Azərbaycan yeni dövrə möhtəşəm uğurlarla qədəm qoyur

 

 

Bu günlərdə hər birimiz zəfər tariximizin növbəti möhtəşəm uğurlarının xoş təsiri altındayıq. Belə ki, Rusiya Federasiyasının Vətən müharibəsindən sonra Qarabağda müvəqqəti yerləşmiş sülhməramlı kontingentinin ötən həftənin ortalarından etibarən respublikamızı tərk etməyə başlaması Prezident İlham Əliyevin müdrik siyasətinin növbəti təntənəsinə çevrilərək, hər birimizin dərin sevincinə səbəb oldu.

Rusiya sülhməramlılarının ölkəmizi tərk etməyə başlamasının ardınca  Azərbaycan ictimaiyyəti növbəti xoş müjdəyə sevindi. Azərbaycanla Ermənistan arasında aprelin 19-da keçirilən dövlət sərhədinin delimitasiyası üzrə növbəti görüşdə Qazax rayonunun işğal altında olan 4 qeyri-anklav kəndinin Azərbaycana qaytarılması ilə bağlı razılıq əldə edildi. Bu hadisə Müzəffər Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsindən sonra xalqımıza bəxş etdiyi növbəti zəfər oldu. Eyni zamanda 4 kəndin bir güllə atılmadan azad edilməsi cənab Prezidentin mühüm siyasi-diplomatik qələbəsidir.

Beləliklə, Laçın rayonunda sərhəd-buraxılış məntəqəsinin yaradılması ilə sərhədlərimizin tam nəzarət altına alınmasının birinci ildönümünü növbəti nailiyyətlər mühüm siyasi-diplomatik qələbələr fonunda qarşılayırıq. 2023-cü il aprelin 23-də Laçında sərhəd-buraxılış məntəqəsinin yaradılması Prezident İlham Əliyevin Azərbaycanın milli maraqları uğrunda həyata keçirdiyi qətiyyətli uzaqgörən siyasətinin təntənəsinə çevrildi, eyni zamanda bu hadisə yalnız müasir müstəqillik dövrümüzün deyil, son bir neçə əsrlik dövlətçilik tariximizin böyük hadisəsi oldu. Çünki bununla xalqımız Orta əsrlər xanlıqlar dövründən bu yana ilk dəfə olaraq bütün sərhədlərimiz üzərində tam nəzarət hüququnu təmin etdi. Bu hadisə göstərdi ki, Prezident İlham Əliyev Azərbaycanın milli maraq mənafelərinin qorunması təmin edilməsi istiqamətində dəqiq, uzaqgörən müdrik strateji siyasi kurs müəyyən edib. Hansı ki, bu kurs Vətən müharibəsindən əvvəl ondan sonrakı dövrlərdə respublikamızın bütün strateji hədəf məqsədlərinə çatmasını təmin edib bu gün etməkdədir.

Xatırladaq ki, Ermənistan tərəfi 2020-ci ilin noyabr ayında imzaladığı üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərdən irəli gələrək silahlı qüvvələrinin qalıqlarını Qarabağdan çıxarmaq əvəzinə, separatçılara silah-sursat müxtəli hərbi texnikalar göndərirdi. Bunu Qarabağ bölgəsində aşkarlanan piyada tank əleyhinə minaların 2021-2022-ci illərdə Ermənistanda istehsal olunması, o cümlədən qeydə alınan videgörüntülər təsdiq edirdi.

Bundan başqa, Qarabağın təbii mineral sərvətləri separatçı rejimin ünsürləri tərəfindən talan edilərək, Ermənistana daşınır, Azərbaycanın ekologiyasına böyük zərər vurulurdu. Bu mənada respublikamızın ictimaiyyətinin Ermənistanın Qarabağdakı separatçı rejimini Azərbaycan dövləti onun milli maraqları əleyhinə fəaliyyətlərinə qarşı etirazı ekoloji fəalların 2022-ci ilin dekabrından Xankəndi-Laçın yolunda həyata keçirdikləri aksiyalarla başlandı. Bu aksiya o dövrdə Azərbaycana qarşı riyakar mövqedə dayanan Fransa başda olmaqla dünya erməniliyinin dərin narahatlığına səbəb oldu aksiyaların dayandırılması üçün ölkəmizə qarşı müxtəlif təzyiqlərə cəhd göstərildi. Çünki ekoloji fəalların aksiyaları həm Laçın-Xankəndi yolu ilə Qarabağa qanunsuz silah-sursatın gətirilməsinin, Qarabağdan talan   olunan sərvətlərin Ermənistana daşınmasının qarşısını almışdı, bir sözlə, separatçıların əl-ayağını bağlamışdı.

