Vasitəçisiz təmaslar nəticə verir

 

 

Demarkasiya prosesi bölgədə dayanıqlı sülh üzrə nikbin baxış vəd edir

 

 

 

"Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası dövlət sərhədinin delimitasiyası sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 8-ci görüşündə əldə olunan nəticənin sürətlə realizə olunması bölgədə dayanıqlı sülh üzrə nikbin baxış vəd edir. Xüsusən, Bakı İrəvan arasında 19 aprel razılaşmasına müvafiq olaraq, Qazaxın 4 qeyri-anklav kəndinin Azərbaycan tərəfə hər hansı hərbi məcburetmə tədbirlərinə ehtiyac duyulmadan bir güllə atılmadan təhvil verilməsi istiqamətində işlərin intensivləşməsi prosesin Azərbaycanın iradəsinə uyğun olaraq sürətlə irəliləməsindən xəbər verir".

Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

 

 

 

Regionda sülh sabitliyin ayaq səsləri eşidilir

 

 

 

Deputatın fikrincə, delimitasiya demarkasiya özlüyündə uzun sürən prosesdir. Prezident İlham Əliyev bu ilin yanvarında yerli televiziyalara müsahibəsində ifadə etdiyi kimi, kifayət qədər yüksəksəviyyəli münasibətlərimizin olmasına baxmayaraq, Azərbaycan Gürcüstan arasında delimitasiya prosesi başa çatmayıb, eyni zamanda Rusiya ilə delimitasiya demarkasiya prosesini tam yekunlaşdıra bilməmişik. Belə olan təqdirdə, 30 ildən artıq münaqişə şəraitində yaşadığımız faktiki olaraq qarşılıqlı etimad mühitinin olmadığı Ermənistanla cəmi 8 görüşə sərhədlərin delimitasiyası sərhəd təhlükəsizliyi məsələləri komissiyalarının ciddi nəticələr əldə etməsi qısa zaman kəsiyində sərhəd dirəklərinin quraşdırılması artıq regionda sülh sabitliyin ayaq səsləri kimi qiymətləndirilməlidir. Müşahidə olunan bu reallıqlar ilk növbədə Prezident İlham Əliyevin prinsipial qətiyyətli mövqeyinin qələbəsidir. Bu mənada, şərti sərhədlərin ən mürəkkəb istiqamətlərindən birində əldə olunan müvafiq müsbət meyillər məhz cənab İlham Əliyevin qətiyyətli mövqeyinin realizəsidir.

Deputat qeyd edib ki, Müzəffər Ali Baş Komandan 2020-ci il 10 noyabr kapitulyasiya aktına müvafiq olaraq Ağdam, Kəlbəcər Laçın rayonlarının Azərbaycana təhvil verilməsində ehtiva olunan tarixi uğurunu təkrarlayaraq, regionda istənilən situasiyada son sözün sahibinin kim olduğunu bir daha əməli formada nümayiş etdirib: "Hazırda delimitasiya prosesi sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövründə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq həyata keçirilir. Azərbaycan Vətən müharibəsindən dərhal sonra cənab İlham Əliyevin təşəbbüsü ilə başlanan sülh prosesində delimitasiya işlərinin məhz bu şərtlər üzrə aparılmasını məqbul hesab edirdi. Aydındır ki, Azərbaycan beynəlxalq hüquqla, o cümlədən istər 2022-ci il Praqa, 2023-cü il Brüssel görüşlərində, istərsə 19 aprel razılaşmasında istinad olunan 1991-ci il Alma-Ata Bəyannaməsinə əsasən, özünə məxsus olan bir qarış da olsun torpağı güzəştə getmək niyyətində deyildi. Rəsmi Bakı bu mövqeyini açıq formada dəfələrlə bəyan etmişdi".

 

 

 

Bakının mövqeyi hüquqi cəhətdən qanuni ədalətlidir

 

 

 

Azərbaycanın yeni hərbi gərginlik arzulamadığını deyən B.Məhərrəmov bildirib ki, ölkəmiz beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni rədd edir: "Lakin biz, eyni zamanda işğalda qalan anklav qeyri-anklav kəndlərimizi sabitlik naminə qurban vermək barədə öhdəlik götürməmişik. Ermənistan havadarları bunu yaxşı başa düşür. Xüsusən, Vətən müharibəsi antiterror tədbirlərində atılan qəti addımlar fonunda yaxşı anlayırdılar ki, bu məsələdə Bakıdan güzəşt gözləməyə dəyməz. Bu gün şərti sərhədlərdə 19 aprel razılaşmasına müvafiq olaraq həyata keçirilən tədbirlər fonunda demək olar ki, Ermənistan, nəhayət Bakının mövqeyinin hüquqi cəhətdən qanuni ədalətli, praktiki cəhətdən isə səmərəli olmasını dərk etməyə başlayıb".

Deputatın fikrincə, bu, bir daha göstərir ki, proseslərin bu günə qədər ləngiməsinin heç bir tutarlı əsası olmayıb. Ümumiyyətlə, kəndlərimizin geri qaytarılmasını da ehtiva edən 19 aprel razılaşması hazırda bu istiqamətdə həyata keçirilən tədbirlər, habelə sərhəd dirəklərinin basdırılması özlüyündə beynəlxalq hüququn təntənəsidir Ermənistanda sağlam təfəkkürə malik heç bir subyekt bu prosesdə məğlub görünmür.

