Laçında
sərhəd-keçid məntəqəsinin
açılması suverenliyin
tam təminatına gedən yolun başlanğıcı oldu
Bu, gələcək böyük
təxribatların qarşısını
aldı
Ötən ilin
bu günü Azərbaycanın Laçın
rayonunda Ermənistanla
sərhəddə buraxılış
məntəqəsi qurması
Qarabağda qalan qanunsuz erməni silahlı birləşmələrinin
silahla təchizatını
məhdudlaşdırmağa başladı.
2020-ci il tarixli
üçtərəfli Bəyanatın
müddəalarına zidd
olaraq Ermənistan bu yoldan hərbi
məqsədlər üçün
istifadə edir, Azərbaycan ərazilərində
qalan tör-töküntülərinə
silah-sursat, hərbi vasitələr, canlı qüvvə göndərirdi.
Eyni zamanda aprelin 22-də Ermənistan
tərəfindən bu
qanunsuz daşımaların
daha rahat şəkildə həyata
keçirilməsi üçün
Azərbaycan ilə sərhəddə Laçın
yolunun girişində
nəzarət-buraxılış məntəqəsi qurdular.
Buna adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Dövlət Sərhəd
Xidmətinin bölmələri
tərəfindən ölkəmizin
suveren ərazilərində,
Laçın-Xankəndi yolunun
başlanğıcında nəzarət-buraxılış
məntəqəsi açıldı.
Təbii ki, bu sərhəd-keçid məntəqəsinin qurulmasınndan
ölkəmizə qarşı
istifadə etmək istəyən, bunu qeyri-qanuni hesab edən qüvvələr
də az olmadı. Amma bu məntəqə ölkəmizin suveren hüquqları çərçivəsində
atılmış legitim
addım idi və beynəlxalq hüquq normalarına tam uyğun idi.
Bu məntəqənin
qurulması Qarabağdakı
erməni dəstələrinə
dəstəyi məhdudlaşdıraraq, gələcək
böyük təxribatların
qarşısını aldı.
Beləliklə, ərazilərimizin
qanunsuz erməni silahlılarından təmizlənməsi
prosesi başlandı.
Milli Məclisin
deputatı Sahib Alıyev "Azərbaycan"
qəzetinə açıqlamasında
bildirib ki, Laçında sərhəd-keçid
məntəqəsinin yaradılması
Qarabağdakı miatsumçular
üçün nəfəsliyin
bağlanması, Ermənistanın
onları qanunsuz şəkildə silahlandırmasının
qarşısının alınması
demək idi.
Deputat qeyd edib ki, bu,
həmçinin Rusiyanın
Qarabağdakı hərbi
kontingentinin Ermənistanda
planlaşdırıldığı kimi, uzun müddət
qalmalarının perspektivsizliyini
ortaya çıxaran çox mühüm faktorlardan biri idi: "Açıq deməliyik ki, əgər bir il əvvəl bu hadisə baş verməsəydi, onda 2023-cü ilin sentyabrında keçirilmiş
lokal xarakterli antiterror tədbirləri çox qısa vaxtda və bu cür uğurla
başa çatmazdı.
Yəni bir cümlə ilə qiymətləndirməli olsaq,
separatçıların Qarabağı
tərk etmələrində,
o rejimin özünü
buraxmasında, Rusiya hərbi kontingentinin Azərbaycan torpaqlarından
çıxıb getməsində,
hətta Qazaxın eksklav olmayan 4 kəndinin geri qaytarılmasında da məhz bir il
öncə atılan bu addım çox
mühüm rol oynadı".
S.Alıyev vurğulayıb
ki, Laçında sərhəd-keçid məntəqəsinin
açılması Azərbaycanın
öz torpaqları üzərində suverenliyini
tam təmin edəcəyini və bunun üçün bütün riskləri gözə almağa hazır olduğunu ortaya qoyan ən
mühüm hadisə
idi. Proseslərin sonrakı gedişi də bunu təsdiqlədi.
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2024.-
23 aprel, № 81.- S.11.