Əlbəttə, heç bir təzyiq Azərbaycanı öz yolundan döndərə bilməz indiyədək dəfələrlə bunun şahidi olmuşuq. Bu mənada ekofəallarımızın Laçın yolundakı etiraz aksiyalarına görə erməni təəssübünü çəkən xarici siyasi dairələrin ölkəmiz əleyhinə davamlı şəkildə həyata keçirdikləri riyakar məkrli fəaliyyətin fonunda Azərbaycanın 2023-cü ilin aprelin 23-də Ermənistanla şərti sərhəddə Laçın sərhəd nəzarət-buraxılış məntəqəsini yaratması respublikamızın bütün ermənipərəst qüvvələr üzərində növbəti böyük qələbəsi oldu.

Laçın sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılması ilə Rusiya sülməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycanın Qarabağ bölgəsində o dövrdə qalmaqda olan separatçıların, o cümlədən Ermənistanın qeyri-qanuni fəaliyyətlərinin, respublikamızın ərazisinə silah-sursat daşımalarının qarşısı birdəfəlik alındı. Qarabağda o dövrdə yaşayan mülki ermənilər isə Ermənistana əks istiqamətdə yalnız Laçın sərhəd nəzarət-buraxılış məntəqəsində pasport yoxlanışından keçməklə gedib-gələ bilirdilər.

Ötən ilin aprel ayından başlayaraq Ermənistan başda Fransa olmaqla digər erməni təəssübkeşləri Qarabağın erməni sakinlərinin guya humanitar böhranla üz-üzə qalması barədə yeni siyasi məzhəkə açmışdılar. Hətta məsələni qlobal müzakirəyə  çıxarmış, amma elə ilk zərbəni beynəlxalq səviyyədə almışdılar. Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Laçın sərhəd nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı iddiasını rədd etməklə, Azərbaycanın öz əraziləri üzərində suveren hüquqlarının olduğunu təsdiq etmişdi.

Ermənistanın Fransanın Laçın yolu ilə bağlı digər fiaskosu BMT- baş verdi.  Onlar BMT Təhlükəsizlik Şurasının 16 avqust 2020-ci il tarixli növbədənkənar iclasında Azərbaycanın Laçın yolunu guya blokadaya aldığını Qarabağdakı erməniləri aclığa məruz qoyduğunu  iddia edərək, bu yalanlarının rəsmiləşdirilməsinə çalışsalar da, ciddi məğlubiyyətə uğradılar. Faktiki olaraq heç bir dövlət Ermənistan Fransanın bu iddialarını dəstəkləmədi.

Beynəlxalq müstəvidə Azərbaycana qarşı  planları alt-üst olan Fransanın Paris merinin rəhbərliyi ilə Qarabağa humanitar yük daşımaq istəməsi, əslində, Azərbaycana qarşı qarayaxma kampaniyasının tərkib hissəsi idi. Həmin vaxt Fransa tam əmin oldu ki, Azərbaycana təzyiq etmək qeyri-mümkündür. İstər Ermənistandan, istər Fransadan gətirildiyi deyilən yüklərin sərhəddə saxlanılması göstərdi ki, Azərbaycanla razılaşdırılmadan heç bir yük avtomobili suveren ərazilərimizə daxil ola bilməz. Prezident İlham Əliyevin dediyi kimi, 23 aprel bizim ərazi bütövlüyümüzün tam tarixi bərpası deməkdir: "Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsi qoyulmuşdur. Bir daha iradə, cəsarət, öz gücünə əminlik nümayiş etdirərək biz bunu etdik. qədər bizə təzyiqlər oldu, qədər hədə-qorxular oldu. Bu gün davam edir, bu gün müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində Ermənistan onun arxasında dayananlar bizə qarşı müxtəlif fitnələr ortaya atırlar. Heç bir şey bizi yolumuzdan döndərə bilməz. 23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir. Sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir bunu biz beynəlxalq hüquq çərçivəsində etdik, biz öz ərazimizi qoruyuruq, öz sərhədlərimizi qoruyuruq qoruyacağıq".

Bütün bunların davamı kimi 2023-cü ilin sentyabrından Azərbaycan ərazilərində dövlətimizin milli maraqlarının tam təmin olunduğu yeni reallıqlar hakimdir. Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin milli maraqlarımızın təmin edilməsinə yönəlmiş strateji kursunun nəticəsi olaraq ötən ilin sentyabrında Qarabağdakı 200 illik erməni separatizminə son qoyuldu. 

Artıq ərazilərimiz üzərində milli suverenliyimiz tam təmin edilib. Son olaraq Rusiya sülhməramlılarının Azərbaycanı tərk etməsi Qazaxın 4 kəndinin işğaldan azad edilməsi ilə bağlı razılığın əldə olunması Zəfər salnaməmizin növbəti səhifələri kimi tariximizi daha şərəfləndirir, xalqımızı qürurlandırır. Beləliklə, Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi ilə öz yüksəlişinin yeni dövrünə olduqca möhtəşəm uğurlarla qədəm qoyur.

 

Cəbi QULİYEV,

Milli Məclisin deputatı

Azərbaycan.-2024.- 23 aprel, № 81.- S.9.