A.İ.İsmayılovun
3-cü dərəcəli “Vətənə xidmətə
görə” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü
bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan
Respublikasında informasiya təhlükəsizliyinin təmin
edilməsi sahəsində uzunmüddətli səmərəli
fəaliyyətinə görə Allahverən İbiş
oğlu İsmayılov 3 cü dərəcəli “Vətənə
xidmətə görə” ordeni ilə təltif edilsin.
İlham
Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 24 aprel 2024-cü il
Azərbaycan.-
2024.- 25 aprel, № 83.- S.15.