"Dəmir yumruğ"un ikinci zərbəsi

 

 

Terrorçu, separatçı, silah-sursat, rüşvətxor korrupsioner senator, konqresmen deputat daşınan yolun əbədi qapadılması

 

Xüsusi risk tələb edən işə başlamaq, adətən, çətin məsuliyyətli olur!

Xüsusən dövlətin xalqın taleyüklü məsələsiylə bağlı işlərə!

Hər şeyi dönə-dönə ölçüb-biçsən , bütün hazırlıqları irəlicədən görüb hər bir vəziyyəti nəzərə alsan da, narahatlıq nigarançılıq hissi bir an belə səni tərk etmir.

Birdən...

Birdən...

Ancaq bütün hallarda tarixin sənin üzərinə qoyduğu missiyanı yerinə yetirməlisən!

Bütün dönüşlərə, gözlənilməzliklərə, maneəyə çətinliklərə hazır olmalısan!

Yalnız uğur qələbəyə köklənməlisən!

Zəfərdən başqa, xalqın etimadını doğrultmaqdan qeyri heç barədə düşünməməlisən!

Axı milyonların ümidi, gümanı, etibar edərək arxalandığı yalnız sənsən!

Tanrının tarixin seçdiyi sərkərdə, rəhbər insan!

***

"Dəmir yumruğ"un işə düşməsi ilə bütün tərəddüd nigarançılığa son qoyuldu!

Qarşıda yeganə hədəf, baş məqsəd dayanırdı:

Torpaqları işğaldan azad etmək, hərbi əməliyyatları mümkün qədər tez başa çatdırmaq, mümkün qədər az itki ilə daha böyük əraziləri işğaldan azad etmək!

Əslində, bu vəzifələr mümkün olmayanı gerçəyə çevirmək vəzifəsi idi!

Müzəffər Ali Baş Komandanımız İlham Əliyev bütün bunları bacardı!

Hünərlə, cəsarətlə, qəhrəmanlıqla bacardı!

Yeni dövrün möcüzələrini yaratmaqla bacardı!

***

II Qarabağ müharibəsinin ilk günlərindən bəlli oldu ki, Azərbaycan hərbi əməliyyatlara böyük diqqətlə, məsuliyyətlə həm hərtərəfli hazırlaşıb!

ÖN CƏBHƏDƏ:

* Yeni silahlar işlədilirdi!

* Yeni taktika strategiya tətbiq edilirdi!

* Xüsusi təyinatlıların xüsusi təlimlərdən keçdiyi ilk döyüşlərdən hiss olunurdu!

* Orduda görünməmiş ruh yüksəkliyi, şücaət qəhrəmanlıq nümunələri müşahidə edilirdi!

* Azərbaycan Ordusu günbəgün yox, saatbasaat irəliləyir, hər gün bir neçə strateji mövqeyi ya yaşayış məntəqəsini işğaldan azad edirdi!

ARXA CƏBHƏDƏ İSƏ:

* Xalqın indiyədək görünməmiş həmrəyliyi milli birliyi yaranmışdı.

* Demək olar ki, bütün müxalifət partiyaları "müxalifətçiliyi" bir kənara qoyaraq dövləti dəstəklədiklərini bəyan etdilər.

* Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbələrinin qarşısı gecə-gündüz izdihamlı olurdu: minlərlə gənc ehtiyatda olan hərbi mükəlləfiyyətli orduya yazılaraq hərbi əməliyyatlarda iştirak üçün növbə gözləyirdi.

* Xalq öz rəhbərini, Ali Baş Komandanını dəstəklədiyini, qələbə naminə hər şeyə hazır olduğunu bildirirdi.

* Arxa eşelonda narazılıq yaratmaqdan ötrü Gəncə, Tərtər, Bərdə, Goranboy əraziləri ballistik raketlərlə vurulanda ziyan çəkmiş, əzizini itirmiş bütün insanlar qəzəb nifrətlərini barbar düşmənə yönəltdilər.

"Dəmir yumruğ"a çevrilən bu birlik yekdillik əsl zəfərə gətirdi.

Azərbaycan Ordusu 44 gün ərzində düşməni məhv edərək torpaqları işğalçılardan təmizlədi.

***

Azərbaycanın bu parlaq qələbəsi aydın səmada çaxan şimşək effektini yaratdı!

Dostlar sevindi, düşmənlər isə kor oldu!

Rusiya döyüşən tərəfləri sülhə gətirmək üçün vasitəçi funksiyasını üzərinə götürdü.

Müzəffər Ali Baş Komandan İlham Əliyev ermənilərin bütün havadarlarının təsir təzyiq cəhdlərinə baxmayaraq, sonadək dediyinin üstündə durdu:

Düşmən qoşunlarının ərazilərimizi tərketmə qrafiki təqdim olunmayanadək hərbi əməliyyatları dayandırmadı!

