Qarşılıqlı
səfərlər münasibətlərin genişləndirilməsinə
xidmət edir
Aprelin 22-də
Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin üzvləri Gürcüstan
parlamentinin Sahə iqtisadiyyatı və iqtisadi siyasət komitəsinin
sədri David Sonqulaşvilinin başçılıq etdiyi
nümayəndə heyəti ilə görüşüblər.
Milli Məclisin
Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsindən AZƏRTAC-a bildiriblər ki,
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin
sədri Tahir Mirkişili Azərbaycan ilə
Gürcüstanın dərin tarixi köklərə malik
qonşu və dost ölkələr olduğunu deyib. O, əlaqələrimizin
möhkəmlənməsində dövlət
başçılarının rolunu xüsusi qeyd edərək,
xalqlarımız arasında mehriban münasibətlərin
inkişaf etdiyini söyləyib.
Hazırda
regionda yeni reallıqların yarandığını
vurğulayan komitə sədri Azərbaycan Prezidenti, Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin
öz əzəli torpaqlarını işğaldan azad
etdiyini, ərazi bütövlüyümüzün və
suverenliyimizin tam bərpa olunduğunu diqqətə
çatdırıb. Bildirilib ki, bu gün bölgədə
sülhün və sabitliyin təmin olunması
üçün Azərbaycan dövləti mühüm
addımlar atır, o cümlədən Ermənistanla sülh
müqaviləsinin bağlanması üçün səylərini
əsirgəmir. Sülhün əsas prinsiplərinin bir-birinin
suverenliyinin, ərazi bütövlüyünün
qarşılıqlı tanınması, ərazi
iddialarının olmaması, nəqliyyat və
kommunikasiyaların açılması üçün şərait
yaradılmasının olduğu qeyd edilib.
Gürcüstan
parlamentinin Sahə iqtisadiyyatı və iqtisadi siyasət komitəsinin
sədri David Sonqulaşvili iki ölkə arasında dostluq,
qardaşlıq münasibətlərinin mövcudluğunu, belə
görüşlərin əlaqələrin möhkəmləndirilməsi
baxımından vacibliyini qeyd edib. O, Azərbaycanın öz ərazi
bütövlüyünü və suverenliyini tam bərpa etməsi
və son prezident seçkilərinin ölkənin
bütün ərazisində keçirilməsi münasibətilə
təbriklərini çatdırıb. Dövlətlərimiz
və xalqlarımız arasında tarixi ənənələrə
söykənən sarsılmaz əlaqələrin bu gün də
dinamik inkişaf etdiyini deyib. Regionda davamlı təhlükəsizliyin
təmin edilməsi üçün səmərəli
münasibətlərin inkişaf etdirilməsinin vacibliyini diqqətə
çatdırıb.
Gürcüstan
parlamenti nümayəndə heyətinin üzvləri Gela
Samxarauli, Bezhan Tsakadze, Qoça Enukidze çıxış
edərək, ölkələrarası və parlamentlər səviyyəsində
əlaqələrin möhkəmlənməsi, iqtisadi, ticari
sahələrdə əməkdaşlığın
inkişafı ilə bağlı fikirlərini
açıqlayıblar.
Azərbaycan.-2024.-
23 aprel, № 81.- S.6.