“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının
Ali Təhsil Şurası arasında Türkiyə–Azərbaycan
Universitetinin (TAU) yaradılmasına
dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. 2024-cü il fevralın 19-da Ankara şəhərində
imzalanmış “Azərbaycan
Respublikasının Elm və
Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil
Şurası arasında
Türkiyə–Azərbaycan
Universitetinin (TAU) yaradılmasına
dair Anlaşma Memorandumu” təsdiq edilsin.
2. Bu Fərmanın
1-ci hissəsində göstərilən
Anlaşma Memorandumu qüvvəyə mindikdən
sonra Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi onun müddəalarının həyata
keçirilməsini təmin
etsin.
3. Azərbaycan Respublikasının
Xarici İşlər
Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə
minməsi üçün
zəruri olan dövlətdaxili prosedurların
yerinə yetirildiyi barədə Türkiyə
Respublikası Hökumətinə
bildiriş göndərsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
16 aprel 2024-cü il
Azərbaycan.-
2024.- 17 aprel, ¹ 76.- S.2.