Tükdən nazik siyasət

 

 

Siyasət həm dövlətlərarası münasibətlərin özünəməxsus formasıdır.

Özü bir elm olsa da, tərifi, şərhi çoxdur.

Siyasət diplomatik yollar vasitələrlə, müxtəlif növ münasibətlərlə gerçəyə çevrilir.

* Siyasət mübahisəli məsələləri danışıqlar yolu ilə həll etməyə imkan yaradır.

* Siyasətlə toqquşmaların qanlı müharibələrin qarşısını almaq mümkün olur.

* Siyasətlə düşmən müttəfiqə, əməkdaşa çevrilə bilir.

Bütün hallarda siyasət iqtisadiyyata, dövləti maraqların təmininə xidmət edir.

Amma siyasət çox incə, həssas zərif məsələdir.

Hər rəhbərin, hər liderin bacardığı deyil!

Səhv edə, "qaş düzəltdiyin yerdə vurub göz çıxara" bilərsən.

Qədim türk misalında siyasətin mahiyyəti daha düzgün ehtiva olunub:

"Siyasət tükdən nazik, qılıncdan itidir!"

Yeni müstəqillik qazanan, müharibə vəziyyətində olan dövlətlər üçün bu fikir daha böyük aktuallıq kəsb edir.

***

Müstəqilliyin ilk illərində xarici siyasət sahəsində Azərbaycan çox ciddi səhvlərə yol verdi.

A.Mütəllibovun dövründə keçmiş SSRİ-nin dağılması prosesi sürətlənərkən onun saxlanılması ilə bağlı referendum keçirildi...

AXC-Müsavat iqtidarının naşılığı isə bu sahədə özünün pik nöqtəsinə çatdı.

Gah "Yakutiyaya bayraq sancdılar", gah Rusiyanın Azərbaycandakı səfirini hədələdilər, gah da sovet ordusuna məxsus hərbi hissələrin qarşısında piketlər qurdular, etiraz aksiyaları keçirdilər.

Halbuki Moskvanın qəbul etdiyi qərara görə, həmin hərbi hissələr silah-sursatlarını bütün texnikalarını yerli hakimiyyətə təhvil verərək respublikanı tərk etməli idilər.

AXC-Müsavat iqtidarının səriştəsiz hərəkətlərinə görə hərbi hissələrdəki silah-sursat, ayaqda olan texnika gizlincə aparıldı, yerdə qalan yararsız əmlak Azərbaycana verildi.

Nəticədə sovetin 366-cı motoatıcı alayı hesabına hərbi cəhətdən daha da gücləndirilən Ermənistanın qarşısında Azərbaycan əliyalın qaldı.

Yalnız Ulu Öndər Heydər Əliyev Naxçıvana rəhbərlik edərkən oradakı hərbi hissənin canlı qüvvəsinin silah-sursatı təhvil verməklə özlərinin dinc şəkildə muxtar respublikanı tərk etmələri təmin olundu.

Bu, Naxçıvanın müdafiəsində erməni işğalından qorunmasında mühüm rol oynadı!

Xalqın arzu tələbi ilə ölkə rəhbərliyinə qayıdan Ulu Öndər Heydər Əliyev müstəqil dövlətin xarici siyasətinin elmi əsaslar mövcud vəziyyətə uyğun qurulmasına da dəyərli töhfələrini verdi.

***

İlham Əliyev ixtisasca diplomatdır - MDBMİ-ni fərqlənmə diplomu ilə bitirib.

Hətta sonradan həmin ali təhsil ocağında dərs deyərək yeni diplomatların hazırlanmasına öz töhfəsini verib.

Siyasətçi kimi isə əsl dərsini əyani şəkildə Ulu Öndər Heydər Əliyevdən alıb.

Azərbaycana rəhbərliyinin 20 ili ərzində, xüsusən son 5 ildə İlham Əliyev özünü dünya səviyyəli siyasətçi, beynəlxalq miqyasda qəbul olunmuş xüsusi çəkisi, yeri sözü olan lider kimi təsdiq etdi!

Hətta bəzən digər dövlətlərin rəhbərləri kömək üçün, məsləhət almaqdan ötrü ona müraciət edirlər.

İlham Əliyev öz siyasətini açıq aparır, düz aparır, təmiz aparır.

Sözü ilə əməli daim üst-üstə düşür.

Artıq bütün dünya siyasətçiləri bilirlər ki, Azərbaycan Prezidenti havayı söz demir, dediyini hökmən edir!

***

Rusiya-Azərbaycan münasibətləri qədim tarixə, xüsusi çalarlara malikdir.

Azərbaycan 70 il Rusiyanın rəhbərlik etdiyi keçmiş SSRİ-nin tərkibində olub.