B.Məhərrəmov qeyd edib ki, Azərbaycan Ermənistan arasında müvafiq razılaşmanın imzalanmasının ardınca özünü beynəlxalq ictimaiyyət adlandıran bölgədə guya "sülh arzulayan" qlobal subyektlər sükuta üstünlük verir məsələyə münasibət bildirməməyə çalışırlar. "Lakin Bakı bu konfiqurasiyanı da dağıtdı hər kəs bir daha şahidi oldu ki, regionda sülh təhlükəsizlik sferaları başda olmaqla, gündəlik Azərbaycan tərəfindən diktə olunur. Aprelin 28-də ABŞ Dövlət katibi Entoni Blinkenin Prezident İlham Əliyevə zəng edərək Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası üzrə razılaşmaya görə təbriklərini çatdırması da göstərdi ki, özünü beynəlxalq ictimaiyyətin aparıcı qüvvəsi elan edən Vaşinqton nəinki proseslərin cənab İlham Əliyevin müəyyən etdiyi formatı ilə barışmalı olub, üstəlik Bakı İrəvan arasında münasibətlərin normallaşdırılmasına sülh gündəliyinin irəli aparılmasına dəstək göstərməyə hazırdır", - deyə o əlavə edib.

Deputat vurğulayıb ki, Azərbaycan regionda dayanıqlı sülh naminə, habelə delimitasiya demarkasiya prosesinə töhfə verə biləcək istənilən sağlam təklif üçün açıqdır. Hətta aprelin 26-da Almaniya Kansleri ilə birgə mətbuat konfransında dövlət başçısı "Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var. Bütün bu işdə bizə kömək etmək istəyən ölkələrlə biz əməkdaşlıq etməyə hazırıq", - deyib. Lakin "COP29 Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda Prezident məsələyə daha detallı aydınlıq gətirərək qeyd etmişdi ki, söhbət hər hansı vasitəçilikdən getmir. Çünki bu gün sərhədimizdə baş verənlər onu nümayiş etdirir ki, bizimlə heç kəsin işi olmadığı, bu vəziyyətin kiminsə siyasi ambisiyaları naminə istifadə edilmədiyi halda biz gec-tez razılığa gələ bilərik.

 

 

 

Ermənistan hakimiyyəti sülh üçün xarici təsirlərdən xilas olmalıdır

 

 

 

Deputat bildirib ki, vasitəçilərin cəlb olunduğu heç bir səmərə verməyən 30 illik danışıqlardan fərqli olaraq Bakı İrəvan arasında cəmi 6 aydır start verilən vasitəçisiz təmaslar artıq nəticə verir. İlk növbədə dövlət sərhədinin delimitasiyası sərhəd təhlükəsizliyi Komissiyalarının 8-ci görüşünün nəticəyönümlülüyü bunu bir daha təsdiq edir. Aprelin 5-də Aİ-ABŞ-Ermənistanın Brüsseldə keçirilmiş görüşü başda olmaqla, bir çox platformalarda kollektiv Qərbin Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün cəhdlər göstərdiyi bir vaxtda Azərbaycan sülh gündəliyində israr göstərərək bu xüsusda qəti siyasi iradəyə malik olduğunu sübut edib.

Cənab İlham Əliyev həm Vətən müharibəsində, həm antiterror əməliyyatlarında sübut edib ki, bizə kiminsə ərazisi lazım deyil. Biz beynəlxalq hüquqa sadiqik bu mənada, Ermənistanın bizdən müdafiə olunması adı altında sürətlə silahlandırılmasına, yaxud digər formada vəziyyətin gərginləşdirilməsinə ehtiyac yoxdur. Daha ciddi addımların atılması, xüsusən sülh sabitlik üçün yaranmış bu unikal imkanın hədər getməməsi üçün indi Ermənistanın iradə nümayiş etdirməsi vacibdir. İndiki məqamda əgər Paşinyan iqtidarı iradəsini qorumasa, sülh prosesi üzrə öhdəliklərindən geri çəkilsə, bu, ilk növbədə erməni xalqının rifahı, təhlükəsizliyi maraqlarına tarixi zərbə olacaq.

Ermənistan hakimiyyəti həm xarici təsirlərdən xilas olmalı, həm onların Hayastandakı uzantıları olan revanşist dairələr qarşısında qətiyyətli dayanmalıdır ki, erməni xalqı da rahat nəfəs ala bilsin. Hazırda isə qarşıda delimitasiya sülh prosesinin davamlılığının təmin olunması kimi ciddi vəzifə dayanır. 1 iyul 2024-cü il müddətinədək Azərbaycan Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının dövlət sərhədinin delimitasiyası sərhəd təhlükəsizliyi üzrə Komissiyanın Birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılması üzrə işin başa çatdırılması nəzərdə tutulur. Daha sonra isə növbə anklav kəndlərindir. Müvafiq kateqoriyadan olan 4 kəndimizlə bağlı Bakının mövqeyi qətidir.

Prezident İlham Əliyevin 10 yanvar 2024-cü il bəyanatında da ifadə olunduğu kimi, həmin kəndlərlə əlaqədar ayrıca bir ekspert qrupu yaradılmalıdır o, müzakirə edilməlidir. Biz hesab edirik ki, bütün anklavlar qaytarılmalıdır. Bu anklavlara gedən yollarda şərait olmalıdır bu anklavlara orada yaşayan insanlar yerləşdirilməlidir.

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2024.- 30 aprel, № 87.- S.7.