23 aprel 2023-cü il
- tarixinin ən qüdrətli Azərbaycanının
30 ildən sonra sərhəd və ərazi bütövlüyünü
təmin etdiyi gündür!
Bir il öncə "Laçın"
sərhəd-buraxılış məntəqəsinin yaradılması
ölkəmizin suveren
hüquqları çərçivəsində
atılmış legitim
addım kimi, zəfərdən sonra əldə edilmiş çox mühüm hərbi siyasi qələbə kimi tariximizdə yeni səhifə açdı.
Bu tarixi hadisənin əhəmiyyətini
Zəfərin memarı,
Müzəffər Ali
Baş Komandan İlham Əliyev belə qiymətləndirdi:
"Aprelin 23-də Laçın
rayonunda, Azərbaycan-Ermənistan
sərhədində sərhəd-buraxılış
məntəqəsi qoyulmuşdur.
Bir daha iradə, cəsarət, öz gücünə əminlik nümayiş etdirərək biz bunu etdik. Heç
bir şey bizi yolumuzdan döndərə bilməz.
23 aprel bizim ərazi bütövlüyümüzün
tam bərpası deməkdir. Sərhəd-buraxılış
məntəqəsinin qurulması
ərazi bütövlüyümüzün
tam bərpası deməkdir və bunu biz beynəlxalq
hüquq çərçivəsində
etdik, biz öz ərazimizi qoruyuruq, öz sərhədlərimizi qoruyuruq
və qoruyacağıq!"
"Laçın" sərhəd-buraxılış məntəqəsində Azərbaycan
bayrağının dalğalandırılması
həm sülh müqaviləsindən yayınan
Ermənistan rəhbərliyinə,
həm Qarabağdakı
keçmiş qondarma
quruma, həm də revanşistlərlə
və onlara qanunsuz silah-sursat verən qüvvələrə
son xəbərdarlıq
oldu.
"Laçın" sərhəd-buraxılış məntəqəsində dalğalanan
bayrağımızın nuru
Xankəndiyə gedən
yolumuza işıq saldı.
Erməni məkri
və ədalətin gücü
2020-ci ilin sentyabrında
haqq savaşına qalxan Azərbaycanın cəmi 44 günə qazandığı möhtəşəm
qələbə 30 illik
həsrətə son qoyub şanlı tariximizdə yeni səhifə açdı.
Bu möhtəşəm
qələbə xalqımızı
daha da mətinləşdirdi
və Zəfərin baş memarı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında
daha sıx birləşdirdi.
Baş sərkərdəmiz
bütün nailiyyətləri
ilə yanaşı, həm də işğal altında olan torpaqlarımızın
xilaskarı oldu, çox qısa zaman ərzində Azərbaycanın uğur tarixini yazdı. Bütün çıxışlarında
"Qarabağ Azərbaycandır!"
deyən Prezident İlham Əliyev onu gerçəkliyə çevirdi. Uzun illər beynəlxalq təşkilatların, bəzi
böyük dövlətlərin
himayə etdiyi işğalçı Ermənistan,
Azərbaycan Prezidentinin
hərbi-siyasi diplomatiyası
qarşısında diz
çökdü.
Ali Baş Komandan uğurlu "Dəmir yumruq" əməliyyatı ilə
bütün dünyaya
həm də bacarıqlı, qətiyyətli
sərkərdə olduğunu
isbatladı. Bu əməliyyat, ilk növbədə, xalq-ordu-dövlət
birliyinin bariz təcəssümü oldu.
Dünya Azərbaycanın
hansı gücə sahib olduğuna şahidlik etdi və işğalçı
Ermənistana illərlə
havadarlıq edən hər hansı bir qüvvə haqq savaşımıza əngəl yarada bilmədi. Dünyanın ən böyük siyasi təşkilatı olan BMT-nin Təhlükəsizlik
Şurasının illər
öncə qəbul etdiyi və 2020-ci ilə qədər kağız üzərində
qalan qətnamələrinin
icrasını Azərbaycan
güc yolu ilə reallığa çevirdi. Bununla da Ali Baş
Komandan İlham Əliyev bir daha dünyaya bəyan etdi ki, yaşadığımız
müasir dövrdə
hüququn əsasları
deyil, güc amili ən mühüm
silahdır.
