Sülhə
nail olunması vasitəçilərsiz də
mümkündür
4 kəndin azad olunması ilə bağlı razılaşma bunu təsdiq edir
Qazax rayonunun 4 kəndinin bir güllə atılmadan, bir itki verilmədən
azad edilməsi həm də Ermənistan ilə Azərbaycan arasında danışıqların aparılmasında
üçüncü tərəfə
ehtiyac olmadığının
faktla təsdiqi oldu. Heç bir kənar vasitəçiyə ehtiyac
görmədən iki
ölkə öz aralarında dil taparaq, danışıqlar
apararaq qeyri-anklav kəndlərin qaytarılması
barədə razılığa
gəldilər.
Bakı və İrəvanın delimitasiya
proseslərinin başlanması
istiqamətində atdığı
bu mühüm addım bir daha ortaya qoydu
ki, nəhayət, Cənubi Qafqazda davamlı sülh üçün real şərait yaranıb.
Problemlər danışıqlar
yolu ilə çözülür
Bakının yürütdüyü
qətiyyətli siyasət
onilliklərdir bölgədə
yaşanan gərginliyə,
münaqişəyə son
qoyub. Düz 30 illik böyük bir zaman dilimində
aparılan danışıqlar
nəticəsində heç
cür əldə edilə bilinməyən davamlı sülh üçün yol açılıb. Artıq
dünyada "Qarabağ
münaqişəsi" deyə
bir problem yoxdur. Azərbaycanın torpaqlarını işğaldan
qurtarması, suverenliyini
tam təmin etməsi və ərazilərində separatizmi
məhv etməsi ilə iki ölkə
arasında münasibətlərin
normallaşmasına geniş
imkanlar yaranıb. Cəmi bir neçə
il əvvələ qədər imkansız görünən hadisələrin
gerçəyə çevrildiyinə,
Ermənistan ilə Azərbaycanın birgə
açıqlama yaydığına,
bir-birlərinə qarşı
xoşməramlı addımlar
atdığına, problemləri
masa arxasında danışıqlar yolu ilə həll etdiklərinə şahidlik
edirik. Qazax rayonunun illərdir işğal altında qalan 4 kəndinin azad edilməsi ilə bağlı razılığın əldə
olunması da buna daha bir
nümunədir.
Xatırladaq ki,
ötən il dekabrın 7-də Azərbaycan
Respublikası Prezidentinin
Administrasiyası və
Ermənistan Respublikası
baş nazirinin aparatı birgə açıqlama yaymış,
"Azərbaycan Respublikası
və Ermənistan Respublikası regionda çoxdan gözlənilən
sülhün əldə
olunması üçün
tarixi fürsətin yarandığı fikrini bölüşür. İki
ölkə münasibətləri
normallaşdırmaq, suverenlik
və ərazi bütövlüyü prinsiplərinə
hörmət əsasında
sülh sazişinə
nail olmaq niyyətini bir daha təsdiq edir", - deyə bəyan etmişdilər.
O da vurğulanmışdı
ki, Azərbaycan və Ermənistan yaxın gələcəkdə
əlavə etimad quruculuğu tədbirlərinin
həyata keçirilməsi
üçün müzakirələri
davam etdirəcəklər
və beynəlxalq ictimaiyyəti iki ölkənin qarşılıqlı
etimadın yaradılmasına
töhfə verəcək,
bütün Cənubi
Qafqaz regionuna müsbət təsir göstərəcək səylərini
dəstəkləməyə çağırırlar.
Beynəlxalq ictimaiyyət
bu addımı alqışladı
Qeyri-anklav 4
kəndin qaytarılması barədə iki ölkə
arasında əldə olunan razılaşmadan dərhal sonra
ard-arda gələn açıqlamalar göstərdi ki,
problemin bu yöndə həlli beynəlxalq ictimaiyyət tərəfindən
də alqışlanır və bu, sülh prosesində
mühüm addım kimi dəyərləndirilir.
"Biz Azərbaycan
və Ermənistanın
iki ölkə arasında sərhədin delimitasiyası üçün
baza sənədi kimi 1991-ci il Alma-Ata Bəyannaməsini razılaşdırdıqları barədə elanı alqışlayırıq", - deyə ABŞ Dövlət
katibi Entoni Blinken "X" hesabında
bildirib. E.Blinken qeyd edib ki,
bu, dayanıqlı sülh sazişinin bağlanması yolunda mühüm addımdır.
