Azərbaycan -Gürcüstan
dostluğu qədim tarixə malikdir
Aprelin 22-də
Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr
üzrə işçi qrupunun üzvləri ölkəmizdə
səfərdə olan Gürcüstan parlamentinin Sahə
iqtisadiyyatı və iqtisadi siyasət komitəsinin sədri
David Sonqulaşvilinin rəhbərlik etdiyi nümayəndə
heyəti ilə görüşüblər.
Milli Məclisin
Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsindən AZƏRTAC-a bildiriblər ki,
işçi qrupun rəhbəri Arzu Nağıyev ölkələrimiz
arasında dostluğun qədim tarixə malik olduğunu deyib.
Bildirib ki, xalqlarımız arasındakı dostluq əlaqələri
parlamentlərimiz səviyyəsində də inkişaf etməkdədir.
Ali
qanunvericilik orqanlarının komitələri arasında
münasibətlərin inkişafından və parlamentlərimizin
mədəniyyət komitələri arasında
imzalanmış əməkdaşlıq haqqında memorandumun əhəmiyyətindən
danışan A.Nağıyev bu təcrübənin parlamentlərin
digər komitələri arasında tətbiqinin vacibliyni qeyd
edib. Diqqətə çatdırılıb ki, ölkələrimiz
daim bir-birinin ərazi bütövlüyünü dəstəkləyir
və biz 44 günlük Vətən müharibəsində də
bunun şahidi olduq.
Azərbaycan-Gürcüstan
münasibətlərinin hazırkı səviyyəsindən
məmnunluqla danışan Gürcüstan parlamentinin Sahə
iqtisadiyyatı və iqtisadi siyasət komitəsinin sədri
David Sonqulaşvili Azərbaycanın bütün suveren ərazisində
keçirilmiş prezident seçkiləri münasibətilə
təbriklərini çatdırıb. Qonaq
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars və Orta Dəhliz layihələrinin
ölkələrimiz üçün əhəmiyyətindən
danışıb, Azərbaycanda keçirdiyi
görüşlər barədə təəssüratlarını
bölüşüb.
Söhbət
zamanı Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr
üzrə işçi qrupunun və Gürcüstan parlament
nümayəndə heyətinin üzvləri iki ölkə
arasında münasibətlərin perspektivlərinə dair
fikirlərini bildiriblər.
Azərbaycan.-2024.-
23 aprel, № 81.- S.6.