4 kəndin
azad olunması ilə bağlı razılaşma göstərir
ki, Azərbaycan öz milli maraqlarını
heç vaxt güzəştə getmir
"Vətən müharibəsindən
ötən dövr ərzində elə bir il olmayıb
ki, Azərbaycan milli maraqları ilə bağlı siyasi-diplomatik uğur qazanmasın. Aprelin 19-da Azərbaycan-Ermənistan sərhədlərinin
delimitasiyası üzrə
dövlət komissiyalarının
8-ci iclasında qəbul
edilən tarixi qərar da bu
qəbildəndir. Ermənistan
tərəfinin 1990-cı illərin
əvvəllərindən işğal
altında saxladığı
Qazax rayonunun anklav
olmayan 4 kəndinin sözün həqiqi mənasında, bir güllə belə atılmadan Azərbaycana qaytarılmasına razılıq
verməsi Prezident İlham Əliyevin prinsipial qələbəsidir".
Bu fikirləri
"Azərbaycan" qəzetinə
açıqlamasında Milli
Məclisin deputatı
Məlahət İbrahimqızı
deyib. Deputat bildirib ki, ermənilər
ağ bayraq qaldırmağa davam edirlər: "Bu gün hər bir azərbaycanlı şərəfli bir xalqın mənsubu olmağından qürur duyur. Bu elə
bir hissdir ki, üç yüz illik erməni zülmünə
qarşı məlhəmdən
yaranır. Azərbaycan
xalqı öz tarixinin çox şərəfli və ləyaqətli mərhələsini
yaşayır. Dövlətimizin
başçısı Azərbaycan
tarixinin şərəfli
səhifələrinin qızıl
hərflərlə yazılmış
salnaməsinin müəllifidir.
Bu gün keçirdiyimiz zəfər
və ləyaqət duyğularını məhz
Prezident İlham Əliyev bizə bəxş edib".
Deputat söyləyib
ki, Ermənistan cənab İlham Əliyev diplomatiyasının
prinsipiallığı, əzmkarlığı
və məğlubedilməzliyi
qarşısında Azərbaycan
torpaqlarının işğal
altındakı 8 kəndindən
4-nün geri qaytarılmasına
razılıq vermək
məcburiyyətində qalıb:
"Bu tarixi hadisə həm də beynəlxalq aləmdəki anti-Azərbaycan
dairələrin çirkin
siyasətlərinin iflasa
uğramasına səbəb
oldu. 4 kəndin qaytarılması ilə bağlı razılıq
həm də sapı özümüzdən
olan baltaların, milli dönüklərin indiyədək verdiyi bütün proqnozları da alt-üst etdi. Fransa kimi
Ermənistanı silahlandıran,
revanşistləri Azərbayacana
qarşı qaldıran
qüvvələr də
növbəti dəfə
məğlubiyyətlə üzləşdiklərini
dərk etdilər. Bu gün bütün
dünya fərqindədir
ki, Azərbaycan son dərəcə güclü ölkədir.
Əminik ki, tezliklə dövlətimiz
Qazaxın işğal
altında qalan digər 3 kəndinin və Naxçıvanın
Kərki kəndinin də geri qaytarılmasına
və Zəngəzur dəhlizinin açılmasına
da nail olacaq".
Azərbaycanın heç
kimin torpaqlarında gözü olmadığını
deyən Məlahət
İbrahimqızı əlavə
edib ki, biz yalnız öz torpaqlarımızın
geri qaytarılmasını
istəyirik: "Bu obyektiv qərarı isə rəsmi İrəvanın ilk konstruktiv qərarı kimi dəyərləndiririk:
"Bu cür yanaşma və qərarlar iki ölkə arasında sülh prosesinin sürətlənməsinə təsir
edə bilər. Onsuz da Ermənistanın
başqa variantı yoxdur. Azərbaycan torpaqlarının bir qarışını belə
heç kəsə güzəştə getməyəcək.
Prezidentimiz bu
reallığı öz
qətiyyətli və
prinsipial addımları
ilə dəfələrlə
təsdiqləyib, beynəlxalq
aləm də buna şahidlik edib".
Deputat yekunda vurğulayıb, qədirbilən
xalqımızın öz
Müzəffər Lideri
ətrafında nümayiş
etdirdiyi sarsılmaz birlik və həmrəylik belə də davam edəcək:
"Bir daha sübuta yetirilir ki, Azərbaycan xalqı Prezident İlham Əliyevə bu ilin fevral
ayında keçirilən
növbədənkənar prezident
seçkilərində də
təsadüfən səs
verməyib. Bu, xalqımızın dövlət
başçısının misilsiz fəaliyyətinə növbəti
yekdil etimadı idi".
Nəzrin
QAFARZADƏ,
Azərbaycan.-2024.-
23 aprel, № 81.- S.9.