Lakin təəssüflər
olsun ki, qazanılmış hərbi-siyasi
qələbə nəticəsində
regionda yaranmış
yeni reallıqlarla barışmayan Ermənistan
və onu himayə edənlər illüziyalara qapılaraq ölkəmizə qarşı
ərazi iddialarından
əl çəkmir,
yeni revanşist iddialarla çıxış
edirdilər. Ermənistan
imzaladığı üçtərəfli
Bəyanatdan (faktiki olaraq kapitulyasiya aktı) irəli gələn öhdəliklərini
yerinə yetirmir, icra etməli olduğu müddəaları
kobud şəkildə
pozmağa davam edirdi.
Bunlardan ən başlıcası isə
razılaşdırılmış və qəbul olunmuş öhdəliklərdən
sui-istifadə edərək
humanitar məqsədli
"Laçın" dəhlizindən
çirkin hərbi-siyasi
niyyətləri üçün
istifadə edərək
qanunsuz silah-sursat daşımağı dayandırmadılar.
Azərbaycanın xəbərdarlıqlarına
baxmayaraq, havadarlarına
arxalanıb məkrli planlar hazırladılar.
Bu azmış
kimi, Rusiya sülhməramlı kontingentinin
müvəqqəti yerləşdiyi
ərazilərimizdə faydalı
qazıntı yataqlarının
qanunsuz istismarını
davam etdirdilər. Bununla yanaşı, həmin yataqlarda keçirilməsi planlaşdırılan
ilkin monitorinqin də baş tutmaması üçün
təxribatlar törətdilər.
Buna etiraz əlaməti olaraq 2022-ci ilin dekabr ayından
ölkəmizin qeyri-hökumət
təşkilatları nümayəndələrinin,
ekofəalların və
gənc könüllülərin
birgə iştirakı
ilə Laçın-Xankəndi
yolunda dinc aksiyaya start verildi. Tam 138 gün davam edən bu aksiya
nəinki erməniləri,
eləcə də onlara havadarlıq edən dövlətləri
lərzəyə salmağı
bacardı. Bu aksiyadakı tələblərin
demək olar ki, böyük əksəriyyəti ekofəallarımızın
və dövlətimizin
güclü iradəsi
və qətiyyəti
sayəsində yerinə
yetirildi. Bu aksiya Azərbaycanın öz ekologiyasına və təbii sərvətlərinə çox
böyük önəm
verdiyini göstərdi.
Eyni zamanda aksiya rəsmi Bakının öz fikirlərində qərarlı
olduğunu sübuta yetirdi.
Nəhayət, 2023-cü il aprelin 23-də Dövlət Sərhəd
Xidmətinin bölmələri
tərəfindən Azərbaycanın
suveren ərazisində,
Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi
yolunun başlanğıcında
nəzarət-buraxılış məntəqəsinin qurulması
ilə əlaqədar
yeni vəziyyət formalaşdı. Bununla da Azərbaycan sərhəd bütövlüyünü
təmin etmiş oldu. 2022-ci il dekabrın 12-dən etibarən
Laçın-Xankəndi yolunun
Şuşa ərazisindən
keçən hissəsində
başlanan dinc etiraz aksiyası aprelin 28-də dayandırıldı.
"Laçın" sərhəd-buraxılış
məntəqəsinin yaradılması
ilə revanşistlərin
qeyri-qanuni yolla silah-sursat daşımasının
qarşısı rəsmən
alındı. Təhdidlərə,
hədələrə, "tələblərə" baxmayaraq,
Azərbaycan yenə də qətiyyət nümayiş etdirdi və Prezident İlham Əliyev keçid məntəqəsinin
ləğv olunmasını
iddia edən hər kəsə tutarlı arqumentlərlə
layiqli cavab verdi.
