Azərbaycan
Respublikasının Mülki
Prosessual Məcəlləsində
dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
6-cı bəndini rəhbər
tutaraq qərara alır:
Azərbaycan Respublikası
Mülki Prosessual Məcəlləsinin (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2000, ¹ 1, maddə
17 (Cild I); 2024, ¹ 1, maddə
13) 231-ci maddəsində aşağıdakı
dəyişikliklər edilsin:
1. Adına və
231.4-cü maddəyə "məhdudlaşdırılması" sözündən sonra
", borclunun əmlakı
üzərinə həbs
qoyulması" sözləri
əlavə edilsin.
2. 231.3-cü maddə üzrə:
2.1. birinci cümlədə
"məsələləri, habelə" sözləri
vergül işarəsi
ilə əvəz edilsin və həmin cümləyə
"məhdudlaşdırılması"
sözündən sonra
", borclunun əmlakı
üzərinə həbs
qoyulması məsələləri"
sözləri əlavə
edilsin;
2.2. üçüncü cümlədə "məsələsinə"
sözü ", borclunun
əmlakı üzərinə
həbs qoyulması məsələlərinə" sözləri ilə əvəz edilsin;
2.3. dördüncü cümlədən "habelə"
sözü çıxarılsın
və həmin cümləyə "məhdudlaşdırılması"
sözündən sonra
", borclunun əmlakı
üzərinə həbs
qoyulması" sözləri
əlavə edilsin.
3. Aşağıdakı məzmunda 231.3-1-ci maddə
əlavə edilsin:
"231.3-1. Məhkəmə borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimata onun daxil olduğu vaxtdan 5 iş günü müddətində,
qətnamənin icrasına
möhlət verilməsi
və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi
haqqında ərizələrə
və icra üzrə icraatın dayandırılması, borclunun
ölkədən getmək
hüququnun müvəqqəti
məhdudlaşdırılması haqqında təqdimatlara onların daxil olduğu vaxtdan 10 iş günü müddətində baxır.".
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
29 mart 2024-cü il
Azərbaycan.-
2024.- 25 aprel, ¹ 83.- S.15.