Azərbaycan
diplomatiyasının daha
bir uğuru
Hər qaranlıq
gecənin bir işıqlı sabahı
var, deyirlər. Otuz il Qarabağın,
Şərqi Zəngəzurun
gündüzləri də
gecə tək keçdi. 1990-cı illərdə
təcavüzkar, vandal
ermənilərin hücumlarına
məruz qalan, işğal olunan həmin ərazilərdəki
yurdlarımız yerlə
yeksan edildi. Ölkəmizin təbii sərvətləri talandı,
təbii gözəllikləri
məhv edildi. Qədimliyinin nişanəsi
olan tarixi abidələri uçurulub
dağıdıldı. Və
bu vandalizmi görən "demokratik"
ölkələrin rəhbərləri
susdular...
Ermənistan qəsb
etdiyi Azərbaycan ərazilərində tikinti,
quruculuq işləri yerinə, silahlı qüvvələrini yad torpaqlarda möhkəmləndirmək
üçün istehkamlar
yaratmaqla məşğul
oldu. Və həmin istekamlara mütəmadi olaraq xarici havadarlarından aldığı hərbi texnikaları, silah-sursatı
daşıdı. 1994-cü ilin mayında imzaladığı atəşkəs
rejimi haqqında sazişə əməl etməyən işğalçı
ölkənin silahlı
qüvvələri Azərbaycan
Ordusunun mövqelərini,
dinc azərbaycanlıların
yaşayış məntəqələrini
imtensiz atəşə
tutdular. Dinc sakinlərimizi, əsgər
və zabitlərimizi şəhid etdilər.
İşğalçılığının,
namərdliyinin, məkrinin
sonunun gəlməyəcəyini
düşünən düşmən
yanıldı. Ermənistan
sılahlı qüvvələrinin
növbəti təxribatı
nəticəsində 2020-ci ilin payızında başlayan İkinci Qarabağ müharibəsi
Azərbaycan Ordusunun Zəfəri ilə başa çatdı. Ötən ilin sentyabrında lokal xarakterli hərbi əməliyyatlar isə o
zamana qədər Qarabağdan ayağını
kəsməmiş Ermənistan
silahlı qüvvələrinin
tör-töküntülərinin və separatçıların
sonu oldu. Haylar Azərbaycan Ordusunun qarşısında
təslim bayrağını
qaldırdılar. Ölkəmizin
suverenliyi tam bərpa edildi. İllərdir Ermənistanın
uzatdığı Qarabağ
münaqişəsi tarixə
qovuşdu.
Otuz il ərzində beynəlxalq təşkilatların
həllinə nail olmadıqları münaqişəyə
Azərbaycan dövləti
uğurlu daxili və xarici siyasəti, öz gücü ilə son qoydu. 44 günlük
İkinci Qarabaq müharibəsində ərazilərimiz
Ermənistanın işğalından
azad edildi, lokal xarakerli antiterror tədbirləri nəticəsində isə
bölgədə qalaraq
hərbi cinayət, terror əməllərini davam etdirən işğalçı ölkənin
silahlı qüvvələrinin
bölmələrinin, separatçıların
izi-tozu da qalmadı.
Azərbaycan diplomatiyasının
daha bir uğuru isə Rusiya sülhməramlı
kontingentinin vaxtından
əvvəl Qarabağı
tərk etməsidir.
2020-ci ilin 10 noyabrında
üçtərəfli Bəyanatda
Rusiya sülhməramlılarının
2025-ci ilə qədər
müvəqqəti olaraq
Qarabağda yerləşdirilməsi
nəzərdə tutulmuşdu.
Bölgəyə sülhməramlıların
müvəqqəti yerləşdirilməsi
bəndinin bəyanata
salınmasını Prezident
İlham Əliyev israr etmişdi.
İkinci Qarabağ
müharibəsindən sonra
baş verən tarixi hadisələr, Müzəffər Azərbaycan
Ordusunun 2023-cü il sentyabrın 20-də lokal xarakterli antiterror tədbirləri həyata keçirərək 24 saata
yaxın davam edən uğurlu əməliyyatı nəticəsində
Qarabağı uzun illər məskən salmış separatçılardan
təmizləməsi vəziyyəti
dəyişdi. Rusiya sülhməramlı kontingentinin
bölgədə 2025-ci ilə
qədər qalması
zərurəti aradan qalxdı.
Azərbaycan Prezidentinin
Administrasiyasının Xarici
siyasət məsələləri
şöbəsinin müdiri
Hikmət Hacıyev kontingentin Qarabağı tərk etməsi ilə bağlı bildirdi ki, Rusiya
sülhməramlılarının Azərbaycan ərazisindən
vaxtından əvvəl
çıxarılması barədə
hər iki ölkənin ali rəhbərliyi səviyyəsində
qərar qəbul edilib. Azərbaycan və Rusiya Müdafiə nazirlikləri
həmin qərarın
icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər.
Qeyd edək ki, Rusiya sülhməramlılarının
bölgədəki missiyasının
başa çatmasına
paralel olaraq, 2021-ci il yanvarın 30-da Ağdamda yaradılan Türkiyə-Rusiya Birgə
Monitorinq Mərkəzi
də öz fəaliyyətini dayandırır.
Türkiyə Milli Müdafiə Nazirliyinin İctimaiyyətlə Əlaqələr
və Mətbuat müşaviri kontradmiral Zeki Aktürk keçirdiyi brifinqdə bu haqda məlumat
verib.
Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatının
(KTMT) baş katibi İmanqali Tasmaqambetov
TASS-a müsahibəsində Qarabağın Azərbaycan
ərazisi olduğunu və Azərbaycanın öz ərazisində təhlükəsizliyi təmin
etmək üçün
qüvvələrinin olduğunu
dedi: "Hesab edirəm ki, regionda sabitlik böyük ölçüdə
Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin
imzalanması perspektivindən
asılıdır".
Türkiyənin Azərbaycandakı
sabiq səfiri,
"İMZA" İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç mətbuata
açıqlamasında diqqətə
çatdırdı ki,
prezidentlər İlham
Əliyev və Vladimir Putin bu tarixi qərarı
olduqca düzgün, rasional və bölgədə yaranmış
reallıqları nəzərə
alaraq qəbul ediblər. "Fikrimcə,
hər iki dövlət başçısı
obyektiv reallıqları
düzgün qiymətləndirməklə
yanaşı, həm də Qərb dairələrinin hər iki ölkəni, hətta deyərdim ki, Türkiyəni də oyuna çəkmək
üçün cızdıqları
planları alt-üst ediblər", - deyə Hulusi Kılıç əlavə edib.
Bununla belə,
Rusiya sülhməramlılarının
Qarabağı tərk
etməsinə yanaşmalar
müxtəlif oldu. Demokratiyadan dəm vuran ABŞ, Fransa kimi dövlətlər yenə də ikili standarlarını, riyakar mövqelərini nümayiş etdirdilər.
Azərbaycan isə
yenə də qətiyyətlə öz
mövqeyindədir. Cənubi
Qafqazın lider dövləti olaraq bölgəmizdə sülhün,
sabitliyin bərqərar
olunmasına səy göstərməkdə davam
edir.
Zöhrə
FƏRƏCOVA,
Azərbaycan.-2024.-
23 aprel, № 81.- S.10.