"Təhsil haqqında" Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə" Azərbaycan
Respublikasının 2023-cü il 9 iyun tarixli
906-VIQD nömrəli Qanununun
icrası ilə əlaqədar Azərbaycan
Respublikası Prezidentinin
bəzi fərmanlarında
və sərəncamlarında
dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"Təhsil haqqında"
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə"
Azərbaycan Respublikasının
2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli
Qanununun icrası ilə əlaqədar qərara alıram:
1. Azərbaycan Respublikası
Prezidentinin 1999-cu il 29
iyul tarixli 169 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1999, № 7, maddə 431 (Cild I) ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasında dövlət
gənclər siyasətinin
həyata keçirilməsi
ilə bağlı Tədbirlər Planı"nın
IV bölməsinin 1-ci hissəsinin
"Tədbirin adı"
sütununda "istehsalat
təcrübəsi" sözləri
"ixtisas üzrə
təcrübə" sözləri
ilə əvəz edilsin.
2. "Ali təhsil
müəssisələrində və magistratura səviyyəsi üzrə
Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə
mexanizminin tətbiq edilməsi barədə"
Azərbaycan Respublikası
Prezidentinin 2010-cu il 10
fevral tarixli 220 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2010, № 2, maddə 84 (Cild
I) aşağıdakı dəyişikliklər
edilsin:
2.1. adından "və
magistratura səviyyəsi
üzrə Azərbaycan
Milli Elmlər Akademiyasında" sözləri
çıxarılsın;
2.2. 1-ci hissədən "və 2015/2016-cı tədris
ilindən başlayaraq
magistratura səviyyəsi
üzrə Azərbaycan
Milli Elmlər Akademiyasında" sözləri
çıxarılsın;
2.3. 3-cü hissədən "və magistratura səviyyəsi üzrə
Azərbaycan Milli Elmlər Akademiyası"
sözləri çıxarılsın;
2.4. 4-cü hissə üzrə:
2.4.1. 4.1-ci bənddən "və magistratura səviyyəsi üzrə
Azərbaycan Milli Elmlər Akademiyasında"
sözləri çıxarılsın;
2.4.2. 4.2-ci bənddən ", Azərbaycan Milli Elmlər Akademiyasının
magistratura səviyyəsinə"
sözləri çıxarılsın;
2.4.3. 4.4-cü bənddən "və magistratura səviyyəsi üzrə
Azərbaycan Milli Elmlər Akademiyasına"
və ", magistratura
səviyyəsi üzrə
Azərbaycan Milli Elmlər Akademiyasının"
sözləri çıxarılsın.
3. Azərbaycan Respublikası
Prezidentinin 2014-cü il
26 dekabr tarixli 432 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2014, № 12, maddə 1585 (Cild
I) ilə təsdiq edilmiş "Bakı Xoreoqrafiya Akademiyasının
Nizamnaməsi"nin 4-cü hissəsində aşağıdakı
dəyişikliklər edilsin:
3.1. 4.19.1-ci yarımbənddə
"istehsalat təcrübəsi"
sözləri "ixtisas
üzrə təcrübə"
sözləri ilə əvəz edilsin;
3.2. 4.19.2-ci yarımbənddə
"istehsalat" sözü
"ixtisas üzrə"
sözləri ilə əvəz edilsin;
3.3. 4.20-ci bənddə "istehsalat təcrübəsi
müdiri" sözləri
"ixtisas üzrə
təcrübə rəhbəri"
sözləri ilə əvəz edilsin;
3.4. 4.23.5-ci yarımbənddə
"istehsalat" sözü
"səhnə və
ixtisas üzrə"
sözləri ilə əvəz edilsin.
