"Azərbaycan
Respublikasının 1994-cü il 8 fevral tarixli
782 nömrəli Qanunu
ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının Konsul
Nizamnaməsi"ndə dəyişiklik
edilməsi haqqında"
Azərbaycan Respublikasının
2024-cü il 29 mart tarixli 1111-VIQD nömrəli
Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan
Respublikası Prezidentinin
bəzi fərmanlarında
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Azərbaycan
Respublikasının 1994-cü il 8 fevral tarixli
782 nömrəli Qanunu
ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının Konsul
Nizamnaməsi"ndə dəyişiklik
edilməsi haqqında"
Azərbaycan Respublikasının
2024-cü il 29 mart tarixli 1111-VIQD nömrəli
Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara
alıram:
1. Müəyyən edilsin ki:
1.1. Azərbaycan Respublikasının
1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının
Konsul Nizamnaməsi"nin
92-ci maddəsinin birinci
hissəsində və
93-cü maddəsinin mətnində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti
həyata keçirir;
1.2. həmin Qanunun
92-ci maddəsinin birinci
hissəsində və
93-cü maddəsinin mətnində
"orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının
Səhiyyə Nazirliyi
və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti
"Azərbaycan Respublikasının
1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının
Konsul Nizamnaməsi"ndə
dəyişiklik edilməsi
haqqında" Azərbaycan
Respublikasının 2024-cü il 29 mart tarixli
1111-VIQD nömrəli Qanunundan
irəli gələn məsələləri həll
etsin.
3. Azərbaycan Respublikası
Prezidentinin 2007-ci il 26
fevral tarixli 532 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2007, № 2, maddə 98 (Cild
I) ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının Konsulluğu
haqqında Əsasnamə"nin
14.1-ci bəndində "və
Nazirliyi" sözləri
", Nazirliyi və digər dövlət orqanlarını (qurumlarını)"
sözləri ilə əvəz edilsin.
4. "Azərbaycan Respublikasının
1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının
Konsul Nizamnaməsi"ndə,
"Xüsusi mühafizə
olunan təbiət əraziləri və obyektləri haqqında",
"Dövlət rüsumu
haqqında", "Baytarlıq
haqqında", "Ekoloji
təmiz kənd təsərrüfatı haqqında"
və "Lisenziyalar və icazələr haqqında" Azərbaycan
Respublikasının qanunlarında
dəyişiklik edilməsi
barədə" Azərbaycan
Respublikasının 2019-cu il
27 iyun tarixli 1616-VQD nömrəli Qanununun tətbiqi, Azərbaycan Respublikası Prezidentinin
"Baytarlıq haqqında"
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə"
2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanında dəyişiklik
edilməsi və
"Baytarlıq haqqında"
Azərbaycan Respublikası
Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər
barədə" 2007-ci il
11 aprel tarixli 562 nömrəli Fərmanının
ləğvi haqqında"
Azərbaycan Respublikası
Prezidentinin 2019-cu il 2 avqust tarixli 803 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2019, № 8, maddə 1386 (Cild
I) 2-ci hissəsi ləğv
edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
29 aprel 2024-cü il
Azərbaycan.-2024.-
30 aprel, № 87.- S.2.