Həmin dövr Rusiya-Azərbaycan münasibətlərində müxtəlif "qabarma çəkilmə"lər baş verib.

Əvvəla, Rusiya qədimdən Azərbaycanda mütərəqqi ictimai-siyasi proseslərin, qabaqcıl ictimai fikrin, maarifçi-demokrat hərəkatın inkişafına müsbət təsir göstərib.

Azərbaycanın bir sıra görkəmli simaları Rusiyada təhsil almış, müxtəlif ixtisaslara yiyələnərək respublikamızda fəaliyyətləri dövründə vətənə böyük fayda vermişlər.

Bu da danılmazdır ki, Azərbaycanda elmin, mədəniyyətin, texnikanın, müxtəlif sahələrin inkişafına Rusiyanın böyük təsiri olmuşdur.

Eyni zamanda Rusiya Azərbaycanı daim özünün "kiçik qardaşı" hesab etmiş burada, əsasən, öz maraqlarını təmin etməyə çalışmışdır.

Bu nəhəng dövlət daim imperiyasevər siyasət yürütmüşdür.

SSRİ-nin iflası Qarabağ münaqişəsi qızışdırılandan sonra isə üzdə özünü tərəfsiz obyektiv göstərməyə çalışsa da, daim erməni mövqeyini müdafiə etmiş, Ermənistanı dəstəkləmişdir.

Bu gün dünyada Cənubi Qafqazda yeni reallıqlar yeni şərait yaranıb.

İmperiya ambisiyalarından əl çəkməli olan Rusiya bölgədəki siyasətini yeni şəraitə uyğunlaşdırmaq məcburiyyətindədir.

Ukrayna müharibəsi bataqlığına cəlb olunan, sanksiyalara məruz qalan Rusiya ABŞ, Fransa Avropa İttifaqının birgə səyi əlbir fəaliyyəti ilə Cənubi Qafqazdan çıxarıla biləcəyini yaxşı anlayır.

Yaxın "dostu qardaşı" Ermənistan isə üzünü Qərbə çevirərək açıq şəkildə Rusiyadan uzaqlaşmaq yolunu tutub.

Bölgədəki real vəziyyətə qüvvələr nisbətinə, Gürcüstan Ermənistanla münasibətlərinə, perspektivə ayıq nəzərlərlə baxan Rusiya Cənubi Qafqazda qalmasının yeganə yolunun Azərbaycanla dostluq əməkdaşlıq münasibətlərindən keçdiyini gözəl başa düşür.

Odur ki, ən doğru səmərəli addımı atır.

Azərbaycanla səmimi münasibətlərinə kölgə salan, daha çox hayların marağına xidmət etmiş sülhməramlı kontingentinin qarşılıqlı razılıq əsasında, vaxtından da qabaq çıxarılmasına qərar verib.

Bu, həm onun xəyanət yolunu tutan Ermənistana ən böyük "hədiyyəsi" sayıla bilər.

Rusiya bu addımı ilə ABŞ Avropa İttifaqının Ermənistanla bağlı yeni məkrli planlarına da zərbə vurmuş olur.

***

Son günlər Rusiya, Azərbaycan Ermənistan münasibətlərində gözlənilən gözlənilməyən üç mühüm hadisə baş verdi.

İlham Əliyevin uzaqgörənlik, müdriklik inadla irəli sürdüyü siyasət öz məntiqi nəticəsini verdi!

Rusiyanın sülhməramlı kontingenti vaxtından xeyli qabaq Qarabağ ərazisini tərk etdi!

Xatırladırıq ki, Rusiyanın sülhməramlı qüvvələri 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanata əsasən, Azərbaycan ərazisində beş illiyinə yerləşdirilmişdi hətta müddəti daha beş il artırıla bilərdi.

Artırılmadı heç beş ilin tamamı da gözlənilmədi!

Rusiya Azərbaycan rəhbərliyinin yüksəksəviyyəli razılığına əsasən, sülhməramlılar yığışaraq Qarabağı sakitcə tərk etdilər.

Rusiya sülhməramlı kontingenti Azərbaycan ərazisini tərk etdikdən sonra Ağdam rayonu ərazisində yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz fəaliyyətini dayandırdı.

Birgə Monitorinq Mərkəzində xidmət edənlər öz vətənlərinə yola salındılar.

Onların gedəcəyi şərtlər üçtərəfli Bəyanatla tənzimlənirdi.

Necə deyərlər, olmalıydı oldu da!

Qərbi, ermənipərəstləri razı salmayan, Azərbaycanı isə tam qane edən bu addım niyə həm bəzilərini təəccübləndirib?