Güc və qətiyyət - ərazi bütövlüyünün tam
təminatı
Laçında sərhəd-keçid
məntəqəsinin yaradılması
Qarabağda qanunsuz yerləşdirilmiş erməni
silahlı birləşmələrinin
çıxarılması, həmçinin separatçıların
tərk-silah olunması
baxımından böyük
önəm daşıyırdı.
Açıldığı gündən "Laçın"
sərhəd-buraxılış məntəqəsində Dövlət
Sərhəd Xidmətinin
və Dövlət Gömrük Komitəsinin
əməkdaşları istər
ölkənin ərazisinə
daxil olan ermənilərin, istərsə
də Azərbaycanda yaşayan erməniəsilli
vətəndaşların sənədlərini,
eləcə də şübhəli bilinən
yüklərini yoxlayır,
ölkə ərazisinə
qanunsuz malların daşınmasının qarşısını
alırdı. Bununla da Azərbaycan hər zaman olduğu kimi, növbəti dəfə də sübut etdi ki, beynəlxalq
hüququn norma və prinsiplərinə tam uyğun olan addım atıb, öz suveren ərazisində yaratdığı keçid
məntəqəsində hər
şey qanunlar çərçivəsində həyata keçirilir.
Lakin xristian təəssübkeşliyi yenə
də özünü
göstərdi, Ermənistan
və onun havadarları Azərbaycanın
Qarabağın erməni
əhalisinə qarşı
"humanitar blokada"
yaratdığını iddia
edərək ölkəmizə
qarşı hücuma
başladılar. Məqsəd
Azərbaycana təzyiq
etməklə sərhəd-buraxılış
məntəqəsinin ləğv
edilməsinə nail olmaq idi. Hətta
bununla bağlı beynəlxalq məhkəmələrə baş
vursalar da, çıxarılan qərarlar
Azərbaycanın lehinə
oldu. Beynəlxalq Ədalət Məhkəməsinin
2023-cü il 6 iyul tarixli yekdil qərarı bunun əyani təzahürüdür.
Həmin sənədə
əsasən, Ermənistanın
sərhəd-buraxılış məntəqəsinin aradan
qaldırılması ilə
bağlı müvəqqəti
tədbir görmək
tələbi rədd edildi. Bu bir
daha göstərdi ki, Azərbaycanın bu addımı beynəlxalq hüququn tələblərinə uyğundur.
Avqustun 16-da BMT Təhlükəsizlik
Şurası ermənilərin
yaşadığı Azərbaycanın
Qarabağ bölgəsini
Ermənistanla birləşdirən
Laçın-Xankəndi yolunun
guya "bağlanması"ndan
sonra yaranmış
"humanitar böhran"ın
müzakirəsi üçün
keçirilən təcili
iclasda da Ermənistan və ona dəstək verənlər məqsədlərinə
çatmadılar.
Lakin nə Ermənistan, nə də onun ən
böyük himayədarı
Fransa siyasi təxribatlardan əl çəkmir, sülh və normallaşma prosesinə maneələr
yaradırdılar. Fransanın
"humanitar yardım"
adı ilə həyata keçirdiyi növbəti təxribatın
baş tutmaması da deyilənlərin təsdiqidir. Belə ki, Azərbaycan Fransadan göndərilən
"humanitar yükü"
Qarabağa buraxmadı.
Fransadan göndərilən
10 avtomobil iyulun 26-da sərhəddə gözləyən
"Spayka" avtomobillərinin
ardınca düzülmüş
vəziyyətdə qaldı.
Əgər həqiqətən
də Qarabağda yaşayan erməniəsilli
şəxslər "humanitar
böhran" vəziyyəti
ilə üzləşmişdilərsə,
Azərbaycan Qızıl
Aypara Cəmiyyəti tərəfindən onların
ehtiyaclarını qarşılamaq
məqsədilə göndərilən
humanitar yardımı
almaq üçün
adekvat addım atar və Ağdam-Xankəndi
yolundan Qarabağ bölgəsinə yüklərin
çatdırılmasına etiraz etməzdi.
