İlham
Əliyev Azərbaycanın
düşmənlərinə siyasət dərsi keçdi
"Prezident İlham
Əliyevin Almaniya Kansleri Olaf Şoltsun
dəvətilə "15-ci Petersberg İqlim Dialoqu"nun Yüksək
Səviyyəli Seqmentində
iştirak etmək üçün Almaniyaya səfəri xeyli əhəmiyyətli oldu. Dövlətimizin başçısı
tədbirdəki çıxışı
ilə Qərb siyasətçilərinə, xüsusən
də Avropada Azərbaycana qarşı düşmən mövqeyi
ilə "seçilən"lərə
əsl siyasət dərsi keçdi. Prezidentimiz böyük siyasətçilərə və
prinsipial dövlət
başçılarına xas
olan liderlik xüsusiyyətlərini Avropa
diplomatlarına sübut
etdi".
Bu fikirləri
"Azərbaycan" qəzetinə
açıqlamasında Milli
Məclisin deputatı
Kamilə Əliyeva deyib. Deputat Prezident İlham Əliyevin çıxışı
zamanı toxunduğu vacib məsələlər
barədə danışıb:
"Dövlət başçısının
Azərbaycanın Avropanın
enerji təhlükəsizliyində
oynadığı rol
barədə söylədiyi
fikirlər çox dəyərlidir. Ölkəmiz
Avropa İttifaqına
üzv 9 dövlətlə
strateji tərəfdaşlıq
haqqında saziş və Bəyannamə imzalayıb. Avropanın bir çox dövlətləri Azərbaycanı
etibarlı tərəfdaş
hesab edir. Son illər Avropada yaranmış gərgin geosiyasi vəziyyətlə əlaqədar
ölkələrin enerji
təhlükəsizliyinə böyük problemlər yarandığı bir vaxtda bu, vacib
məsələdir. Müasir
dövrdə enerji təhlükəsizliyi milli
təhlükəsizliyə bərabər tutulur. Bu səbəbdən Avropa İttifaqının
rəhbərliyinin Avropa
dövlətlərinin enerjiyə
olan ehtiyaclarını
ödəmək üçün
Azərbaycana etdiyi müraciət İlham Əliyev tərəfindən
müsbət qarşılanıb.
2022-ci ilin iyulunda Avropa İttifaqı Komissarlığı ilə
Azərbaycan dövləti
arasında Avropaya təbii qazın nəql edilməsi üzrə Anlaşma Memorandumu imzalanıb. Artıq hər il Azərbaycandan "Cənub qaz dəhlizi" vasitəsilə
Avropa dövlətlərinə
12 milyard kubmetr təbii qaz ixrac edilir. İmzalanmış
Memoranduma əsasən,
2027-ci ilə qədər
qaz ixracının 20 milyard kubmetrə çatdırılması nəzərdə
tutulub. Hər il Azərbaycandan qaz almaq istəyən
Avropa dövlətlərinin
sayı artmaqdadır. Bununla da Azərbaycan hər zaman dostluğa, qarşılıqlı
hörmətə və
etimada sadiq bir dövlət olduğunu nümayiş etdirir".
Deputatın sözlərinə
görə, Prezident İlham Əliyev çıxışında Azərbaycanın
"yaşıl enerji"
istehsalı sahəsində
də öncül dövlətlərdən olduğunu
və bu sahədə böyük layihələrə imza atdığını vurğulayıb.
Azərbaycan neft və qazla zəngin
təbii ehtiyatlara malik dövlət olmasına baxmayaraq, Yer kürəsində iqlim dəyişikliyinə
qarşı, dünyada
"yaşıl enerji"yə
keçidlə bağlı
bir sıra böyük layihələr
həyata keçirilib
və bu işlər ardıcıl
davam etdirilir. Qarabağ və Şərqi Zəngəzur
dövlət başçısı
tərəfindən "yaşıl
enerji" zonası elan edilib.
"Bakı və
ətraf ərazilərdə
günəş və
küləklə işləyən
elektrik stansiyaları inşa edilib və bu işlər
regionlarımızı da
əhatə edəcək.
2030-cu ilə qədər
Azərbaycan elektrik enerjisinə olan tələbatının 30 faizini
bərpaolunan enerji ilə təmin etməyi planlaşdırır.
Bununla yanaşı, yaxın illərdə ölkəmizdə istehsal
olunacaq "yaşıl
enerji" də Avropa dövlətlərinə
ixrac ediləcək. "Yaşıl
enerji" istehsalı
ilə təbii qaza qənaət ediləcək ki, bu da 5 milyard
kubmetrə bərabər
olacaq. "Yaşıl
enerji"nin artırılmasının
ümdə məsələ
olmasına baxmayaraq, dünyada təbii qaza tələbat da uzun illər
mövcud olacaq. Nəzərə
almaq lazımdır ki, Azərbaycanda təbii qaz yataqlarında kifayət qədər qaz resursları mövcuddur və qaz hasilatını
artırmaq imkanımız
böyükdür", - deyə
müsahibimiz əlavə
edib.
Kamilə Əliyeva
yekunda vurğulayıb
ki, Prezident İlham Əliyevin çıxışından sonra
Qərb bir daha anladı ki, Azərbaycan tək region üçün deyil, dünya üçün çox əhəmiyyətli,
güclü və etibarlı dövlətdir.
Nəzrin QAFARZADƏ,
Azərbaycan.-2024.-
30 aprel, № 87.- S.7.