Anklav kəndlərimiz azad ediləcək

 

 

"Qazax rayonunun 4 qeyri-anklav kəndinin bir güllə belə atılmadan Azərbaycana qaytarılması ölkəmizin növbəti tarixi qələbəsidir. Bu, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin növbəti parlaq uğurudur. Ermənistan havadarlarının təzyiq təxribatlarına baxmayaraq, dövlətimizin başçısının siyasi iradəsi qətiyyəti bu tarixi qələbəni təmin etdi".

Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib. Deputat qeyd edib ki,  Prezident İlham Əliyev dövlətimizin xalqımızın milli maraqlarını hər zaman üstün tutub bir qarış torpağımızın da işğal altında qalmayacağını dəfələrlə vurğulayıb: "Sərhədlərin delimitasiyası prosesində atılan bu real addımın heç bir vasitəçi olmadan iki dövlətin rəsmi şəxsləri tərəfindən razılaşdırılması müsbət haldır. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, iki dövlət arasında mövcud problemlər üçüncü tərəf olmadan həll olunmalıdır. Güman edirəm ki, Ermənistan rəhbərliyi bu həqiqəti anlayır. Əldə olunmuş razılıq delimitasiya istiqamətində atılan ilk addım kimi yüksək dəyərləndirilməlidir. xüsusi qeyd olunmalıdır ki, delimitasiyanın bu istiqamətdə başlaması məhz Azərbaycanın təkidi ilə oldu".

Kamilə Əliyeva Qazax rayonunun anklav olmayan 4 kəndinin sahiblərinə qaytarılmasını zəfər zəncirimizin növbəti halqası adlandırıb. "Vətən müharibəsindəki qələbəmiz, 2023-cü ilin sentyabrında suverenliyimizin tam bərpası, Laçın nəzarət-buraxılış məntəqəsinə nəzarətimiz, rusiyalı sülhməramlıların Azərbaycanı tərk etməsi digər nailiyyətlər xalqımızın qürur yeridir. Bu uğurlar daha sonra kəndlərimizin bir güllə atılmadan geri qaytarılması Azərbaycan torpaqlarını qarış-qarış bir araya toplayan Prezident İlham Əliyevin xalqımıza növbəti müjdəsidir", - deyə müsahibimiz söyləyib.

Deputat vurğulayıb ki, delimitasiya prosesinin Sovet İttifaqının süqutu zamanı mövcud olan hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun həyata keçirilməsi təqdirəlayiqdir: "Vətən müharibəsindən dərhal sonra İlham Əliyevin təşəbbüsü ilə başlanan sülh danışıqlarında da delimitasiya prosesinin məhz bu şərtlər üzrə aparılması təklif edilmişdi. Bu mənada Bakının haqlı mövqeyi ilə razılaşan İrəvan doğru addım atıb. Çünki bu razılaşma təkcə Azərbaycanla Ermənistan münasibətlərinin normallaşmasına deyil, həm regionda sabitliyin bərpasına səbəb ola bilər. Bakının beynəlxalq hüquqa söykənən bu mövqeyi əsasında razılığa gəlmək Ermənistan üçün heç bir təhdid yaratmır".

Kamilə Əliyeva deyib ki, Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli Qızılhacılı kəndlərindən erməni ordu hissələrinin çıxarılaraq həmin məntəqələrin təhvil verilməsindən sonra sərhəd xəttinin razılaşdırılmış hissələrində Azərbaycan Ermənistan öz sərhəd xidmətlərinin yerləşdirilməsinə başlayacaqlar: "Bu təşəbbüs uğurla tamamlanan kimi növbə anklav kəndlərə çatacaq. Unutmaq olmaz ki, dövlət başçısı 2024-cü il yanvarın 10-da verdiyi bəyanatında ifadə edib ki, "Biz hesab edirik ki, bütün anklavlar qaytarılmalıdır. Bu anklavlara gedən yollarda şərait olmalıdır bu anklavlara orada yaşayan insanlar yerləşdirilməlidir". Bu yolda uğurla addım atan Azərbaycanın yaxın gələcəkdə ermənilərdə qalan kəndlərimizi azad edəcəyinə şübhə yoxdur".

 

Nəzrin QAFARZADƏ,

Azərbaycan.-2024.- 23 aprel, № 81.- S.11.