Bütün dövrlərin mötəbər zəngin qaynağı

 

23 aprel Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

 

 

23aprel dünya mədəniyyəti üçün çox mühüm bir gündür. Məlum olduğu kimi, UNESCO-nun 15 noyabr 1995-ci il tarixində keçirilmiş 28-ci sessiyasının qərarı ilə hər il aprelin 23-ü Ümumdünya Kitab Müəlliflik Hüququ Günü kimi müəyyən edilib. O vaxtdan başlayaraq dünyanın ayrı-ayrı ölkələrində bu münasibətlə müxtəlif tədbirlər, konfranslar, simpoziumlar, seminarlar, "dəyirmi masa"lar keçirilir, sərgilər təşkil olunur. Bütün bunlar müasir dünyamızda kitaba hər bir insanın əsas hüquqlarından olan müəlliflik hüququnun əhəmiyyətinə diqqət yönəltmək, maarifləndirmə səviyyəsini artırmaq üçündür.

Ölkəmizdə artıq 27-cı ildir ki, Əqli Mülkiyyət Agentliyi tərəfindən bu sahənin tanınmış beynəlxalq ekspertlərinin iştirakı ilə milli, regional beynəlxalq konfranslar keçirilir. Əlamətdar gündə yaradıcılıq geniş təşviq olunur, mədəni ənənələrin inkişafı, dərk edilməsi biliklərin yayılmasında kitabın ən böyük vasitə olduğu müəlliflərin cəmiyyətdəki xüsusi rolu qeyd edilir. Görülən işlər geniş təhlil olunur, qarşıda duran yeni hədəflər müəyyənləşdirilir, bu barədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatına digər müvafiq beynəlxalq təşkilatlara məlumatlar göndərilir.

2009-cu ildən başlayaraq Ümumdünya Kitab Müəlliflik Hüququ Günü ilə əlaqədar Əqli Mülkiyyət Agentliyi tərəfindən təşkil olunan milli beynəlxalq konfranslar erməni saxtakarlıqlarının ifşasına həsr olunur. 2016-cı ildən isə bu tədbirlər "Qədim mətnlər klassik mənbələr erməni saxtakarlıqlarını uydurmalarını ifşa edir" devizi altında silsilə mövzular üzrə keçirilir.

Görkəmli alimlərin, tədqiqatçıların tanınmış ictimai xadimlərin qatıldığı belə tədbirlərdə klassik mənbələr, tarixi sənədlər faktlar əsasında ermənilərin maddi qeyri-maddi mədəniyyət nümunələrimizə, eləcə torpaqlarımıza olan iddialarının əsassızlığı göstərilir erməni uydurmaları ifşa olunur.

 

 

 

Ümumdünya əqli mülkiyyət ailəsinin üzvü

 

 

 

Kitaba, yaradıcı insanların əqli mülkiyyət haqlarına böyük dəyər verən, bu sistemin yaranmasında inkişafında müstəsna xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi ilə Ümumdünya Kitab Müəlliflik Hüququ Günü 1997-ci ildən ölkəmizdə yüksək səviyyədə qeyd olunur. Ötən illər ərzində respublikamızda kitab müəlliflik hüququnun qorunması ilə bağlı fəaliyyətin effektiv təşkilati-hüquqi sistemi qurulmuş, beynəlxalq təcrübəyə əsasən qanunvericilik bazası təkmilləşdirilmişdir. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cəmiyyət həyatının digər mühüm sahələri kimi, bu sahəyə diqqət qayğısını əsirgəmir. Dövlət rəhbərimizin yaratdığı inkişaf mühiti, bu mühitdən gələn təşəbbüslər sayəsində yaradıcılıq geniş təşviq olunur. Mədəniyyət ənənələri möhkəmləndirilərək daha da inkişaf etdirilir. Biliklər müxtəlif formatlarda yazıya alınaraq sənədləşdirilir, nəsillərdən-nəsillərə ötürülür bu prosesdə kitab yenə ən mühüm mənbə kimi çıxış edir. Eyni zamanda Azərbaycanda yaradılmış çevik, işlək mexanizmlər, qurulmuş səmərəli beynəlxalq tərəfdaşlıqlar əsasında ölkəmizdə müəlliflik hüquqları ən yüksək səviyyədə qorunur.   