Bir sözlə,
Ermənistan bütün
istiqamətlər üzrə
təxribatlarını davam
etdirdi. Məqsədi isə sülhdən yayınmaqla yenidən silahlanmaq və Azərbaycanı təxribata
çəkmək idi.
Lakin nəyi nə zaman edəcəyini
çox yaxşı bilən cənab İlham Əliyev həqiqətləri açıqlayaraq
Azərbaycanın bu prosesdə bir addım da geri
çəkilməyəcəyini bəyan etdi. Əlbəttə ki, sərhədimizin toxunulmazlığının
təmin olunması məsələsi ölkəmizin
milli təhlükəsizliyi
ilə yanaşı, qanunun aliliyinin də tələbi idi. Dövlət təhlükəsizliyinin pozulmasına
yönəlik təhdidlərə
qarşı suveren ərazimizdə sərhəd-buraxılış
məntəqəsinin yaradılması
beynəlxalq hüququn
norma və prinsiplərinə uyğun
olaraq tam qanuni addım sayılırdı.
Lakin bütün
zamanlarda vaxtdan istifadə edərək Azərbaycana zərbə vurmaq, şər atmaq kimi əməllərindən
çəkinməyən Hayastan
yenə də öz ampluasına sadiq qalaraq eyni
ssenarini davam etdirdi. Ölkə liderləri arasında aparılan sülh danışıqlarında Ermənistan
rəhbərliyi dəfələrlə
Azərbaycanın ərazi
bütövlüyünü tanıdığını bəyan
etsə də, əməldə bunu təsdiq edəcək addım atmadı. Havadarlarına arxalanıb
qeyri-qanuni yollarla Qarabağa silah-sursat daşınması prosesini
həyata keçirdi.
Dəfələrlə hərbi
təxribatlar törətdi.
Amma hər dəfə layiqli cavabını alaraq geri çəkildi. "Qisas", "qətiyyətli
cavab əməliyyatı"
bunu təsdiqləyən
reallıqdır.
Ermənistanın sülhdən
yayınması, təxribatlar
törətməsi Azərbaycanın
müəyyən tədbirlərə
əl atmasını şərtləndirdi. Hayastan
rəhbərliyi və
onların havadarları
elə düşünürdülər
ki, Azərbaycan status-kvonu dəyişməyə
cürət etməyəcək
və əksər ərazilərlə Şuşanın
azad edilməsi maksimal hədd olacaq. Onlar bunu
belə düşünmürdülər
ki, beynəlxalq birlik ermənilər yaşayan Azərbaycan ərazisində hər hansı əməliyyat keçirməyə və
bu ərazilər üzərində ölkəmizin
nəzarətini bərpa
etməsinə imkan verəcək. Həmin dövrdə, əsasən,
Fransa, ABŞ və bəzi Qərb ölkələrinin tutduğu
mövqe, verilən bəyanatlar belə proqnozlar üçün ciddi əsaslar yaratmışdı. Ermənistanın
havadarları 30 illik işğal dövründə
olduğu kimi, bu mərhələdə də vəziyyətin qeyri-müəyyən qalmasında
maraqlı oldular. Məqsəd Prezident İlham Əliyevi planlarından çəkindirmək
və Azərbaycanın
öz ərazisi üzərində tam suverenliyini bərpa etməsinə imkan verməmək, 2020-ci ilin nəticələri ilə
məhdudlaşmağa məcbur
etmək idi.
