Azərbaycanqəzeti redaksiyasında özbək jurnalistlərlə görüş keçirilib

 

 

Aprelin 22-də “Azərbaycanqəzetinin redaksiyasında Özbəkistan Jurnalistlər İttifaqının sədri vəzifəsini icra edən Xolmurod Səlimovun rəhbərliyi ilə ölkəmizdə səfərdə olan media nümayəndələri ilə görüş keçirilib.

 Qonaqları səmimiyyətlə salamlayanAzərbaycanqəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov əvvəlcə Azərbaycan Özbəkistan arasındakı münasibətlərdən söz açıb. Qeyd edib ki, ortaq milli dəyərləri  soykökünü bölüşən Azərbaycan Özbəkistanın əlaqələri tarixin bütün mərhələlərində yüksək olub. Müasir dövrdə dost qardaş dövlətlərimizin əlaqələrinin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevlə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasındakı dostluq münasibətlərinin böyük rol oynadığını deyən Bəxtiyar Sadıqovun sözlərinə görə, son illərdə dövlət başçılarının qarşılıqlı səfərləri dövlətlərarası əməkdaşlığın daha da dərinləşməsinə yeni keyfiyyət mərhələsinə yüksəlməsinə yol açıb. O da diqqətə çatdırılıb ki, Azərbaycan-Özbəkistan əlaqələri həm ikitərəfli, həm qlobal müstəvidə güclü platformaya çevrilən Türk Dövlətləri Təşkilatı çərçivəsində uğurla inkişaf edir.

Azərbaycanın Vətən müharibəsindəki Zəfəri barədə danışan Bəxtiyar Sadıqov deyib ki, Özbəkistan dövləti artıq keçmişdə qalmış Qarabağ məsələsində hər zaman birmənalı olaraq Azərbaycan dövlətini qətiyyətlə müdafiə edib. Vətən müharibəsindən sonra Prezident Şavkat Mirziyoyevin Prezident İlham Əliyevə ünvanladığı təbriklər göstərir ki, Azərbaycanın Zəfəri qardaş Özbəkistanda böyük sevinc hissi ilə qarşılanıb. Prezident Şavkat Mirziyoyevin təşəbbüsü ilə Füzuli şəhərində orta məktəb binasının inşa edilməsi isə Qarabağın bərpası quruculuğu prosesinə Özbəkistanın böyük töhfəsidir. Diqqətə çatdırılıb ki, Mirzə Uluqbəyin adını daşıyan bu məktəbin inşası ölkələrimiz arasındakı həmrəyliyin, dostluğun qardaşlığın təzahürüdür. Ötən il Özbəkistan Prezidentinin Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə birlikdə Füzuli şəhərində məktəbin açılışında iştirak etməsi isə respublikamızın həyatında mühüm siyasi-ictimai hadisəyə çevrilmişdir.

Daha sonra baş redaktor Bəxtiyar Sadıqov «Azərbaycan» qəzeti ilə bağlı qonaqlara məlumat verib. Qeyd edib ki, ilk dəfə 1918-ci ildə müsəlman şərqinin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin rəsmi orqanı kimi işıq üzü görən 106 yaşlı «Azərbaycan» qəzeti bu gün respublikamızın yeganə rəsmi dövlət nəşridir. Gündəlik nəşr olunan qəzet dövlətimizin həyata keçirdiyi siyasətin, ölkədə dünyada baş verən siyasi-ictimai sosial-iqtisadi proseslərin geniş oxucu kütləsinə çatdırılmasında mühüm rol oynayır. Milli dəyərlərimizin, azərbaycançılığın, vətənpərvərlik hisslərinin, Azərbaycan dövlətinin nailiyyətlərinin təbliği qəzetin xüsusilə diqqət yetirdiyi mövzulardır.

Görüş üçün təşəkkürlərini bildirən Özbəkistan Jurnalistlər İttifaqının sədri vəzifəsini icra edən Xolmurod Səlimov Azərbaycanın əldə etdiyi bütün uğurların qardaş Özbəkistanda böyük sevinclə qarşılandığını bildirib. Ölkəmizlə tanışlığın, keçirdikləri görüşlərin onlarda son dərəcə yüksək təəssürat yaratdığını deyən qonaq Gəncə şəhərinə gedərək böyük mütəfəkkirimiz Nizami Gəncəvinin məqbərəsini ziyarət etdiklərini bildirib.

Söhbət zamanı Özbəkistan Həmkarlar İttifaqının  TrestDoveriyeqəzetlərinin baş redaktoru Ermatov Husan Tahiroviç Özbəkistanın uşaqlar üçün nəşr olunanTonq yüztəriqəzetinin baş redaktoru Feroza Odilova rəhbərlik etdikləri mətbu orqanların fəaliyyəti barədə məlumat veriblər, həmçinin qardaş ölkədə media sahəsində həyata keçirilən dövlət siyasətindən söz açıblar.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli, Özbəkistan Jurnalistlər İttifaqı yanında Gənc Jurnalistlər Şurasının sədri Şöhrət Oripov,  Özbəkistan Milli İnformasiya Agentliyinin Beynəlxalq xəbərlər redaksiyasının redaktoru Əzizə Həlimova, “Azxeber.com” saytının baş direktoru Əfzaləddin Ağalarov media sahəsində təcrübə mübadiləsinin aparılmasının vacibliyindən bəhs ediblər.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərdən danışılıb.

Yekunda xatirə hədiyyələri təqdim olunub.

 

Nəzrin QAFARZADƏ,

Azərbaycan.-2024.- 23 aprel, ¹ 81.- S.12.