Beləliklə, 2020-ci ilin 10 noyabrında Rusiya Azərbaycan prezidentlərinin mavi ekran qarşısında, Ermənistanın baş nazirinin isə gizlində imzaladığı üçtərəfli Bəyanat meydana çıxdı.

Əslində, bu sənəd Ermənistanın kapitulyasiya aktı idi.

Üçtərəfli Bəyanata əsasən, Ermənistan Ağdam, Laçın Kəlbəcər rayonlarını bir güllə belə atmadan, dinməz-söyləməz geri qaytardı!

Mühasirə vəziyyətinə düşmüş 20 min nəfərlik hərbi birləşmələrini məhvedilmədən qorumaq üçün!

Həmin bəyanatda düşmənin öz üzərinə götürdüyü sonradan yerinə yetirməkdən müxtəlif bəhanələrlə boyun qaçırdığı (bu, N.Paşinyan üçün adi norması davranış qaydasıdır) iki bənd vardı:

Azərbaycan ərazisindəki Ermənistana məxsus qoşunların qanunsuz hərbi birləşmələrin tam çıxarılması mühüm kommunikasiya vasitəsi olaraq, Zəngəzur dəhlizinin açılaraq Azərbaycanın qərb bölgəsi ilə Naxçıvan arasında quru əlaqələrinin yaradılması tələbi.

Razılaşmaya əsasən, Rusiya 5 il müddətinə Qarabağa sülhməramlı kontingent yerləşdirərək tərəflər arasında mümkün qarşıdurma toqquşmanın qarşısının alınmasını öhdəsinə götürdü.

Beləliklə, İlham Əliyevin yaratdığı separatizmə qarşı mübarizə modelinin ilkin mərhələsi başa çatmış oldu!

***

Azərbaycan hərbi əməliyyatları dayandırdıqdan sonra ermənilər xislətlərinə, Ermənistanın başçısı Paşinyan isə xarakterinə uyğun hərəkət etdi:

Üçtərəfli Bəyanatın bəndlərini yerinə yetirmədi, sülh müqaviləsinin imzalanmasını müxtəlif bəhanələrlə uzatmağa, özünə yeni ağalar axtarmağa başladı.

Bağlaşmada zəmanətçi rolunu oynayan Rusiya isə bəyanatın xüsusən 4-cü 9-cu bəndlərinin icrasında heç bir təkid israrlılıq göstərmədi, əksinə, Ermənistanda yaranaraq get-gedə qızışan revanşist əhvali-ruhiyyəyə göz yumdu.

"Əvvəlki qayda" deyəndə nəyi nəzərdə tuturuq?

Sovet dövründə yorulmadan bəyan edildiyi kimi, SSRİ "qardaş xalqların sarsılmaz ittifaqı"ndan yaranmışdı.

Hər bir müttəfiq respublikanın öz ərazisi, himni, gerbi, bayrağı, idarəetmə strukturları olsa da, əsl söz sahibi "böyük qardaş" adlandırılan Rusiya sayılırdı.

Müttəfiq respublikalar arasındakı sərhədlər formal xarakter daşıyır, qorunur, orada sərhəd xidməti gömrük postu fəaliyyət göstərirdi.

"Açıq qapı" idi.

Əsl sərhədlər SSRİ-nin digər dövlətlərlə olan ərazilərinin konturları sayılırdı.

Ermənistanın Azərbaycanla əlaqəsi, əsasən, Gorus-Laçın yolundan keçməklə Qarabağ vasitəsilə baş tuturdu.

Bura 1923-cü ildə süni şəkildə yaradılan keçmiş DQMV ilə əlaqələr daxil idi.

SSRİ-nin birinci sonuncu prezidenti, ermənipərəst M.Qorbaçov rəhbərliyə gələndən separatçılıq hərəkatı dirçələrək alovlanandan sonra Laçın yolu, əslində, "şeytan yolu"na çevrildi.

* Əvvəlcə buradan Qarabağın "ermənilərin əzəli torpağı" olduğunu söyləyənlər keçdi.

* Sonra "saqqallı"lar gələrək erməni əhalini meydanlara yığıb onlara "miatsum" söylətdilər.

* Sonra mərkəzi hökumətin qərarı ilə Xankəndidə "xüsusi idarəetmə komitəsi" yaradılaraq "Dağlıq Qarabağ" Azərbaycanın tərkibindən çıxarıldı.

* Sonra burada yaşayan azərbaycanlılar sıxışdırılmağa, döyülməyə təhqirlərə məruz qalaraq zorla qovulmağa başlandılar.

* Sonra Ermənistandan gələn yaraqlılar müharibə ocağı qaladılar.

* Ən nəhayət, 366-cı sovet polkunun köməyi ilə Xocalı soyqırımını törədərək DQMV-ni ona bitişik 7 rayonu işğal etdilər.