Heç vaxt başladığı işləri
yarımçıq qoymayan
və bütün fəaliyyəti boyunca nəyi, nə zaman və necə
etməyin ən yaxşı nümunələrini
göstərən Azərbaycan
Prezidentinin suverenlik və ərazi bütövlüyü anlayışı
heç bir zaman müharibənin nəticələri ilə
məhdudlaşmadı, sonrakı
3 il ərzində həyata keçirilən
siyasət və görülən bütün
işlər prosesin davamı oldu və 2023-cü il sentyabrın 20-də öz
məntiqi sonluğuna
çatdı. Bütün
təzyiqlərə və
hədələrə baxmayaraq,
Prezident İlham Əliyev uzaqgörənliklə,
praqmatik şəkildə,
prinsipiallıq və qəti iradə nümayiş etdirərək
Xankəndidə Azərbaycanın
dövlət bayrağının
asılacağı günü
yaxınlaşdırdı.
2023-cü il sentyabrın
20-də həyata keçirilən
antiterror tədbirləri
cəmi 23 saat 51 dəqiqə ərzində
revanşist birləşmələrin
təslim olmağa məcbur edilməsi, Qarabağdakı cinayətkar
rejimin özünü
buraxması, oktyabrın
15-də isə Xankəndidə,
Xocavənd şəhərində,
Xocalıda, Ağdərədə
Azərbaycan bayrağının
ucaldılması öz
tarixi əhəmiyyətinə
görə 44 günlük
müharibə və
8 noyabr Zəfər Gününə bərabər
növbəti parlaq qələbə oldu.
2023-cü il sentyabrın
20-də əldə olunan
qələbə siyasi
və mənəvi əhəmiyyətinə görə
Zəfər Gününü
tamamlayan tarixi hadisə kimi yaddaşlara yazıldı.
Müzəffər Ali
Baş Komandan İlham Əliyev müharibədən sonrakı
3 il ərzində tarixi əhəmiyyət kəsb edən bir prosesi reallaşdırdı
və üzərinə
götürdüyü missiyanı
uğurla başa çatdırdı. Bununla
da cənab İlham Əliyev 200 illik erməni xülyasının üzərindən
birdəfəlik xətt
çəkdi. Azərbaycanın
ərazi bütövlüyü
tam təmin edildi.
Məkrli oyunlar,
Qərbin əlində
alətə çevrilən
Ermənistan
Son proseslərə
nəzər yetirsək
görərik ki, Azərbaycan işğaldan
azad etdiyi torpaqlarında böyük
tikinti-quruculuq işləri
həyata keçirib
30 il yurdundan didərgin düşən
vətəndaşlarının Böyük qayıdış
prosesini reallaşdırmaqla
məşğul olduğu
halda Ermənistan hələ də sözdə sülh istəyir. Əməldə
isə böyük havadarları vasitəsilə
yenidən silahlanır
və regionun növbəti dəfə savaş mərkəzinə
çevrilməsi üçün
əlindən gələni
əsirgəmir. Bu, əlbəttə ki, regionda maraqları olan "qüvvələrin
arzu"su və "istəyi"dir.
Sülh müqaviləsi
imzalamaqdan yayınan Ermənistan ABŞ və Qərbin son oyunlarının iştirakçısı
kimi təkcə Azərbaycan üçün
deyil, qonşu Rusiya və İran üçün də təhdidlər yaratmaqdadır.
Bu il aprelin
5-də Brüsseldə keçirilən
üçtərəfli görüş
də məhz buna hesablanmışdı.
Sözdə bu görüşün yalnız
Ermənistana iqtisadi yardımların müzakirəsinin
aparılacağı iddia
edilsə də, əsl məqsəd və niyyət bağlı qapılar arxasında müzakirə
edildi və açıqlanmadı. Bu görüş bir daha onu da
təsdiqlədi ki, Qərb Cənubi Qafqazda yaranmış yeni status-kvonu qəbul etmək istəmir və Azərbaycana qarşı əks-strategiya gerçəkləşdirməyə
çalışır. Çünki
görüşlə bağlı
mətbuat qarşısında
edilən çıxışlarında
Ermənistanın Azərbaycanla
sülh sazişi imzalamasının vacibliyi
barədə heç
nə deyilmədi. Bəlli oldu ki, görüşdə bu barədə ümumiyyətlə, söhbət
getməyib. Bu da, əlbəttə ki, günlərdir Azərbaycan tərəfindən
səsləndirilən həqiqətlərin
təsdiqi oldu.
