Azərbaycan
Respublikasının 1994-cü il 8 fevral tarixli
782 nömrəli Qanunu
ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının Konsul
Nizamnaməsi"ndə dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
11-ci bəndini rəhbər
tutaraq qərara alır:
Azərbaycan Respublikasının
1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı,
1994, № 17, maddə 234; Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, (Cild I) ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının Konsul
Nizamnaməsi"ndə aşağıdakı
dəyişikliklər edilsin:
1. 92-ci maddənin birinci
hissəsində "Azərbaycan
Respublikasının Səhiyyə
Nazirliyinə" sözləri
"müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqana (quruma)" sözləri ilə əvəz edilsin.
2. 93-cü maddənin mətnində "orqanına"
sözü "orqanının
müəyyən etdiyi
orqana (quruma)" sözləri ilə əvəz edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
29 mart 2024-cü il
Azərbaycan.-2024.-
30 aprel, № 87.- S.2.