"Qida
təhlükəsizliyi haqqında"
Azərbaycan Respublikasının
2022-ci il 5 may tarixli 523-VIQ nömrəli
Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının
bəzi qanunlarında
dəyişiklik edilməsi
barədə" Azərbaycan
Respublikasının 2024-cü il 5 mart tarixli
1108-VIQD nömrəli Qanununun
tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası
Prezidentinin bəzi fərmanlarında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Qida təhlükəsizliyi haqqında"
Azərbaycan Respublikasının
2022-ci il 5 may tarixli 523-VIQ nömrəli
Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının
bəzi qanunlarında
dəyişiklik edilməsi
barədə" Azərbaycan
Respublikasının 2024-cü il 5 mart tarixli
1108-VIQD nömrəli Qanununun
qüvvəyə minməsi
ilə əlaqədar
həmin Qanunun tətbiqini təmin etmək məqsədilə
qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. "Arıçılıq haqqında" Azərbaycan
Respublikası Qanununun
6.2-ci maddəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının
Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun
6.2-ci maddəsində "orqan
(qurum)" dedikdə bal arısı cinsləri və populyasiyaları genofondunun
qorunub saxlanılmasının,
arıçılıq subyektləri
tərəfindən müvafiq
qanunvericiliyin, habelə
arıçılığa dair normativ sənədlərin
tələblərinin təmin
olunmasına münasibətdə
Azərbaycan Respublikasının
Kənd Təsərrüfatı
Nazirliyi, baytarlıq (baytarlıq-sanitariya) qaydalarına
riayət edilməsinin
və minimum keyfiyyəti və təhlükəsizliyi qida
təhlükəsizliyi sahəsində
texniki normativ hüquqi aktların tələblərinə cavab
verən arıçılıq
məhsulları istehsalının
və dövriyyəsinin
təmin olunmasına münasibətdə isə
Azərbaycan Respublikasının
Qida Təhlükəsizliyi
Agentliyi nəzərdə
tutulur.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti
"Qida təhlükəsizliyi
haqqında" Azərbaycan
Respublikasının 2022-ci il
5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan
Respublikasının bəzi
qanunlarında dəyişiklik
edilməsi barədə"
Azərbaycan Respublikasının
2024-cü il 5 mart tarixli 1108-VIQD nömrəli
Qanunundan irəli gələn məsələləri
həll etsin.
3. "Arıçılıq haqqında" Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin
2009-cu il 14 aprel tarixli 82 nömrəli Fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2009, № 4, maddə
227 (Cild I) aşağıdakı
dəyişikliklər edilsin:
3.1. 2.1-ci bənddə
"6.5-ci" sözləri
"6.2-ci" sözləri ilə əvəz edilsin;
3.2. aşağıdakı məzmunda 2.3-1-ci və
2.3-2-ci bəndlər əlavə
edilsin:
"2.3-1. həmin Qanunun
6.2-ci maddəsində "orqan
(qurum)" dedikdə bal arısı cinsləri və populyasiyaları genofondunun
qorunub saxlanılmasının,
arıçılıq subyektləri
tərəfindən müvafiq
qanunvericiliyin, habelə
arıçılığa dair normativ sənədlərin
tələblərinin təmin
olunmasına münasibətdə
Azərbaycan Respublikasının
Kənd Təsərrüfatı
Nazirliyi, baytarlıq (baytarlıq-sanitariya) qaydalarına
riayət edilməsinin
və minimum keyfiyyəti və təhlükəsizliyi qida
təhlükəsizliyi sahəsində
texniki normativ hüquqi aktların tələblərinə cavab
verən arıçılıq
məhsulları istehsalının
və dövriyyəsinin
təmin olunmasına münasibətdə isə
Azərbaycan Respublikasının
Qida Təhlükəsizliyi
Agentliyi nəzərdə
tutulur;
2.3-2. həmin Qanunun
6.3-cü maddəsində müvafiq
icra hakimiyyəti orqanının səlahiyyətlərini
fəaliyyət istiqamətlərinə
uyğun olaraq Azərbaycan Respublikasının
Kənd Təsərrüfatı
Nazirliyi və Azərbaycan Respublikasının
Qida Təhlükəsizliyi
Agentliyi həyata keçirirlər;";
3.3. 2.4-cü bənddə
"6.2-ci, 6.3-cü maddələrində,
11.2-ci maddəsinin ikinci"
sözləri "11.2-ci maddəsinin
birinci" sözləri
ilə əvəz edilsin;
3.4. 2.7-ci bənddə "6.5-ci və 18.2-ci maddələrində"
sözləri "18.2-ci maddəsində"
sözləri ilə əvəz edilsin.
4. "Sahibkarlıq sahəsində aparılan
yoxlamaların dayandırılması
haqqında" Azərbaycan
Respublikasının 2015-ci il
20 oktyabr tarixli 1410-IVQ
nömrəli Qanununun
tətbiqi və sahibkarlıq sahəsində
aparılan yoxlamaların
dövlət tənzimlənməsinə
dair əlavə tədbirlər barədə"
Azərbaycan Respublikası
Prezidentinin 2015-ci il 26
oktyabr tarixli 660 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2015, № 10, maddə 1132 (Cild
I); Azərbaycan Respublikası
Prezidentinin 2024-cü il
7 mart tarixli 17 nömrəli Fərmanı)
1.1-ci və 1.2-1-ci bəndlərinə
"qida" sözündən
sonra "və yem" sözləri əlavə edilsin.
5. "Sanitariya-epidemioloji salamatlıq haqqında"
Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər
edilməsi barədə"
Azərbaycan Respublikasının
2018-ci il 23 fevral tarixli 1014-VQD nömrəli
Qanununun tətbiqi haqqında" Azərbaycan
Respublikası Prezidentinin
2018-ci il 16 aprel tarixli 1924 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2018, № 4, maddə
675 (Cild I) 3-cü hissəsində
"istehsalı, qablaşdırılması,
saxlanması, emalı"
sözləri "ilkin
istehsalı, istehsalı,
emalı, dövriyyəsi"
sözləri ilə əvəz edilsin.
6. "Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində, Azərbaycan
Respublikasının Gömrük
Məcəlləsində, "Balıqçılıq haqqında",
"Yeyinti məhsulları
haqqında", "Taxıl
haqqında", "Üzümçülük
və şərabçılıq
haqqında", "Yod
çatışmazlığı xəstəliklərinin kütləvi
profilaktikası məqsədi
ilə duzun yodlaşdırılması haqqında"
və "Çayçılıq
haqqında" Azərbaycan
Respublikasının qanunlarında
dəyişiklik edilməsi
barədə" Azərbaycan
Respublikasının 2019-cu il
12 iyul tarixli 1662-VQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası
Prezidentinin2019-cu il 19 avqust
tarixli 811 nömrəli
Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2019, № 8, maddə
1394 (Cild I) 2.6-cı bəndində
"maddəsinin birinci
cümləsində" sözləri
"maddəsində" sözü
ilə əvəz edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
29 aprel 2024-cü il
Azərbaycan.-2024.-
30 aprel, № 87.- S.4.