Fakt budur ki, İkinci Qarabağ müharibəsindən
və Azərbaycanın
öz ərazilərində
keçirdiyi antiterror
tədbirlərindən sonra
ölkəmizə edilən
təzyiqlər gündən-günə
artır. Azərbaycan
torpaqları 30 il işğal altında olarkən susan beynəlxalq qurumlar, qəbul etdikləri qətnamələrin icrasını
təmin edə bilməyən təşkilatlar
indi təhqirlə dolu çirkin sənədlər qəbul
edirlər. AŞPA-dakı
nümayəndə heyətimiz
səsvermə hüququndan
məhrum edildi. Hazırda da Ermənistan Fransanın maliyyəsi ilə silahlandırılmaqdadır.
Məhz bu faktlara əsaslanaraq Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə
bəyan edib ki, bunlar çox
mənfi fəsadlara gətirə biləcək
addımlardır və
bununla Cənubi Qafqaz üçün növbəti təhlükə
mənbəyi yaradılır.
ABŞ-nin və Avropa İttifaqının
yüksəkvəzifəli şəxslərin təşəbbüsü
əsasında onların
cənab İlham Əliyevlə baş tutan telefon danışıqları
əsnasında bu görüşün Azərbaycanın
əleyhinə olmadığını
inandırmağa çalışsalar
da, bu tipli
görüşlərin Azərbaycanın
və Cənubi Qafqazda iş birliyinin əleyhinə olduğu hər kəsə bəlli idi.
Əlbəttə ki,
Ermənistanın havadarları
ayırıcı xətlərin
yaradılması üçün
çalışır və
belə görüşlər
ölkəmizi təcrid
etmək məqsədi
güdür. Bu həm də onu deməyə əsas verir ki, Ermənistanın silahlı forpost kimi formalaşdırılması
cəhdləri gələcəkdə
çox böyük fəsadlar törədəcək.
Bütün zamanlarda
Cənubi Qafqazda sülhün, təhlükəsizliyin
bərqərar olunmasını
istəməyən qüvvələr
indi yenə də aşkar şəkildə hərəkətə
keçiblər. Görünən
odur ki, ABŞ və Qərb bütün mümkün vasitələrlə Rusiyanı
regiondan sıxışdırıb
çıxarmaq istəyir
və bunu da artıq gizlətmir.
Bu məqsədə çatmaq üçün
isə alət olaraq Ermənistandan istifadə edilir. Bu da təbii
ki, məğlub ölkənin Azərbaycanla
sülh müqaviləsini
imzalamaqdan yayınmasına
əlverişli şərait
yaradır.
ABŞ başda olmaqla
Qərb dövlətləri
Cənubi Qafqazda vəziyyəti mümkün
qədər gərginləşdirmək,
ənənəvi rəqiblərinə
qarşı yeni münaqişə ocaqları
yaratmaq yolunu tutublar. ABŞ və Avropa İttifaqı regionda vəziyyəti mümkün qədər gərginləşdirməklə Cənubi Qafqazda hərbi cəhətdən
mövcudluğu hədəfləyir.
Bu isə heç şübhəsiz
ki, Bakı və İrəvan arasında sülh perspektivlərini faktiki heçə endirir.
Bir sözlə,
təhlükəsizlik zəmanəti
ideyası Azərbaycanla
Ermənistan arasında
yekun sülhün beynəlxalq hüququn prinsiplərinə yox, Qərbin arzuladığı
formaya uyğunlaşdırmaq
cəhdidir. Əlbəttə,
bu, Azərbaycana qarşı atılan addım olmaqla milli maraqlarımıza ciddi təhdiddir.
