Regionun
gündəliyini müəyyənləşdirən
Azərbaycandır
ABŞ Cənubi Qafqazın ən güclü ölkəsi ilə hesablaşır
"ABŞ Dövlət katibi Entoni Blinkenin
Prezident İlham Əliyevə zəng etməsi ölkələrarası
münasibətlərin yüksək
səviyyədə olduğunun
göstəricisidir. Bu
bir daha sübuta yetirir ki, regionun gündəliyini
müəyyənləşdirən Azərbaycandır. Cənubi
Qafqazın ən güclü və inkişaf etmiş ölkəsi kimi Azərbaycanın iştirakı
olmadan regionda hər hansı bir layihənin icra edilməsi mümkün deyil".
Bu fikirləri qəzetimizə açıqlamasında
Milli Məclisin deputatı Azər Badamov deyib. Deputat qeyd edib
ki, ABŞ Azərbaycana
və onun regionda tutduğu mövqeyə hörmətlə
yanaşır və dəyərləndirir: "Dövlət
katibi mütəmadi olaraq Prezident İlham Əliyevlə görüşür və
telefon əlaqəsi yaradır. Bu gün Cənubi Qafqazın gündəliyi
Azərbaycanla Ermənistan
arasında münasibətlərin
normallaşması prosesindən
birbaşa asılıdır".
Deputat bildirdi ki, Prezident İlham
Əliyev telefon danışığı zamanı
Ermənistanın işğalı
altında olan 4 kəndin Azərbaycana qaytarılmasını, sərhədlərin
delimitasiya və demarkasiya prosesinə başlanıldığını və sülh danışıqlarının davam
etdirilməsinə razılığın
əldə olunmasını Entoni
Blinkenin diqqətinə
çatdırdı. Müsahibimiz
həmçinin yaxın
günlərdə Azərbaycan
və Ermənistan xarici işlər nazirlərinin Qazaxıstanda
növbəti dəfə
görüşəcəklərini və bu görüşdə
əsas baza prinsipləri üzrə sülh danışıqlarında
razılaşma ehtimalının
böyük olduğunu bildirdi.
Azər Badamov onu da deyib
ki, dövlətimizin başçısı Blinkenə
həm də Azərbaycanla Ermənistan
arasında əldə
edilmiş müsbət
nəticələrə yalnız
birbaşa danışıqlar
müstəvisində nail
olunduğunu xüsusilə
vurğulayıb: "Bu,
prosesə kənar qüvvələr müdaxilə
etməyəcəyi təqdirdə,
Azərbaycanla Ermənistan
arasında yaxın zamanlarda, yəni COP29 beynəlxalq konfransına qədər sülh razılaşmasının ilkin
variantının imzalana
biləcəyi mənasını
verir.
Prezident İlham
Əliyev ölkəmizin
sülh gündəliyinin
bundan sonra da davam etdirilməsi
üçün səylərini
əsirgəməyəcəyini vurğulayıb və Azərbaycanın bu xüsusda qəti siyasi iradəyə malik olduğunu qeyd edib. Dövlətimizin
başçısı bildirib
ki, Azərbaycan regionda hər hansı ayırıcı
xətlər olmadan inteqrasiya olunmuş Cənubi Qafqaz regional əməkdaşlıq
modelinin qurulmasını
dəstəkləyir. ABŞ Dövlət katibi də öz növbəsində Azərbaycanla
Ermənistan arasında
aparılan birbaşa danışıqları və
sülh müqaviləsinin
imzalanması istiqamətində
atılan addımları
dəstəklədiyini ifadə
etdi".
Deputat yekunda vurğulayıb ki, Azərbaycan Cənubi Qafqazda ABŞ-nin əsas tərəfdaşıdır:
"Bu baxımdan dövlət rəhbərliyi
səviyyəsində təmasların
artması ölkələrarası
münasibətlərin daha
da möhkəmlənməsinə
zəmin yaradır. Bu, həm də
regionda sülhün formalaşmasına töhfə
verir".
Nəzrin QAFARZADƏ,
Azərbaycan.-
2024.- 30 aprel, № 87.- S.8.