Antiazərbaycançı şəbəkəyə xidmət edən "5-ci kolon" üzvləri daxil bir çoxu buna inanmır, "Rusiya sülhməramlı kontingenti girdiyi ərazidən xoşluqla çıxmır" - deyə onların Qarabağda əbədi qalacaqlarını söyləyir, hətta "Rusiya özünün Ermənistan ərazisindəki hərbi bazasını da Qarabağa köçürəcəkdir" - deyə münəccimlik edirdi.

Buna misal olaraq Moldovanı, Gürcüstanı göstərirdilər.

"Harasınısa kəsməyə", "nəsə deməyə" söz verən xəyanətkarların sevinc dolu "proqnozları" boşa çıxdı!

Azərbaycan-Rusiya münasibətlərini Heydər Əliyevin qoyduğu prinsiplər əsasında uğurla davam inkişaf etdirən cənab İlham Əliyev növbəti dəfə bütün dünyanı yaxşı mənada təəccübləndirdi.

* Torpaqları işğalçılardan təmizləyən;

* Ərazi bütövlüyünün bərpasına nail olan;

* Dövlət suverenliyini Konstitusiya əsaslarını təmin edən;

* Ən nəhayət, Qarabağı qeyri-qanuni silahlı birləşmələrdən, terrorçulardan separatçılardan tamamilə təmizləyən Azərbaycan Prezidenti daha heç bir sülhməramlıya ehtiyac qalmadığını da sübuta yetirdi.

Bunu siyasətlə, diplomatik yolla, Rusiya-Azərbaycan münasibətlərinə əlaqələrinə heç bir xələl gətirmədən, hətta tarixi əməkdaşlığı daha da inkişaf etdirməklə həyata keçirdi.

Beləliklə, Cənubi Qafqazı daimi münaqişə ocağı kimi görmək istəyənlərin, hətta burada müharibə tonqalını qalamağa çalışanların arzu niyyətlərini ürəklərində qoydu!

Faydalı təşəbbüslər irəli sürməklə, iştirakçıların hər birinin maraqlarını təmin edən addımlar atmaqla, əməkdaşlığın qarşıdurma münaqişədən daha faydalı olduğunu göstərməklə hamını buna inandırdı.

Əsl siyasət , diplomatiya da elə budur!

***

Üçüncü gözlənilən gözlənilməyən hadisə isə Ermənistanın Azərbaycana məxsus dörd kəndin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli Qızılhacılının danışıqlar yolu ilə Azərbaycana qaytarılmasına qərar verilməsi oldu!

* İndiyədək meydana girmiş bütün vasitəçilərin ciddi cəhdinə;

* Fransanın Ermənistanı sürətlə silahlandırmasına;

* Avropa İttifaqının casus şəbəkəsinin "xüsusi status"la Ermənistan ərazisinə yeridilməsinə fasiləsiz olaraq durbinlə Azərbaycanı müşahidə etməsinə;

* ABŞ Avropa İttifaqının Ermənistana təzəcə maliyyə yardımı ayırmasına hərbi cəhətdən müdafiə edəcəklərinə söz vermələrinə baxmayaraq, müharibədən sonrakı üç ildən çox müddətdə bütün vasitə üsullarla sülhdən yayınan Ermənistan Azərbaycana məxsus kəndləri boşaldacağını vəd etdi həm tezliklə delimitasiyaya başlanılacağını bildirdi.

Qarşılıqlı razılıq əsasında ilk sərhəd dirəyi basdırıldı!

Sonda bu proseslərin sülh müqaviləsinin imzalanacağı ilə başa çatacağı gözləniləndir.

Bütün bunlar Ermənistanla Azərbaycanın vasitəçilərsiz, birbaşa danışıqları nəticəsində baş verdi.

Nəhayət, Ermənistan başa düşdü ki, qarşıdurma, sürətlə silahlanma, hərb yolu ilə heç nəyə nail ola bilməyəcəkdir!

Bunu İlham Əliyevin qabaqlayıcı addımları qətiyyətli, heç bir təsir təzyiq cəhdi qarşısında geri çəkilməyən mövqeyi təmin etdi!

BƏLİ:

* Ermənistan özgəyə məxsus ərazilərdən çıxmalıdır!

* Bunu xoşluqla, üçtərəfli Bəyanatın bəndlərini yerinə yetirməklə etməlidir!

* Bu zaman ABŞ-, Fransaya, Avropa İttifaqına, NATO-ya güvənməlidir!

* Güvənənlərin aqibətinin necə olduğunu unutmamalıdır!

* Dövlətinin xalqının gələcəyini düşünməli, Azərbaycanın Türkiyənin əməkdaşlıq təkliflərini lazımınca qiymətləndirməlidir!