Brüssel görüşündə
bağlı qapılar
arxasında ABŞ ilə
Ermənistan arasında
20 maddədən ibarət
hərbi paktın imzalanması faktının
üzə çıxması
isə Azərbaycanın
haqlı olduğunu təsdiqlədi.
Görüşdən öncə Prezident İlham Əliyev dəfələrlə bildirmişdi
ki, hazırda dünyada, o cümlədən
Cənubi Qafqazda proseslər çox təhlükəli istiqamətdə
gedir və bununla bağlı Azərbaycan haqlı olaraq öz narahatlığını ifadə
edir. Belə ki, Cənubi Qafqaz üçün cızılan plan gələcəkdə böyük
fəlakətə gətirə
bilər.
ABŞ Dövlət Departamenti yayılmış
ciddi sənədi
"dezinformasiya" adlandırsa
da, fakt ortadadır. Fakt qarşısında qalanda
ən asan yol doğrunu yalan kimi qələmə
vermək olur. Sənəddə əks olunan məqamlar onu deməyə əsas verir ki, hərbi yardım məsələsi
ABŞ ilə Ermənistan
arasında açıq
şəkildə müzakirə
olunub. 5 aprel görüşünə qədər
də müzakirələr
davam edib, sadəcə Azərbaycanın
ciddi narahatlığına
görə Brüssel
görüşündə bu komponenti ört-basdır
ediblər. İndi də bunu "dezinformasiya" adlandıraraq
gündəlikdən çıxarmaq
istədilər. Ortada
gizli pakt var. Bu sənəd
göstərir ki, real müzakirələr aparılıb və addımlar atılıb.
Bir sözlə,
bütün yalanlar ifşa olunur. Bəlli olur ki, cənab İlham Əliyevin söylədiyi kimi, Cənubi Qafqaz üçün növbəti
təhlükə mənbəyi
yaradılır. Əlbəttə
ki, bu, ayırıcı
xətlərin yaradılması
və ölkəmizi təcrid etmək məqsədi güdür.
Bu həm də onu deməyə
əsas verir ki, Ermənistanın silahlı forpost kimi formalaşdırılması
cəhdləri gələcəkdə
çox böyük fəsadlar törədəcək.
Dörd kəndin
geri qaytarılması
Prezidentimizin növbəti
qələbəsidir
Bütün bunların
fonunda hələ də qələbələrimiz
davamı gəlməkdədir,
son günlərdə
ard-arda, davamlı olaraq tarixi naliyyətlərə
şahidlik edirik. Ötən həftə baş verən çox mühüm iki hadisə - Rusiya sülhməramlılarının
Azərbaycan ərazilərindən
çıxarılması və
Qazaxın 4 kəndinin
Ermənistandan alınması
isə bir daha Azərbaycan Prezidentinin qətiyyətli
siyasətinin təntənəsi
kimi qiymətləndirilməlidir.
Ümumiyyətlə, Rusiya sülhməramlılarının
dinc formada Azərbaycandan çıxarılması
bütövlükdə Cənubi
Qafqaz tarixində yeni mərhələ deməkdir. Amma maraqlıdır ki, rus bazalarını Ermənistandan çıxarmaq
üçün dəridən-qabıqdan
çıxan kollektiv
Qərb sülhməramlıların
Azərbaycandan getməsindən
məmnun görünmədi
və hətta Vaşinqton buna görə Rusiyanı
"etibarsız müttəfiq"
adlandırdı. Görünən
odur ki, bunlar bəzi təcrübələrə əsaslanıb
sülhməramlı məsələsinə
Bakı ilə Moskva arasında potensial böhran kimi baxırmışlar. Amma Prezident İlham Əliyev vaxtından əvvəl bu məsələni kökündən həll
etməklə göstərdi
ki, Azərbaycan, sözün əsl mənasında, suveren, qüdrətli dövlətdir
və Azərbaycan dövlətini digər ölkələrlə, onun
qüdrətli liderini
isə digər liderlərlə müqayisə
etmək olmaz.
