“Bələdiyyələrin
birgə fəaliyyəti,
birləşməsi, ayrılması
və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin
7-ci bəndini rəhbər
tutaraq qərara alır:
“Bələdiyyələrin
birgə fəaliyyəti,
birləşməsi, ayrılması
və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2000, ¹ 10, maddə
704 (Cild I) aşağıdakı
dəyişikliklər edilsin:
1. 1-ci maddənin mətni birinci hissə hesab edilsin və
həmin maddəyə
aşağıdakı məzmunda
ikinci və üçüncü hissələr
əlavə edilsin:
“Ölkə
üzrə sonuncu bələdiyyə seçkilərinin
keçirildiyi ildən
sonrakı 4 ilin son 2 ili ərzində əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının
sayı 1000 vahiddən
az olan bələdiyyələr
onlarda yaranan sosial-iqtisadi vəziyyət,
tarixi və digər yerli xüsusiyyətlər nəzərə
alınmaqla Azərbaycan
Respublikası Milli Məclisinin
qərarı ilə digər bələdiyyələrlə
birləşdirilir.
Birləşmə və ya ayrılma nəticəsində əhalisinin
sayı 3000 nəfərdən
və (və ya) ev təsərrüfatlarının
sayı 1000 vahiddən
az olan bələdiyyələrin
yaradılmasına onlarda
yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər
nəzərə alınmaqla
yol verilir.”.
2. 2-ci maddə üzrə:
2.1. birinci hissənin
birinci abzasında “Bələdiyyələrin” sözü
“Bu Qanunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə
tutulan halda bələdiyyələrin” sözləri
ilə əvəz edilsin;
2.2. aşağıdakı məzmunda ikinci və üçüncü
hissələr əlavə
edilsin:
“Bu Qanunun 1-ci maddəsinin ikinci hissəsində nəzərdə
tutulan halda bələdiyyələrin birləşdirilməsi
aşağıdakı qaydada
həyata keçirilir:
1) birləşən hər bir bələdiyyə
birləşmə ilə
bağlı rəyini
baxılmaq üçün
Azərbaycan Respublikasının
Milli Məclisinə təqdim edir;
2) Azərbaycan Respublikasının
Milli Məclisi əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının
sayı 1000 vahiddən
az olan bələdiyyədə
yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər
nəzərə alınmaqla
həmin bələdiyyənin
digər bələdiyyə
ilə birləşdirilməsi
ilə bağlı Azərbaycan Respublikası
qanunvericiliyinə müvafiq
surətdə qərar
qəbul edir.
Bu maddənin ikinci hissəsində müəyyən olunmuş
qaydada yaranan bələdiyyənin adı
birləşən bələdiyyələrin
arasında əhalisinin
sayı ən çox olan bələdiyyənin adına
uyğun müəyyən
edilir.”.
3. 3-cü maddənin mətnində “maddəsində”
sözü “maddəsinin
birinci hissəsində”
sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
5 aprel 2024-cü il
Azərbaycan.- 2024.- 17 aprel,
¹ 76.- S.3.