Hazırda Cənubi Qafqazda İlham Əliyevin yaratdığı yeni reallıqlar həm bunu tələb edir!

Azərbaycan Prezidentinin göstərdiyi yol, yürütdüyü siyasət bölgədəkilərin maraqlarını təmin edir, üstəlik, xoş niyyətlə bura gələnlərin, Orta dəhlizdən yararlanmaq istəyənlərin hər biri üçün səmərəli arzuolunandır.

Vaxt itirmək olmaz!

İnsanlar dövlətlər müharibə qarşıdurmadan yox, sülh əməkdaşlıqdan fayda rahatlıq tapırlar.

Azərbaycan Prezidentinin təklif etdikləri bunlardır!

***

Biz növbəti dəfə Azərbaycan Prezidenti İlham Əliyevin "nəyi necə, vaxt etmək" məharətinin şahidi olduq:

* İlham Əliyev 44 günlük Zəfər müharibəsi üçün çox əlverişli məqam seçdi!

ABŞ-nin başı uğursuz prezident seçkilərindən sonra Kapitoliyə qanlı hücumun araşdırılmasına, Fransanın başı "sarı jiletli"lərin Paris küçələrindəki aramsız dağıdıcı kütləvi aksiyalarının qarşısının alınmasına qarışmış, dünya isə COVID-19-dan qorunmaq üçün qapanaraq qınına çəkilmişdi.

* Laçın dəhlizinə nəzarət-buraxılış postu qoyulması Azərbaycanın öz ərazi bütövlüyünün bərpası da sakit uğurlu əməliyyatla başa çatdı.

Ekofəalların yaratdığı imkan, separatçıların faydalı qazıntı mədənlərinə baxışa mane olması sülhməramlı qüvvələrin onlara dəstək verərək passiv, seyrçi mövqe sərgiləməsi şər xəyanət yolunun bağlanması ilə yekunlaşdı.

* Lokal antiterror tədbirləri isə ən yüksək peşəkarlıq ildırım sürəti ilə keçirildi.

Əməliyyatın cəmi 23 saat çəkməsi, mülki əhaliyə obyektlərə heç bir xətər toxundurulmaması, qeyri-qanuni silahlı birləşmələrin terrorçu qrupların dəqiq zərbələr uğurlu əməliyyatla tərk-silah edilməsi onların silah-sursatlarını ataraq qaçmaları ilə nəticələndi.

Qarabağdakı etnik ermənilər Azərbaycan vətəndaşlığını qəbul edərək qanunlarımız əsasında yaşamaq istəmədikləri üçün dinməz-söyləməz, könüllü şəkildə ərazini tərk etdilər.

Beləliklə, Rusiyanın sülhməramlı kontingentinin bütün günü Azərbaycan ərazisində boş-bekar gəzməsi mənasız əhəmiyyətsiz hala çevrildi.

Ermənistanın Rusiyaya qarşı satqın mövqeyə keçməsi, İranın aşkar gizli şəkildə Ermənistanı dəstəkləməsi regiona kənar silahlı qüvvələrin gəlişinə susqunluq göstərməsi, ABŞ, Avropa İttifaqı, o cümlədən Fransanın Cənubi Qafqazı ikinci Ukraynaya çevirmək niyyətləri bu yolda atdıqları konkret addımlar Rusiyanı bölgədə duruş gətirmək üçün özünə düzgün tərəfdaşlar seçməyə ağıllı addımlar atmağa sövq etdi.

Əslində, bütün bunlar İlham Əliyevin uzaqgörən hesablanmış addımlarının bəhrəsi, qılıncdan iti, tükdən nazik siyasətinin daha bir uğurudur!

Bəli, bu gün Rusiya ilə Azərbaycanın səmərəli əməkdaşlığı keçmiş SSRİ-nin digər dövlətlərinə nümunə sayıla bilər.

Ağıllı, hesablanmış addımlar atmaqla, məqamında zəruri işləri görməklə, əməkdaşlıq dostluq etdiyin dövlətlərin mənafeyini təmin etmək mümkündür.

Dünya daim dəyişir, yenilənir inkişaf edir.

Lakin bu dəyişmələr heç həmişə yaxşılığa, müsbətə doğru olmur.

Bütün bunları irəlicədən görmək, nəzərə almaq səhvsiz qərarlar qəbul etmək hər siyasi xadimin işi deyil!

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev isə bütün bunları bacarır əməli fəaliyyəti ilə nümunə kimi ortaya qoyur.

 

 Bəxtiyar SADIQOV

Azərbaycan.-2024.- 30 aprel, № 87.- S.6.