“Bələdiyyələrin
statusu haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2024-cü il 5 aprel tarixli 1129-VIQD nömrəli
Qanununun tətbiqi və “Bələdiyyələrin
statusu haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 1999-cu il 27
iyul tarixli 162 nömrəli Fərmanında
dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, “Bələdiyyələrin
statusu haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2024-cü il 5 aprel tarixli
1129-VIQD nömrəli Qanununun
qüvvəyə minməsi
ilə əlaqədar
həmin Qanunun tətbiqini təmin etmək məqsədilə
qərara alıram:
1. Müəyyən edilsin
ki:
1.1. “Bələdiyyələrin statusu
haqqında” Azərbaycan
Respublikası Qanununun
13-cü maddəsinin 3-cü hissəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının
Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 13-cü maddəsinin 3-cü hissəsində
“orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər
Kabineti nəzərdə
tutulur.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
2.1. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası
Qanununun 13-cü maddəsinin
3-cü hissəsinə uyğun
olaraq, ev təsərrüfatlarının uçotu qaydasını on beş gün
müddətində təsdiq
edib Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
2.2. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2024-cü il 5 aprel tarixli 1129-VIQD nömrəli
Qanunundan irəli gələn digər məsələləri həll
etsin.
3. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 1999-cu il 27
iyul tarixli 162 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1999, ¹ 7, maddə 424 (Cild
I) 3-cü hissəsində aşağıdakı
dəyişikliklər edilsin:
3.1. 3.2–3.6-cı bəndlərdə
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası
Qanununun” sözləri
“həmin Qanunun” sözləri ilə əvəz edilsin;
3.2. aşağıdakı məzmunda 3.2-1-ci və
3.2-2-ci bəndlər əlavə
edilsin:
“3.2-1. həmin Qanunun
13-cü maddəsinin 3-cü hissəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının
Prezidenti həyata keçirir;
3.2-2. həmin Qanunun
13-cü maddəsinin 3-cü hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının
Nazirlər Kabineti nəzərdə tutulur;”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
16 aprel 2024-cü il
Azərbaycan.-
2024.- 17 aprel, ¹ 76.- S.3.