Azərbaycan 1995-ci ildən Ümumdünya Əqli Mülkiyyət Təşkilatının üzvüdür. Dünyanın, demək olar ki, bütün ölkələrinin bir araya gəldiyi bu təşkilat tərəfindən Azərbaycanın əqli mülkiyyət sahəsində əldə etdiyi uğurlar, onun "beynəlxalq əqli mülkiyyət ailəsi"nə verdiyi töhfələr, yenilikçiliyə dəstəyi, əqli mülkiyyətə müasir yanaşma metodologiyası kreativliyi yüksək qiymətləndirilir. Agentliyin idarəetmə strukturlarının mobilliyi çevikliyi, məsələlərin operativ icrası, qurumun yerli beynəlxalq səviyyədə irəli sürdüyü təşəbbüslər təqdir olunur. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun əqli mülkiyyət üzrə beynəlxalq ekspert kimi ÜƏMT-nin fəaliyyətinə cəlb olunması, qurumun assambleyalarının komitələrinin işində fəal iştirakı da bu münasibətin göstəricisidir.

Xatırladaq ki, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri əvvəllər, yəni 2019-2021-ci illərdə ÜƏMT-nin "Ədəbi bədii əsərlərin qorunması haqqında" Bern Konvensiyası Assambleyasının, 2022-ci ildə isə "ÜƏMT-nin Müəlliflik hüququna dair Müqaviləsi"nin Assambleyasının sədri seçilmişdi.

2023-cü ilin 6-14 iyul tarixlərində Cenevrə şəhərində keçirilən ÜƏMT üzv-dövlətlərinin Assambleyalarının 64-cü sessiyasında ÜƏMT Assambleyalarının vəzifəli şəxslərinin seçkilərində K.İmanov yenidən 180-dək üzv dövləti birləşdirən ÜƏMT-in müəllif hüquqlarının qorunması sahəsində ən böyük beynəlxalq müqaviləsi olan "Ədəbi bədii əsərlərin qorunması haqqında" Bern Konvensiyası İttifaqı Assambleyasının sədri seçilib.

23 Aprel Ümumdünya Kitab Müəlliflik Hüququ Gününə həsr olunan tədbirlər bütün digər cəhətləri ilə yanaşı, eyni zamanda Azərbaycanın müəllif-hüquq institutunun fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərin nəzərdən keçirilməsi, problemlərin həlli, qarşıdakı yeni strateji hədəflərin müəyyən edilməsi bütün bunlar barədə beynəlxalq tərəfdaşların məlumatlandırılması baxımından da yaxşı bir imkandır.

 

 

 

Sosial-iqtisadi inkişafın hərəkətverici qüvvələrindən biri

 

 

 

Müasir dünyamızda bir çox məsələlər kimi "əqli mülkiyyət" anlayışına da baxışlar dəyişməkdədir. Əgər uzun illər ərzində bu "fenomen" hüquq (yurisprudensiya) predmeti kimi nəzərdən keçirilirdisə, artıq müəlliflik hüququ məsələsi  iqtisadiyyat sosiologiyanın vacib sahəsinə, ümumən sosial-iqtisadi inkişafın hərəkətverici qüvvələrindən birinə çevrilib. Tarixən böyük yaradıcı yenilikləri, onların reallaşması yayılması tendensiyalarını nəzərdən keçirsək görərik ki, yaradıcı adamlar daha çox ideyaları istehsal edirlər. Texnoloji məsələlərlə məşğul olanlar bu ideyaları məhsula çevirir, biznes isə onun istehlakçılara satılması ilə məşğul olur. Bu zəncirin hər bir həlqəsi sosial-iqtisadi nailiyyətlərdə müstəsna rol oynayır. Biri digərini irəli aparır, yaxud birinin zəifliyi ümumən bütün sistemin qırılmasına gətirib çıxarır. Belə bir şəraitdə əqli mülkiyyətin strukturu sadəcə xidməti sahə olmaqla məhdudlaşmamalı, bu sahə dəyər zəncirinin ən güclü bəndlərindən biri kimi daim özünü möhkəmləndirməlidir. Bu struktur yalnız qorunma sənədlərinin verilməsi ilə kifayətlənməməli əqli mülkiyyətin qorunmasını təmin etməklə yanaşı, həm analitik trendləri ölçən, bazarın rəqabət qabiliyyətinə təsir göstərən qorunan obyektlərin sosial hissəsini təhlil edə bilən struktur olmalıdır.

