ABŞ İlham Əliyevin sülh gündəliyini təqdir edir

 

 

Ev Azərbaycanda insan haqları ilə bağlı atılmış addımları müsbət qiymətləndirir

 

 

 

Son günlərdə Ermənistanla Azərbaycan arasında aparılan danışıqlar, delimitasiya, demarkasiya prosesinə start verilməsi tərəflərin sülh müqaviləsini imzalamağa çox yaxınlaşdıqlarını göstərir.

İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycan dəfələrlə buna cəhd etsə , məğlub ölkə hər dəfə yeni bəhanələrlə sülhdən yayınırdı. Ancaq görünən odur ki, artıq Ermənistan rəhbərliyi , erməni xalqı da anlayır ki, regionda təhlükəsizliyin qarantı İlham Əliyevin müəyyənləşdirdiyi sülh gündəliyidır. Çünki İlham Əliyev konkret olaraq Ermənistana çıxış yolu göstərir regionun hərtərəfli yüksəlişi üçün təqdirəlayiq addımlar atır, yeni əməkdaşlıq təklifləri irəli sürür bütün bunlar da Hayastanın illərdir işğalçı siyasəti səbəbindən düşdüyü acınacaqlı vəziyyətdən qurtuluşu üçün real zəmindir.

Bu səbəbdən İlham Əliyevin sülh gündəliyini beynəlxalq təşkilatlar, böyük dövlətlər sazişin imzalanması üçün çalışan vasitəçilər etiraf edirlər. Aprelin 28-də ABŞ Dövlət katibi Entoni Blinkenin Azərbaycan Prezidentinə telefon zəngi bu istiqamətdə səsləndirdiyi fikirlər onu deməyə əsas verir ki, Ev İlham Əliyevin sülh gündəliyini təqdir edir.

Söhbət zamanı Entoni Blinkenin sərhədlərin delimitasiyası sahəsində əldə olunmuş razılaşma ilə bağlı təbriklərini çatdırması, bunun ABŞ tərəfindən təqdir edildiyini vurğulaması, tərəflər arasında münasibətlərin normallaşdırılması sülh gündəliyinin irəli aparılması üçün Evin bundan sonra da dəstək göstərməyə hazır olduğunu bildirməsi yuxarıda deyilən fikirlərin birmənalı təsdiqidir. Yəni artıq ABŞ İlham Əliyevin postmüharibə dövründə yürütdüyü siyasətə öz dəstəyini nümayiş etdirir.

Öz növbəsində İlham Əliyev bildirib ki, iki ölkənin delimitasiya komissiyası tərəfindən əldə olunmuş razılaşma ikitərəfli əsasda aparılmış dialoq qarşılıqlı anlaşma şəraitində keçirilmiş müzakirələrin nəticəsidir. Sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi üçün Qazaxıstan tərəfinin təklifinə uyğun olaraq tezliklə Azərbaycan Ermənistan xarici işlər nazirləri Almatıda görüşəcəklər.

İlham Əliyev bir daha Entoni Blinkenə xatırladıb ki, sülh müqaviləsinin onun əsasını təşkil edən 5 prinsipin təşəbbüskarı məhz özüdür şəxsən bundan sonra da sülh gündəliyinin davam etdirilməsi üçün səylərini əsirgəməyəcək. Azərbaycanın bu xüsusda qəti siyasi iradəyə malik olduğunu vurğulayan İlham Əliyev qeyd edib ki, qalib ölkə  regionda hər hansı ayırıcı xətlər olmadan inteqrasiya olunmuş Cənubi Qafqaz regional əməkdaşlıq modelinin qurulmasını dəstəkləyir.

Əlavə edək ki, müharibədən sonra qalib komandan kimi bölgədə sülhün bərqərar olunmasını, yeni nəqliyyat-tranzit qovşağının həmçinin yeni əməkdaşlıq platformalarının yaradılmasının təşəbbüskarı olan İlham Əliyevin təklifləri BMT dost ölkələr tərəfindən təqdir edilib. 

ABŞ ilə münasibətlərin yüksək səviyyəyə qaldırılması işində əlbəttə ki, ölkəmizin demokratik dünyaya inteqrasiyası istiqamətində atdığı davamlı addımlar mühüm rol oynayıb. Digər tərəfdən, ölkəmizin Avropanın enerji təchizatı sahəsində əhəmiyyətli rolu da Azərbaycanla ABŞ arasındakı münasibətləri dərinləşdirən faktorlardandır.

Telefon söhbəti zamanı Entoni Blinken, həmçinin son zamanlarda Azərbaycanda insan haqları ilə bağlı atılmış addımları müsbət qiymətləndirərək, bunun davamlı olması ilə əlaqədar arzusunu ifadə edib. İlham Əliyev Azərbaycanın insan hüquqları sahəsində öhdəliklərinə sadiq olduğunu ölkəmizdə demokratik islahatların davam etdirildiyini vurğulayıb.

Amma maraqlıdır ki, ABŞ kimi nüfuzlu bir ölkənin, xüsusən dövlət rəsmisinin bu fikirləri səsləndirdiyi halda Dövlət Departamentinin hazırladığı hesabatlarda Azərbaycanla bağlı ancaq həqiqəti əks etdirməyən qərəzli münasibətin şahidi oluruq. Bu sifarişli hesabatların heç biri ölkəmizdəki reallığı əks etdirmir, əksinə ortada çox ciddi qərəz, Azərbaycanın demokratik inkişaf yoluna atılan böhtan var.

Ona görə yaxşı olar ki, Dövlət Departamenti insan haqlarına dair hesabatlarını hazırlayarkən tək bir "mənbənin" sifarişi əsasında deyil, ABŞ rəsmilərinin rəsmi fikirlərinə əsaslansın. Görünən isə odur ki, Dövlət Departamenti müəyyən səbəblərdən hər dəfə erməni lobbiçilik institutunun təsiri altında ciddi nöqsanlara yol verir. ABŞ rəsmiləri bunu ayrı-ayrı konqresmenlərin özfəaliyyəti kimi dəyərləndirsələr , onların belə yanaşması Azərbaycan tərəfindən qətiyyən qəbul edilmir.

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2024.- 30 aprel, № 87.- S.9.