NATO da Azərbaycan
və Ermənistan arasında normallaşma səylərini dəstəklədiyini
açıqlayıb. NATO Baş
katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier
Kolomina "X" hesabında
bildirib ki, sərhədin delimitasiyası
üçün baza sənədi kimi 1991-ci ildə Alma-Ata Bəyannaməsi ilə bağlı Azərbaycan və Ermənistan arasında razılaşmanı
alqışlayırıq: "Hər iki ölkənin
ərazi bütövlüyünün
tanınması əsas
prinsipdir. Baş katib Yens Stoltenberqin
regiona səfərində
qeyd etdiyi kimi, NATO normallaşma səylərini güclü
şəkildə dəstəkləyir".
Avropa İttifaqı
Şurasının Prezidenti
Şarl Mişel
"X" sosial şəbəkəsində
yazıb ki, iki ölkə arasında sərhədlərin
delimitasiyası üçün
1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanan
Ermənistan və Azərbaycan arasında razılaşmanı alqışlayırıq:
"Hər bir ölkənin ərazi bütövlüyünün birmənalı
tanınmasına əsaslanan
sərhədlərin delimitasiyası
Brüsseldə də
müzakirələrin əsas
elementinə çevrilib
və bütün regionun sülh yolu ilə açılması
istiqamətində mühüm
addım olacaq".
BMT-nin Baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq
üçün qalan
ikitərəfli bütün
məsələləri həll
etməyə çağırıb.
Bu barədə
təşkilat rəhbərinin
rəsmi nümayəndəsi
Stefan Düjarrikin 20 apreldə verdiyi bəyanatda deyilir ki, baş katib
Ermənistanla Azərbaycan
arasında münasibətlərin
normallaşması prosesini
yaxından izləyir.
Tərəfləri sərhədin
qalan hissələrinin
delimitasiyası və
demarkasiyasını davam
etdirməyə və
münasibətlərin tam
normallaşması üçün
bütün həll edilməmiş ikitərəfli
məsələləri həll
etməyə çağırır.
Eyni zamanda Almaniya, İsveç, Norveç və digər ölkələr
tərəfindən də
verilən açıqlamalarda
Ermənistan ilə Azərbaycan arasında sərhədin delimitasiyası
prosesində razılaşmanın
əldə olunmasının
alqışla qarşılandığı
bildirilib.
"Bizə
bu məsələdə vasitəçi lazım deyil"
Azərbaycan postmünaqişə
dövründə iki
ölkə arasında
normallaşmaya nail olunması üçün
fəal iş aparıb. Ancaq Cənubi Qafqazla bağlı məkrli planları olan bəzi xarici qüvvələr ötən
müddətdə hər
vəchlə Bakının
sülh təşəbbüslərinə
kölgə salmağa
çalışıblar. Xüsusilə
də özünü
demokratiya beşiyi sanan Fransa bölgədəki
işlərə hər
vasitə ilə qarışmaq üçün
riyakar planlar cızıb, Ermənistanı
silahlandıraraq revanşa
qızışdırıb. Bakıya bütün vasitələrlə təzyiq
göstərməyə çalışan
Paris əlbir olduğu
bəzi Qərb təsisatları ilə birgə neçə müddət idi ki, guya Azərbaycanın
Ermənistana hücum
edəcəyi kimi yalanlar tirajlayırdı.
Amma Azərbaycan
ilə Ermənistan arasında masa arxasında əldə edilən razılaşmaya
əsasən, Qazaxın
4 kəndinin azad edilməsi ilə məkrli xarici qüvvələrin bu tezisi də çürümüş oldu.
Dünya da gördü ki, məhz Azərbaycan tərəfinin qətiyyətli
siyasəti nəticəsində
sülh səyləri
də bəhrə verməyə başlayıb.
Bütün bunlar
Prezident İlham Əliyevin fevralın 14-də
inaqurasiya mərasimində
"bizə bu məsələdə vasitəçi
lazım deyil" fikirlərinin daha bir təsdiqidir.
Yasəmən MUSAYEVA,
Azərbaycan.-2024.-
23 aprel, № 81.- S.9.