Vasitəçiyə ehtiyac yoxdur

 

 

Azərbaycan Ermənistan məsələni həll etmək iqtidarındadırlar

 

 

 

"Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımız tarixinin ən şanlı səhifələrini yazır. Qazax rayonunun Ermənistanın işğalı altındakı dörd kəndinin dinc yolla, qan tökülmədən geri qaytarılması da növbəti zəfərimizdir".

Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib. Deputat bildirib ki, 44 günlük Vətən müharibəsindən başlayaraq bu il aprelin 19-na kimi qət edilən yolu hansısa bir dövrün uğurları ilə müqayisə etmək mümkün deyil. Azərbaycan  tarixində heç vaxt indiki qədər güclü olmayıb. Bu reallığı şərtləndirən amillər mövcuddur. Azərbaycan dövləti son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük tarixi uğurlara imza atıb. Dövlət başçısı Azərbaycanı güclü ölkəyə çevirib, ərazi bütövlüyünü suverenliyini bərpa edib, torpaqlarımızı kənd-kənd, şəhər-şəhər geri qaytarıb. Bu proseslər Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması, ölkəmizin ərazisində heç bir xarici qüvvənin olmaması ilə tamamlanır.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin dəmir iradəsi sayəsində Azərbaycanın taleyi ilə bağlı qurulan bütün kənar mənfi ssenarilər alt-üst edilib. Bu gün hamı bu iradə ilə hesablaşır. Ölkə rəhbəri Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaradıb. Hazırda Azərbaycan Cənubi Qafqazın güclü lider dövlətidir. Azərbaycan Ermənistanın sərhədlərin delimatisiyası üzrə razılığa gəlməsi isə sülhə doğru mühüm addımdır.

Sevinc Fətəliyeva qeyd edib ki, əldə olunmuş razılıq delimitasiya istiqamətində atılan ilk addımdır. Növbəti mərhələlərdə görüləcək işlərlə bağlı isə yeni görüşlər planlaşdırılır. "İlkin mərhələdə qeyri-anklav kəndlərin məsələsinin həllinin ön plana çıxarılması ölkəmizin bu məsələdəki açıq mövqeyinə bir daha işıq saldı. Əvvəlki görüşlərdə qarşı tərəfin bəzi hallarda qeyri-adekvat mövqe sərgiləməsinə baxmayaraq, ölkəmiz qəti şəkildə birmənalı yanaşmasını ortaya qoydu - Azərbaycan öz torpaqlarını güzəştə getməyəcəyini sona qədər bu məsələnin həllinə nail olacağını bütün təmaslar zamanı dilə gətirdi. Ölkəmizin məsələyə baxışı tam şəkildə beynəlxalq hüquqa əsaslanırdı. Bu mənada Ermənistanın razılığa gəlməkdən başqa hər hansı bir şansı yox idi", - deyə o əlavə edib.

Deputat qeyd edib ki, Ermənistan ilə Azərbaycanın bu məsələdə razılığa gəlməsi bir reallığı növbəti dəfə təsdiqləyib. Bölgənin sabitliyinə təhdid yaratmağa çalışan qüvvələrin apardıqları yalan təbliğat bütün detalları ilə ifşa olundu. Azərbaycanın guya Ermənistana hücum etməyə hazırlaşması, Ermənistan ərazisində hərbi hədəflərin olmasına dair Fransa digər Qərb dövlətlərinin təbliğatı növbəti dəfə iflasa uğradı. Azərbaycan artıq uzun müddət idi həm dünyaya, həm qarşı tərəfə izah edirdi ki, tərəflər arasında sülh prosesində kənar vasitəçilərə ehtiyac yoxdur. Problemləri Azərbaycan Ermənistan birbaşa dialoq yolu ilə həll edə bilər. Beləliklə, ABŞ, Aİ kimi vasitəçilik adı altında prosesə müdaxilə etmək istəyənlər məqsədlərinə nail olmadırlar.

Komitə sədrinin müavini bu ilin fevralında Prezident İlham Əliyevin andiçmə mərasimindəki çıxışında artıq prosesin iki dövlət arasında həll edilməli olduğunu dediyini xatırladıb. Delimitasiya üzrə komissiyaların görüşü, əldə olunan razılıq, gəlinən qənaət isə bir daha onu təsdiq edir ki, Ermənistan Azərbaycan birgə qarşılıqlı anlaşma şəraitində ortaq məxrəcə gəlib məsələni həll etmək iqtidarındadırlar. Qərb dairələri, korporativ maraqlar ilə prosesə müdaxilə etmək istəyənlər isə bu işə yalnız maneə ziyan vura bilər. "Bu fakt onu göstərir ki, bəzi Qərb dövlətləri qədər prosesdən kənar dayansalar, Cənubi Qafqazda sülh əmin-amanlıq o qədər tez təmin olunacaq. Azərbaycan Ermənistanın sərhədlərin delimitasiyası üzrə əldə etdiyi razılıq sülh yolunda tarixi addımdır. Tərəflər birbaşa dialoq vasitəsilə qısa zamanda sülh sazişi imzalaya bilərlər. Bu məqsədə çatmaq üçün Ermənistan üçüncü qüvvələrin diktəsi ilə hərəkət etməməlidir",- deyə deputat vurğulayıb.

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2024.- 23 aprel, № 81.- S.10.