Azərbaycan Prezidenti İlham Əliyevin göstərişlərindən irəli gələrək ölkəmizdə Əqli Mülkiyyət Agentliyinin yaradılması da bu sahənin müasir dünyanın çağırışlarına uyğun qurulması, daha mobil çevik, məqsədyönlü struktur vasitəsilə idarə edilməsi, şəffaflığın, səmərəliliyin, hesabatlılığın təmin olunması niyyətindən irəli gəlir.

Hazırda agentliyin tabeliyində üç mərkəz fəaliyyət göstərir. Bunlar Patent Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi, Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi Texnologiyaların Kommersiyalaşdırılması Transferi Mərkəzidir.

Respublika Elmi-Texniki Kitabxanası da agentliyin tabeliyində patent ədəbiyyatı, elm texnika sahəsində ədəbiyyat, normativ-texniki sənədlər digər sənədlərlə məlumat biblioqrafiya kitabxana xidmətini həyata keçirən ixtisaslaşdırılmış qurum kimi fəaliyyət göstərir. Kitabxana elm sahəsinə oxucu qruplarına görə ixtisaslaşdırılan, milli xarici ədəbiyyat fondlarına malik olan baş kitabxana-biblioqrafiya informasiya müəssisəsi olaraq  öz profili üzrə kitabxanalararası abonoment metodik mərkəz funksiyasını yerinə yetirir.

Bir neçə ildir ki, agentliyin nəzdində Bakı Dövlət Universitetinin Əqli mülkiyyət hüququ kafedrasının filialı fəaliyyətə başlamışdır. Əqli mülkiyyət ixtisasına yiyələnmək istəyən tələbə magistrlərin təhsili üçün agentlikdə müasir avadanlıqlarla təchiz edilmiş SMART tipli auditoriyalar qurulmuşdur.

Bundan başqa, əqli mülkiyyət mədəniyyətinin formalaşdırılması istiqamətində ötən il daha bir uğurlu layihə həyata keçirilərək agentliyin dəstəyi ilə Azərbaycan Memarlıq İnşaat Universitetində "Əqli mülkiyyət" kafedrası yaradılmışdır. Hazırda universitetin müxtəlif fakültələrində 6 istiqamət üzrə agentliyin mütəxəssisləri tərəfindən əqli mülkiyyət fənni tədris olunur, o cümlədən 54 qrup üzrə 290 tələbəyə bakalavr 517 tələbəyə magistr səviyyələrində 1613 saat dərs keçirilmişdir.

İnkişaf prosesləri təkcə struktur dəyişikliklərini, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsini əhatə etmir, yeni yanaşmaların tətbiqi icra prosedurlarına da müsbət təsir göstərir. Müəllif hüquqları əlaqəli hüquqların obyektlərinin qeydiyyatı prosedurları ilbəil daha da asanlaşdırılır.

Keçən il 386 müəllifin (hüquq sahibinin) 713 əsəri qeydiyyatdan keçirilmiş (2022-ci illə müqayisədə 20 faiz çox) əsərin qeydiyyatı haqqında 717 şəhadətnamə verilmişdir. Bu əsərlərin 626-sı "Elektron xidmət" bölməsi vasitəsilə qeydiyyatdan keçirilmişdir ki, bu da 2022-ci illə müqayisədə 73 faiz çoxdur. Əlaqəli hüquqların obyektləri üzrə 162 ifa (2022-ci ildə 46 ifa) 37 kompüter proqramı (2022-ci ildə 18 kompüter proqramı)  qeydiyyata alınmışdır.

Əsərlərin rəsmi qeydiyyatının tətbiq edildiyi 1996-cı ildən 2023-cü il 31 dekabr tarixinədək agentlikdə 15566 əsər əlaqəli hüquqların obyektləri (bunlardan 1582 əsər "Elektron xidmət" bölməsi vasitəsilə) qeydiyyatdan keçirilmişdir.

