Milli
Məclisin sədri Sahibə Qafarova Gürcüstan Parlamentinin
komitə sədri ilə görüşüb
Milli Məclisin
sədri Sahibə Qafarova Gürcüstan parlamentinin
İqtisadiyyat komitəsinin sədri Davit Sonğulaşvili ilə
görüşüb.
Parlamentin Mətbuat
və ictimaiyyətlə əlaqələr şöbəsindən
AZƏRTAC-a bildirilib ki, görüşdə dost ölkələr
olan Azərbaycan və Gürcüstan arasında münasibətlərin
inkişafından razılıq ifadə edilib.
Sahibə
Qafarova ortaq mədəni dəyərləri bölüşən
xalqlarımızın əsrlər boyu bir yerdə, dostluq,
mehriban qonşuluq şəraitində
yaşadıqlarını qeyd edərək, ölkələrimiz
arasındakı əlaqələrin də bu möhkəm təmələ
əsaslandığını deyib.
Bildirilib ki,
Azərbaycan ilə Gürcüstan arasında əlaqələr
strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
və davamlı şəkildə inkişaf edir. Ölkələrimiz
arasında münasibətlərin inkişafında ali və
yüksək səviyyəli səfərlərin mühüm
rolu qeyd olunub. Vurğulanıb ki, ölkə liderlərinin
qarşılıqlı səfərlərinin dinamikası
onların bu əlaqələrə nə dərəcədə
böyük əhəmiyyət verdiyini sübut edir.
Parlamentlərarası
əlaqələrin Azərbaycan ilə Gürcüstan
arasında ikitərəfli və çoxtərəfli
münasibətlərin mühüm tərkib hissələrindən
biri olduğunu bildirən Milli Məclisin sədri qanunverici
orqanlarımız arasında çox səmərəli əməkdaşlıq
qurulduğunu diqqətə çatdırıb. Parlament sədrlərinin,
nümayəndə heyətlərinin, dostluq qruplarının
qarşılıqlı səfərləri bu əməkdaşlığın
inkişafına mühüm təkan verib. Həmçinin
qanunverici orqanların komitələri arasında da
yaxşı əməkdaşlıq təcrübəsinin
formalaşdığı qeyd olunub.
Bildirilib ki,
Azərbaycanla Gürcüstan arasındakı əməkdaşlıqda
iqtisadi məsələlərin vacibliyi nəzərə
alınaraq, qanunverici orqanlarımızın iqtisadi komitələri
arasında əlaqələrin gücləndirilməsi həm
parlamentlərimiz, həm də daha geniş mənada dövlət
qurumlarımız arasında əməkdaşlığın
daha da genişləndirilməsinə imkan yaradacaq.
Davit
Sonğulaşvili Azərbaycanda növbədənkənar
prezident seçkilərinin ölkəmizin bütün suveren ərazilərində
uğurla keçirilməsi münasibətilə təbriklərini
çatdırıb. O, iki ölkə arasında əlaqələrin
inkişafında qanunverici orqanların mühüm rolunu qeyd
edib.
Görüşdə
Qərbdə bir sıra beynəlxalq təşkilatlarda
mövcud olan ikili standartlar tənqid edilib, beynəlxalq təşkilatlarda
birgə fəaliyyətin gücləndirilməsinin zəruriliyi
vurğulanıb. Həmçinin qarşılıqlı maraq
doğuran digər məsələlər ətrafında da
fikir mübadiləsi aparılıb.
Azərbaycan.-2024.- 23 aprel, № 81.- S.6.