Qırğız
Respublikası ilə əlaqələr elm və təhsil sahəsində də inkişaf edir
Hazırda Azərbaycan
və Qırğız
Respublikası arasında
ikitərəfli və
çoxtərəfli əlaqələrin
yüksələn xətlə
inkişafında humanitar
sfera, o cümlədən
elm və təhsil sahəsində əməkdaşlıq əhəmiyyətli
rol oynayır. Eyni zamanda hər
iki ölkənin dövlət başçılarının
siyasi iradəsinə,
tarixi, dil, din və etnik
bağlılığa əsaslanan
qardaşlıq və
dostluq münasibətlərinin
uğurlu perspektivi digər sahələrlə
yanaşı, elm və təhsil əlaqələrinin də
gücləndirilməsinə ciddi zəmin yaradır.
Bu nöqteyi-nəzərdən
cari il aprelin
24-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının
Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan
sənədlərinin imzalanması
ikitərəfli əlaqələrin
inkişafında yeni səhifə oldu. Həmçinin imzalanmış
sənədlər arasında
"Azərbaycan Respublikası
Hökuməti ilə
Qırğız Respublikası
Nazirlər Kabineti arasında təhsil və elm sahəsində
əməkdaşlıq haqqında
Saziş"in yer alması ölkələrarası
əməkdaşlığın gündəliyində elm və təhsilin də prioritet rolunu bir daha
təsdiq etdi.
Regionda yerləşən
və hazırda modernləşmə istiqamətində
fəaliyyətlərini davam
etdirən Mingəçevir
Dövlət Universitetində
(MDU) də Azərbaycan
və Qırğız
Respublikası arasında
elm və təhsil əlaqələrinin
inkişafına xüsusi
önəm verilir. Dövlətimizin
bu istiqamətdə həyata keçirdiyi uğurlu siyasətin yaratdığı geniş
imkanlardan faydalanmaq, eləcə də əməkdaşlığın inkişafına töhfə
vermək məqsədilə
MDU-nun xarici əlaqələrində Qırğız
Respublikasının müvafiq
ali təhsil müəssisələri ilə
işbirliyinin qurulması
və genişləndirilməsi
diqqət mərkəzində
saxlanılır.
2022-ci ilin 14-15 sentyabr
tarixlərində MDU Qırğız
Respublikasının paytaxtı
Bişkekdə keçirilən
Dünya Rektorlar Forumunda təmsil olunmuşdur. "Milli innovasiya ekosisteminin qurulmasında universitetlərin
rolu" mövzusuna həsr olunan forum Qırğız Respublikasının Təhsil
və Elm Nazirliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının
birgə təşkilatçılığı
ilə baş tutmuşdur. Dünyanın
60-a yaxın ölkəsindən
100-dən çox ali
təhsil müəssisəsinin
rəhbərlərinin, ekspertlərin,
beynəlxalq təşkilatların
və proqramların nümayəndələrinin qatıldığı
forumun panel sessiyasında "Yeni dövrün universitetinin qurulması: innovativ və dayanıqlı inkişaf əsaslı ali təhsil müəssisəsi konsepsiyası"
mövzusunda təqdimatla
çıxış etmişik.
Eləcə də, forum çərçivəsində
MDU və Qırğız
İqtisad Universiteti arasında Anlaşma Memorandumu imzalanmışdır.
Memorandum universitetlər
arasında qarşılıqlı
maraq doğuran sahələrdə əməkdaşlığın
yaradılmasını və
birgə fəaliyyətlərin
həyata keçirilməsini
özündə ehtiva
edir.
2022-ci ilin 16 sentyabr
tarixində Qırğız
İqtisad Universitetinə
növbəti ziyarətimiz
olmuşdur. Universitetin
rəhbər heyəti
ilə görüşdə
əməkdaşlığın potensial inkişaf istiqamətləri barədə
müzakirələr aparmış,
bu ali təhsil
müəssisəsinin kollektivi
qarşısında "Yeni
dövrün universitetinin
qurulması: Mingəçevir
Dövlət Universiteti
təcrübəsi" mövzusunda
təqdimat etmişik.
Bununla yanaşı,
MDU-nun nümayəndələri
2023-cü ilin oktyabrın
25-də Qırğız İqtisad
Universitetinin 70 illik yubileyinə həsr olunan "İqtisadi reallıqların yeni çağırışları" mövzusunda beynəlxalq elmi konfransda təmsil olunmuşdur. Konfransın plenar iclasında "Davamlı
iqtisadi inkişaf: əsas konsepsiya, qiymətləndirmə metodları
və Azərbaycan nümunəsi" mövzusunda
məruzə ilə çıxış etmişik.
Həmçinin konfransın
bölmə iclaslarında
MDU-nun 11 əməkdaşı
məruzələrlə çıxış
etmişdir.
Yubiley mərasimində
MDU rektorunun Qırğız
İqtisad Universitetinin
fəxri professoru diplomu ilə təltif edilməsi universitetlərarası əməkdaşlığın
inkişafına göstərilən
xidmətlərə verilən
qiymətin ifadəsi kimi dəyərləndirilə
bilər.
Bundan əlavə,
Qırğız İqtisad
Universiteti müvafiq olaraq 2021-ci və
2023-cü illərdə MDU-da "Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr
və yeni hədəflər" mövzusunda
keçirilən birinci
və ikinci beynəlxalq elmi konfranslara uğurla həmtəşkilatçılıq etmişdir.
İki ölkənin
hökumətləri arasında
imzalanan saziş elm və təhsil
sahəsində qarşılıqlı
maraq doğuran istiqamətlərdə əlaqələrin
daha da gücləndirilməsini,
təhsil subyektlərinin
çoxşaxəli akademik
əməkdaşlıq təşəbbüslərinin
reallaşdırılmasını dəstəkləməklə əlverişli
hüquqi baza təmin edəcəkdir. Hər iki ölkənin
ali təhsil və elmi-tədqiqat müəssisələri saziş
çərçivəsində potensiallarının gücləndirilməsinə
hədəflənən geniş
birgə fəaliyyət
alətlərindən fəal
surətdə faydalanmaqla
əməkdaşlıq prosesində
hərəkətverici rola
malik olacaqlar. Yeni mərhələdə
MDU ilə Qırğız
İqtisad Universiteti və Qırğız Respublikasının digər
müvafiq ali təhsil müəssisələri
ilə qarşılıqlı
faydalı əməkdaşlığın
inkişafına xüsusi
diqqət göstəriləcəkdir.
Şahin
BAYRAMOV,
Mingəçevir
Dövlət Universitetinin rektoru
Azərbaycan.-2024.-
30 aprel, № 87.- S.7.