2023-cü ildə dövlət reyestrində ixtiraya aid 103, faydalı modelə aid 36 sənaye nümunələrinə aid 12 patent qeydiyyata alınmışdır. Hesabat dövründə əmtəə nişanlarının qeydiyyatı ilə bağlı daxil olan iddia sənədlərinin sayı 3862 olmuşdur. Əmtəə nişanına dair iddia sənədinin ekspertizasının bir ay müddətində, yəni sürətli aparılması üçün iddiaçılar tərəfindən 1474 vəsatət (2022-ci ildə 931) daxil olmuşdur. Sürətli ekspertizanın müddəti iddia sənədinin baxılmağa qəbul edildiyi tarixdən bir ay əvəzinə 15-20 günə endirilmişdir. 2023-cü ildə dövlət reyestrində 3145 əmtəə nişanı qeydiyyata alınmışdır (2022-ci ildə 2927). Onların 2541-i milli, 604-ü xarici fiziki hüquqi şəxslərə məxsusdur.

Coğrafi göstəricilərin dövlət reyestrində milli hüquqi şəxslərə məxsus 2 coğrafi göstərici qeydiyyata alınmışdır. Qarabağ bölgəsində işğaldan azad edilmiş torpaqlarımızın reinteqrasiyası genişmiqyaslı quruculuq işləri ilə bağlı bu ərazilərə aid coğrafi göstəricilərin qeydiyyata alınması istiqamətində işlər davam etdirilir.

İxtiralar üzrə ekspertizanın müddəti ümumi qaydaya görə 12 ay təşkil etdiyi halda 2023-cü ildə 8-9 ay müddətində aparılmış, MDB məkanında ilk olaraq iddia sənədlərinin 3D formatında qəbulu həyata keçirilmişdir.

Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı daxil olan iddia sənədlərinin mahiyyət üzrə ekspertiza prosedurlarının müddəti azaldılaraq orta hesabla 3 ay təşkil etmişdir (beynəlxalq təcrübədə 6-12 ay).

 

 

 

Azərbaycan beynəlxalq reytinqlərdə addım-addım irəliləyir

 

 

 

Dünya İqtisadi Forumunun Qlobal Rəqabətqabiliyyətlilik İndeksi üzrə 2019-cu ildəki sonuncu Hesabatında (Hesabat həmin vaxtdan indiyədək qüvvədədir) Azərbaycan 141 ölkə arasında "əqli mülkiyyətin qorunması" göstəricisinə görə 30-cu yeri tutur. Bu göstərici üzrə ölkəmiz MDB dövlətləri arasında 1-ci yerdədir, həmçinin bir çox Avropa ölkələrindən irəlidədir. Halbuki 2017-ci ildə ölkəmiz bu göstərici üzrə 71-ci, 2018-ci ildə isə 36-cı yerdə qərarlaşmışdı.

Son illər əqli mülkiyyət sahəsində aparılan məqsədyönlü tədbirlər ölkəmizin beynəlxalq reytinqlərdə mövqelərinin davamlı olaraq möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır. Belə ki, 132 ölkəni əhatə edən nüfuzlu "Qlobal İnnovasiya İndeksi (Qİİ) 2023 Hesabatı"nda Azərbaycan "İnnovativ resurslar" alt indeksi üzrə reytinqdə üç pillə irəliləyərək 76-cı yerdə qərarlaşmışdır. "Əqli fəaliyyət işçiləri" indikatoru üzrə 62-ci (ötən il 65-ci), innovasiya əlaqələri üzrə 48-ci yerdəyik (ötən il 56-cı); "biliklər texnologiyaların nəticələri" blokunda ölkəmiz ixtiralar üzrə 63-cü (ötən il 71-ci), faydalı modellər üzrə 49-cu yerdədir. "Startapların dəyərləndirilməsi" indikatoruna görə Azərbaycan 48-ci yeri tutur. "Kreativ fəaliyyətin nəticələri" blokunun "qeyri-maddi aktivlər" istiqamətində "əmtəə nişanları" əqli mülkiyyət indikatoru üzrə 66-cı yeri tutaraq ötən illə müqayisədə tutduğu yeri 14 pillə yaxşılaşdırmışdır. 

2022-ci ilin yekunlarına görə müəlliflik hüququna əsaslanan kreativ sənayenin payı hazırda ölkənin ÜDM-nin 4,3 faizini təşkil edir bu, inkişaf etmiş ölkələr səviyyəsində sayılır.  Payın miqdarı ölkənin ÜDM-nin əhəmiyyətli dərəcədə artması ilə bağlıdır.

