M.K.Həsənovun
Naxçıvan Muxtar
Respublikası Ali Məhkəməsinin hakimi
təyin edilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin Qərarı
Azərbaycan Respublikası
Konstitusiyasının 95-ci maddəsinin
I hissəsinin 10-cu bəndinə,
132-ci maddəsinin II hissəsinə,
"Məhkəmələr və hakimlər haqqında" Azərbaycan
Respublikası Qanununun
94-cü maddəsinin ikinci
hissəsinə və
97-ci maddəsinin ikinci
hissəsinə uyğun
olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən
Azərbaycan Respublikasının
Milli Məclisi qərara alır:
1. Müşfiq Kamil
oğlu Həsənov
vəzifəsi dəyişdirilərək
Naxçıvan Muxtar
Respublikası Ali Məhkəməsinin hakimi
təyin edilsin.
2. Bu Qərar imzalandığı gündən
qüvvəyə minir.
Sahibə QAFAROVA,
Azərbaycan Respublikası
Milli Məclisinin Sədri
Bakı şəhəri,
5 aprel 2024-cü il
Azərbaycan.-
2024.- 6 aprel, № 71.- S.3.