4. "Azərbaycan Respublikasının
Dövlət İmtahan
Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında"
Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il
11 aprel tarixli 860 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2016, № 4, maddə 665 (Cild
I) aşağıdakı dəyişikliklər
edilsin:
4.1. 1-ci hissədən ", Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə"
sözləri çıxarılsın;
4.2. həmin Fərmanla
təsdiq edilmiş
"Azərbaycan Respublikasının
Dövlət İmtahan
Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi"nin 2.1.2-ci yarımbəndindən
", Azərbaycan Milli
Elmlər Akademiyasında
magistratura səviyyəsinə"
sözləri çıxarılsın.
5. "Azərbaycan Respublikasının
dövlət ali təhsil müəssisələrində
və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura
səviyyəsində ödənişli
əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil
xərclərinin ödənilməsi
haqqında" Azərbaycan
Respublikası Prezidentinin
2011-ci il 14 sentyabr tarixli 1722 nömrəli Sərəncamında (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2011, № 9, maddə
821 (Cild I) aşağıdakı
dəyişikliklər edilsin:
5.1. adından "və
Azərbaycan Milli Elmlər Akademiyasının
magistratura səviyyəsində"
sözləri çıxarılsın;
5.2. 1-ci hissədən "və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura
səviyyəsinə" sözləri
çıxarılsın.
6. "Doktorantlara,
ali təhsil, orta ixtisas və
peşə təhsili
müəssisələrində, həmçinin Azərbaycan
Milli Elmlər Akademiyasının magistratura
səviyyəsində təhsil
alan tələbələrə
təqaüdlərin verilməsi
haqqında" Azərbaycan
Respublikası Prezidentinin
2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncamında (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2019, № 2, maddə
291 (Cild I) aşağıdakı
dəyişikliklər edilsin:
6.1. adından, preambuladan,
1-ci, 2-ci və 4-cü hissələrdən
", həmçinin Azərbaycan
Milli Elmlər Akademiyasının magistratura
səviyyəsində" sözləri
çıxarılsın;
6.2. 1.2-ci bəndin
birinci abzasından
"və Azərbaycan
Milli Elmlər Akademiyasında" sözləri
çıxarılsın.
7. "Orqanizmin funksiyalarının
61-100 faiz pozulmasına
görə, habelə
18 yaşınadək əlilliyi
müəyyən edilmiş
şəxslərin təhsil
haqqı xərclərinin
ödənilməsi haqqında"
Azərbaycan Respublikası
Prezidentinin 2019-cu il 3 may tarixli 1155 nömrəli Sərəncamının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2019, № 5, maddə 876 (Cild
I) 1-ci hissəsindən ", Azərbaycan
Milli Elmlər Akademiyasının magistratura
səviyyəsində" sözləri
çıxarılsın.
8. "Doktorantlara, ali
təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan
Milli Elmlər Akademiyasının magistratura
səviyyəsində təhsil
alan tələbələrə
verilən təqaüdlərin
məbləğinin artırılması
və "Doktorantlara,
ali təhsil, orta ixtisas və
peşə təhsili
müəssisələrində, həmçinin Azərbaycan
Milli Elmlər Akademiyasının magistratura
səviyyəsində təhsil
alan tələbələrə
təqaüdlərin verilməsi
haqqında" Azərbaycan
Respublikası Prezidentinin
2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncamında dəyişiklik
edilməsi barədə"
Azərbaycan Respublikası
Prezidentinin 2023-cü il
13 yanvar tarixli 3718 nömrəli Sərəncamında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2023, № 1, maddə 111 (Cild
I) aşağıdakı dəyişikliklər
edilsin:
8.1. adından (birinci
halda) və 1-ci hissədən ", həmçinin
Azərbaycan Milli Elmlər Akademiyasının
magistratura səviyyəsində"
sözləri çıxarılsın;
8.2. 1.2-ci bəndin birinci
abzasından "və
Azərbaycan Milli Elmlər Akademiyasında"
sözləri çıxarılsın.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
24 aprel 2024-cü il
Azərbaycan.-
2024.- 25 aprel, № 83.- S.15.