Kreativ sənaye dünya ölkələrinin, o cümlədən ölkəmizin ümumi iqtisadiyyatında mühüm rola malikdir. Hesabat dövründə müəllif hüququna əsaslanan (kreativ sənaye) 2023-cü ilin 1 yanvar tarixinə olan vəziyyətə görə milli iqtisadiyyat sahələri üzrə faktiki statistik göstəricilər təhlil edilmişdir. 2022-ci ildə Azərbaycanda müəlliflik hüququna əsaslanan sahələrdə istehsalın həcmi 5730,3 mln. manat olmuşdur 2021-ci illə müqayisədə dəyər baxımında mütləq artım 14,8 faiz təşkil edib.

Məlumat üçün qeyd edək ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən ÜDM- müəllif hüquqlarına əsaslanan sənayenin payının müəyyənləşdirilməsinə dair qəbul edilmiş metodiki tövsiyələrə müvafiq olaraq ölkənin kreativ sənaye sahələri  sahələr (bu sahə üzrə kreativ sənayenin payı 52,7 faiz təşkil edir), qarşılıqlı asılılıq münasibətlərində olan sahələr, müəllif hüququna qismən əsaslanan sahələr köməkçi sahələr olmaqla dörd qrupda cəmləşir.

 

 

 

Kitablar həqiqətə xidmət etməlidir, yaxud erməni yalanlarının ifşası

 

 

 

Əqli Mülkiyyət Agentliyinin mühüm fəaliyyət istiqamətlərindən biri xalqımızın zəngin adət-ənənələrinin təbliği, nəsillərdən-nəsillərə qiymətli irs kimi ötürülmüş folklor nümunələrimizin ənənəvi biliklərin hüquqi cəhətdən qorunması, mədəni irsimizin, xüsusən ermənilər  tərəfindən mənimsənilməsi cəhdlərinin qarşısının alınması, erməni saxtakarlığının beynəlxalq səviyyələrdə ifşasıdır. 2009-cu ildən başlayaraq hər il Ümumdünya Kitab Müəlliflik Hüququ Günü ilə əlaqədar təşkil olunan milli beynəlxalq seminarlarda, konfranslarda bu məsələyə xüsusi diqqət ayrılır. 2016-cı ildən isə bu tədbirlər "Qədim mətnlər klassik mənbələr erməniçilik saxtakarlıqlarını uydurmalarını ifşa edir" adı altında silsilə mövzular üzrə keçirilməkdədir. Azərbaycandan müxtəlif xarici ölkələrdən görkəmli alimlərin, tanınmış tədqiqatçıların iştirak etdiyi belə tədbirlər bir çox elmi həqiqətlərin üzə çıxarılmasına, ermənilərin maddi qeyri-maddi mədəniyyət nümunələrimizlə, eləcə tarixi torpaqlarımızla bağlı uydurmalarının ifşasına şərait yaradır. "Don bəzəyər , ifşa edər " seriyasından 7 adda kitab broşür çapdan buraxılmışdır.  Ümumilikdə isə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun müəllifliyi ilə erməni saxtakarlığını yalanlarını ifşa edən 20 addan çox kitab broşüra nəşr edilmişdir. Azərbaycan, ingilis rus dillərində çap olunmuş "Erməni yadelli nağılları", "Gəldim, gördüm, mənimsədim", "Ənənəvi mədəni nümunələr biliklər əqli mülkiyyət kimi: erməni plagiatçılığı", "Erməni tarixi uydurmalarının tarixinə giriş", "Erməni müəlliflərinin kitablarındakı uydurmalara "müəlliflik hüququ", "Öz-özünü təkzib edən "erməniçiliyin müəllif hüququ", "Fövqəladə hallar, əqli mülkiyyət hüquqları ilə qorunan mədəni dəyərlər insan hüquqları", "Qədim mətnlər klassik mənbələr erməniçilik saxtakarlıqlarını uydurmalarını ifşa edir ya ermənilərin Qafqaz avtoxtonluğu cəhdləri", "Qədim mətnlər klassik mənbələr erməniçilik saxtakarlıqlarını uydurmalarını ifşa edir ya işğaldan azad edilmiş ərazilərdə mədəni sərvətlərin sahibləri haqqında", "Qədim mətnlər klassik mənbələr erməniçilik saxtakarlıqlarını uydurmalarını ifşa edir ya Azərbaycan torpaqlarına hay-erməni iddialarının davam etdirilməsi haqqında",  "Qafqaz Albaniyası, onun sakinləri işğaldan azad edilmiş ərazilərdə mədəni sərvətlər" s. kitablar, eləcə digər yazılı vəsaitlər erməni mifologiyasının uydurmalığını sübuta yetirən müfəssəl mötəbər mənbələrdir.