Qazax rayonunun 4 kəndinin bir güllə atılmadan geri qaytarılması isə xalqımızın
növbəti müdhiş
qələbəsidir. Bunu
bizə bəxş edən isə şəxsən Müzəffər
Sərkərdəmiz, qətiyyətli
Liderimiz cənab İlham Əliyevdir. O, heç bir atəş səsi eşidilmədən, itkisiz,
qan tökülmədən
bu Zəfəri bizə hədiyyə etdi. Hadisələrin gedişi göstərir ki, Prezidentimiz bütün prosesi zərgər dəqiqliyi, məntiqi ardıcıllıq,
yüksək siyasi iradə və qətiyyətli addımları
ilə davam etdirir. Ali Baş
Komandanımız 2020-ci il
Vətən müharibəsində
işğala son qoydu, ötən ilin 19-20 sentyabrında isə Qarabağda həyata keçirilən
antiterror tədbirləri
ilə dövlətimizin
suverenliyini bütün
ölkə ərazisində
tam bərpa etdi. Habelə cənab İlham Əliyevin yaratdığı
ən yeni reallıqlar fonunda Rusiya sülhməramlılarının
bölgəni tərk
etməsi və Qazaxın dörd qeyri-anklav kəndinin azad olunması düşünülmüş siyasətin effektli nəticələridir.
Bütün bunlar
ara qarışdıran,
bölgədə sülh
istəməyən Qərb
dairələrinə, xüsusilə
də Fransaya tərs şillə oldu. Aylardır iddia edirdilər ki, Azərbaycan Ermənistan ərazisinə
hücuma hazırlaşır.
Artıq son hadisələrlə onların
böhtan xarakterli təbliğatları alt-üst
oldu və rəzil duruma düşdülər.
Proseslərin gedişi
və qazanılan nailiyyətlər bir daha sübut edir ki, xalqımızın
uzaqgörənliyi, müdrikliyi,
düzgün qərarı
və sərrast seçimi bugünkü misilsiz uğurlarımızın,
şanlı qələbələrimizin
əsasıdır. Cənab
İlham Əliyevi dövlət başçısı
seçməklə xalqımız
tarixi addım atıb. O, dövlətimizin
və xalqımızın
həyatında taleyüklü
məsələləri vaxtında
və dəqiq, möhtəşəm qələbələrlə
həll etməklə
bütün ümidləri
layiqincə doğrultdu,
arzularımızı reallaşdırdı.
Cənab İlham
Əliyevin siyasi fəaliyyətinin hər bir məqamı bizim uğur salnaməmizdir. Məhz onun gərgin zəhmətinin, düşünülmüş
qərarlarının, qətiyyətli
və müdrik mövqeyinin göstəriciləridir
ki, gündən-günə
çiçəklənən, tərəqqi edən Vətənimizin şanı
və şöhrəti
bütün dünyaya
yayılıb.
Əminliklə və
fəxarətlə deyə
bilərik ki, hazırda Azərbaycan dünyanın qüdrətli
dövlətlərindən biridir. Hələ
2003-cü ildə Prezident
İlham Əliyevin xalqımıza verdiyi ən mühüm vəd işğal altında olan torpaqlarımızın düşməndən
azad edilməsi idi. Bu gün
isə biz məhz onun diplomatik bacarığı,
mahir sərkərdəlik
keyfiyyətləri sayəsində
dünyada müzəffər
xalq olaraq tanınırıq.
Möhtərəm Prezidentimiz
isə qətiyyətli
və uzaqgörən
diplomatiyası ilə
ölkəmizi daha işıqlı sabaha aparır, xalqımız da dövlət başçısına hər
zaman dəstək olur və ətrafında
sıx birləşərək
ardınca daha möhtəşəm gələcəyə
doğru inamla addımlayır.
Səttar MÖHBALIYEV,
Milli Məclisin
deputatı, Azərbaycan
Həmkarlar İttifaqları
Konfederasiyasının sədri
Azərbaycan.-2024.-
23 aprel, ¹ 81.- S.8.