Sumqayıt
Apellyasiya Məhkəməsi
hakimlərinin təyin
və vəzifədən
azad edilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin Qərarı
Azərbaycan Respublikası
Konstitusiyasının 95-ci maddəsinin
I hissəsinin 10-cu bəndinə,
132-ci maddəsinin II hissəsinə,
"Məhkəmələr və hakimlər haqqında" Azərbaycan
Respublikası Qanununun
94-cü maddəsinin ikinci
hissəsinə və
97-ci maddəsinin ikinci
hissəsinə uyğun
olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən
Azərbaycan Respublikasının
Milli Məclisi qərara alır:
1. Aşağıdakı hakimlər vəzifələri
dəyişdirilərək Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri
təyin edilsinlər:
Hüseynov Mirbahəddin
Mirdamət oğlu,
Hüseynzadə Afiq
Hüseyn oğlu,
Quliyev İsmayıl
Rza oğlu.
2. Məmmədova Lətifə
Məhyəddin qızı
vəzifəsinin dəyişdirilməsi
ilə əlaqədar
Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi
vəzifəsindən azad
edilsin.
3. Bu Qərar imzalandığı gündən
qüvvəyə minir.
Sahibə QAFAROVA,
Azərbaycan Respublikası
Milli Məclisinin Sədri
Bakı şəhəri,
5 aprel 2024-cü il
Azərbaycan. - 2024.- 6 aprel,
№ 71.- S.3.