 2022-ci ildə "Qədim mətnlər klassik mənbələr erməniçilik saxtakarlıqlarını uydurmalarını ifşa edir ya Azərbaycan torpaqlarına hay-erməni iddialarının davam etdirilməsi haqqında" vebinar keçirilmişdir. Müxtəlif formatlarda keçirilən konfranslarda hay-erməni saxtakarlıqları uydurmaları, erməni mifomaniyası tarixi sübutlarla, elmi dəlillərlə danılmaz faktlarla beynəlxalq ekspertlər, tarixçi alimlər tədqiqatçılar tərəfindən təkzib olunur.

Bu silsilədən "Heydər Əliyev ili" çərçivəsində Ümumdünya Kitab Müəlliflik Hüququ Günü münasibətilə ötən il "Qədim mətnlər klassik mənbələr erməniçilik saxtakarlıqlarını uydurmalarını ifşa edir ya əzəli Azərbaycan-türk torpaqları olan Zəngəzur həqiqətləri" mövzusunda keçirilmiş növbəti tədbirdə   erməni saxtakarlıqları uydurmaları bir daha tarixi mənbələr sənədlər əsasında ifşa olundu. K.İmanovun müəllifi olduğu erməni yalanlarını, o cümlədən erməni ədəbi-mədəni oğurluqlarını (erməni plagiatçılığını) ifşa edən kitablar əsasında Azərbaycan Televiziyası 2022-ci ildə "Tarixin izi ilə" seriyasından "Zəngəzur tarixi faktlarla", "Toponimlər. Tarixi-mədəni irsimiz" 2023-cü ildə "Keçmişin böyük yalanları. Armeniya Hayastan" adlı televiziya filmləri   geniş tamaşaçı auditoriyası tərəfindən böyük maraqla qarşılanıb.

 Bu il aprelin 23-də "Qədim mətnlər klassik mənbələr erməni saxtakarlıqlarını uydurmalarını ifşa edir" silsiləsindən növbəti tədbir Əqli Mülkiyyət Agentliyi Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə keçirilir. Tədbir "Qədim mətnlər klassik mənbələr erməni saxtakarlıqlarını uydurmalarını ifşa edir ya Qərbi Azərbaycan torpaqları nədən bəhs edir" mövzusuna həsr olunur.

Həyat yalan üzərində deyil, həqiqət üzərində qurulur. Bu, təkzibolunmaz bir gerçəklikdir. Yaşadığımız tarixi dövr isə miflərin dağıldığı, həqiqətin ədalətin zəfər çaldığı dövrdür! Yalançı erməni miflərinin ifşası, eyni zamanda kitabın, müəllifliyin ali missiyasına xidmətdir. Çünki kitabın mahiyyətində həqiqət meyarı durur. Hər bir kitab doğruya xidmət etməlidir. Həqiqətə söykənməyən, gerçəkləri qələmə almayan müəllif bununla yalana çalışır, xalqlar mədəniyyətlər arasında nifaq toxumu səpir, yeni münaqişələrin, insan faciələrinin əsasını qoyur. Bu isə yolverilməzdir belə hallara qarşı mübarizə aparılmalıdır.

Azərbaycanın amalı dünyaya sülhü, mədəniyyətlər arasında dialoqu, faydalı əməkdaşlığı, mənəvi idealları təbliğ etməkdir. Kitab isə bunun əsrlər boyu özünü doğrultmuş ən səmərəli vasitəsidir. Bu baxımdan Ümumdünya Kitab Müəlliflik Hüququ Gününün yaratdığı dəyərləndirmə imkanı ölkəmizdə məhz əqli mülkiyyət hüquqları ilə bağlı işlərin zamanın tələblərinə uyğun şəkildə yüksək səviyyədə qurulduğunu, davamlı şəkildə inkişaf etdirildiyini başqaları üçün nümunə yaratdığını göstərir.

 

İradə ƏLİYEVA,

Azərbaycan.-2024.- 23 aprel, ¹ 81.- S.14.