ya on
beş günədək
müddətə inzibati
həbs tətbiq olunur.";
"158.4. "Məişət zorakılığının qarşısının
alınması haqqında"
Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən edilmiş
hallarda və müddətdə məişət
zorakılığını törətmiş şəxsə
məişət zorakılığının
təkrarlanmaması barədə
yazılı xəbərdarlığın
edilməməsi və
ya zərər çəkmiş şəxsə
qısamüddətli mühafizə
orderinin verilməməsinə
görə -
vəzifəli şəxslər
üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə
edilir.";
3.2.2. "Qeyd" hissəsinin 2-ci bəndində "158.1 və
158.2-ci" sözləri "158.1 -
158.2-1-ci" sözləri ilə əvəz edilsin.
Maddə 4. "Vəkillər və vəkillik fəaliyyəti haqqında"
Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2000, ¹ 1, maddə
19 (Cild I) 20-ci maddəsində
aşağıdakı dəyişikliklər
edilsin:
4.1. I hissənin
birinci cümləsinə
"təqsirləndirilən şəxslərə" sözlərindən
sonra ", məişət
zorakılığından zərər çəkmiş
şəxslərə" sözləri əlavə
edilsin;
4.2. II hissənin
ikinci abzası ləğv edilsin;
4.3. aşağıdakı
məzmunda III hissə
əlavə edilsin:
"III. Bu maddənin
I hissəsində nəzərdə
tutulmuş şəxslərə
dövlət hesabına
hüquqi yardım göstərən vəkil
öz vəzifələrini
yerinə yetirməkdən
imtina edə bilməz.".
Maddə 5. "Təhsil
haqqında" Azərbaycan
Respublikasının Qanununa
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2009, ¹ 9, maddə 684 (Cild I) aşağıdakı məzmunda
11.3-2-ci maddə əlavə
edilsin:
"11.3-2. Ümumi, peşə, orta ixtisas və ali təhsil pillələrində tədris
olunan müvafiq fənn və dərsdənkənar məşğələlərin
məzmununa təhsilalanların
yaş xüsusiyyətləri
nəzərə alınmaqla,
qarşılıqlı hörmət,
qarşılıqlı yardım,
mübahisələrin qeyri-zorakı
yollarla həlli, gender bərabərliyi və şəxsiyyətlərarası
münasibətlərə dair
mövzular daxil edilir.".
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
23 fevral 2024-cü il
Azərbaycan.-
2024.- 16 aprel, ¹ 75.- S.2.