30 illik işğal dövründə Laçın yolu ilə Azərbaycan ərazisinə Azərbaycan xalqına qarşı pisliklər, fitnə-fəsad, xəyanət düşmənçilik əməlləri daşındı.

* ATƏT-in Minsk qrupu yeyib-içməyə, boş-boşuna laqqırtı vurmağa gəlib getdi.

* ABŞ-dən, Fransadan, AŞPA-dan, Aİ-dən satılmış, rüşvətlə ələ alınmış, korrupsiyalaşmış, beynəlxalq hüququ deyil, erməni maraqlarını güdən müdafiə edən senatorlar, konqresmenlər, deputatlar təşrif buyurdular.

* Ərazimizə silah-sursat, minalar, qanunsuz hərbi birləşmələr gətirildi.

* Ermənistan dünya erməniliyi separatçı rejimi bu yoldan keçməklə müdafiə etdi, qorudu, yaşatdı!

* Ən nəhayət, 23 iyul 2023-cü ildə Azərbaycan silahlı qüvvələri tərəfindən çox unikal, cəsarətli, riskli ağıllı bir əməliyyat keçirildi.

Əməliyyat zamanı Laçın dəhlizinə nəzarət tam şəkildə ələ alındı, burada nəzarət-buraxılış məntəqəsi yaradıldı.

Beləliklə, Azərbaycanın ərazi bütövlüyü tam təmin olundu!

105 ildə ilk dəfə olaraq Azərbaycan öz sərhədlərini tam nəzarətə götürdü!

Erməni yana-yana, qovrula-qovrula qaldı.

Əvvəlcə "humanitar fəlakət" şousu düzəltdilər!

Xeyri olmadı!

Sonra İrəvandan 20 TIR yardım gətirdilər yalnız Laçın yolu ilə Xankəndiyə çatdıracaqlarını bəyan etdilər!

Yenə xeyri olmadı!

Sonra "böyük bacı" işə qarışdı, Paris meri 8 TIR yardım gətirdi.

Qapı ağzında qaldı.

Müzəffər Ali Baş Komandan İlham Əliyev dediyini yeritdi sonadək üstündə dayandı:

Xankəndiyə yardım yalnız Yevlax-Ağdam yolu ilə gətirilə bilər!

Doyunca günün altında oturaraq "günəş vannası" qəbul etdikdən sonra yardım daşıyanlar kor-peşman İrəvana qayıtdılar.

Necə deyərlər, tökə-tökə gəlib, yığa-yığa getdilər!

Azərbaycan isə 44 günlük Zəfər müharibəsindən sonra ərazi bütövlüyünü bərpa etməklə daha bir qələbəyə imza atdı!

***

Ermənilər həmişə özlərini "soyqırımı qurbanları" kimi göstərməyi seviblər.

Hətta saxta "soyqırımı günlərini" müəyyən ediblər - 24 aprel 1915-ci il!

Bununla özlərini "məzlum", "yazıq", "zavallı" millət kimi göstərməyə, əslində isə həqiqi simalarını - vəhşi, barbar, dağıdıcı, xəyanətkar, dost söylədiklərinə arxadan bıçaq saplamaq xislətlərini "fağırlıq" maskası altında gizlətməyə çalışıblar.

Dəfələrlə Türkiyə tərəfindən açıq şəkildə ucadan bəyan edilsə , arxivlərini kimsənin üzünə açmayıblar, "soyqırımı"nı "sübut edən" sənədləri, "tarixi faktları" üzə çıxararaq kimsəyə göstərməyiblər.

Olmayan şeyləri necə üzə çıxarıb ictimaiyyətə təqdim edə bilərlər ki...

Əvəzində "soyqırımı abidəsi" yaradaraq İrəvana gələn dostlarına oranı ziyarət etdirirlər.

Hər il aprelin 24-də isə ermənilər "soyqırımı" günlərini qeyd edirlər.

Özlərini "qurban" adlandıraraq Azərbaycanda törətdikləri Xocalı, Qaradağlı, Başlıbel, Bağanis Ayrım digər soyqırımlarını unutdurmaq istəyirlər.

Bir-birinin ardınca işğaldan azad edilmiş Qarabağ torpaqlarında aşkara çıxarılan kütləvi məzarlıqlar isə onların əsl simalarının konkret faktlarla ifşasına çevrilir.

23 aprel 2023-cü ildə keçirilən ermənilərin Qarabağa sərbəst gediş-gəlişinə birdəfəlik son nöqtəni qoyan yüksəksəviyyəli uğurlu əməliyyatımız isə ermənilərin 24 aprel "bayramı"na ən dəyərli "hədiyyəmiz" oldu!

İlham Əliyev "dəmir yumruğ"un ikinci zərbəsi ilə Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi!

 

 

Bəxtiyar SADIQOV

Azərbaycan.-2024.- 23 aprel, № 81.- S.7.