Sərhədlərin delimitasiyası demarkasiyası iki ölkə arasında sülhə olan inamı artırır

 

 

Azərbaycanla Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsi demarkasiya işləri tərəflərin bir-birinə etibarını artırır, etimad mühiti yaradır. Qazax rayonunun 4 kəndinin Azərbaycana qaytarılması ilə bağlı əldə edilən razılıq sərhəd dirəklərinin basdırılmağa başlanması da sülhə ümidləri artırır.

Bəli, 44 günlük müharibədən sonra sülhə gedən yolda ciddi dönüş yaranıb. Bu uğurlu başlanğıc təhlükəsizliyin təminatı üçün impuls ola bilər. Əslində hadisələrin son kəndlərimizin işğaldan azad olunmasına qədər gəlib çıxması 10 noyabr üçtərəfli Bəyanatından sonra Azərbaycanın həyata keçirdiyi olduqca mürəkkəb çətin hərbi-siyasi diplomatik prosesin son həlqələrindən biri kimi qiymətləndirilməlidir. Qısaca olaraq bu mühüm prosesin ardıcıllığına nəzər salsaq, görəcəyik ki, əgər Laçın yolu, Qırxqız, Fərrux, Sarıbaba əməliyyatlarından keçib, nəhayət 2023-cü il 19-20 sentyabr lokal antiterror əməliyyatına qədər gəlib çıxa bilməsəydik, Qazax rayonunun 4 kəndinin azad olunması ilə bağlı razılığa da gələ bilməzdik. Yəni bu mühüm hadisələrin hər biri vahid strateji kursun ardıcıl həlqələri idi. Azərbaycan qətiyyət siyasi iradə nümayiş etdirərək öz prinsipial mövqeyindən məqsədlərindən bir addım da geri çəkilmir. Nəticədə, sülhə gedən yolda daha bir maneəni aradan götürməklə bu gün şahidlik etdiyimiz ən yeni siyasi reallığı yarada bilib.

Bu gün sərhədlərimizdə delimitasiya demarkasiya prosesinin həyata keçirilməsi barədə razılaşmanın əldə edilməsi, razılaşmadan az sonra nəzərdə tutulanların praktiki həyata keçirilməsinə başlanması sülhə doğru kəskin dönüş kimi qiymətləndirilməlidir. Əldə olunan razılaşmanın uğurla davam etməsi göstərir ki, bir sıra problemlərin həllində razılığa gəlmək mümkündür. Məsələ ondadır ki, razılaşmaya əsasən, Ermənistan-Azərbaycan sərhədinin ən çətin hissələrinin birində delimitasiya demarkasiya eyni vaxtda həyata keçirilir. Bu prosesin sərhədlərin tam müəyyənləşdirilməsi, sərhəd mühafizə məntəqələrinin yaradılması, hər iki ölkənin sərhəd qoşun hissələrinin əraziyə yerləşdirilməsi ilə başa çatması nəzərdə tutulur. Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda deyib: "Biz məsələnin (sülh sazişinin imzalanması - red.) həllinə heç vaxt olmadığı qədər yaxınıq. Biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt biz baza prinsipləri üzərində belə razılığa gələ bilmirdik".

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasına işgüzar səfəri zamanı bu ölkənin Kansleri Olaf Şoltsla birgə keçirdiyi mətbuat konfransında deyib: "Bu gün isə artıq Azərbaycanla Ermənistan arasında gedən proses nəticəsində sərhədlərin delimitasiyası hətta demarkasiyası prosesi başlamışdır. 1990-cı 1992-ci illərdə işğal edilmiş 4 Azərbaycan kəndi bizə qaytarılır. Onu da bildirməliyəm ki, Azərbaycanda yerləşmiş Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi öz fəaliyyətini bu gün səhər dayandırmışdır, buna artıq ehtiyac duyulmur. Yəni sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var. Bütün bu işdə bizə kömək etmək istəyən ölkələrlə əməkdaşlıq etməyə hazırıq. Ümid edirik ki, çox vaxt keçmədən bu istiqamətdə müsbət addımlar atılacaq. Biz Almaniyanın bu sahədəki dəstəyini xüsusilə qiymətləndiririk buna görə Sizə minnətdarıq".

Dövlətimizin başçısı ABŞ Dövlət katibi Entoni Blinkenlə telefon danışığında da Azərbaycanla Ermənistanın delimitasıya komissiyası tərəfindən əldə olunmuş razılaşmanın ikitərəfli əsasda aparılmış dialoq qarşılıqlı anlaşma şəraitində keçirilmiş müzakirələrin nəticəsi olduğunu qeyd edib. Azərbaycan Prezidenti delimitasiya prosesinin ardınca iki ölkənin sərhədində artıq demarkasiya işlərinin başlanmasının da müsbət bir addım olduğunu vurğulayıb. Cənab İlham Əliyev sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi üçün Qazaxıstan tərəfinin təklifinə uyğun olaraq tezliklə Azərbaycan Ermənistan xarici işlər nazirlərinin Almatıda görüşəcəklərini bildirib. Sülh müqaviləsinin onun əsasını təşkil edən 5 prinsipin təşəbbüskarının Azərbaycan olduğunu xatırladan Prezident ölkəmizin sülh gündəliyinin bundan sonra da davam etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb Azərbaycanın bu xüsusda qəti siyasi iradəyə malik olduğunu qeyd edib. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan regionda hər hansı ayırıcı xətlər olmadan inteqrasiya olunmuş Cənubi Qafqaz regional əməkdaşlıq modelinin qurulmasını dəstəkləyir.

Hadisələrin gedişi deməyə əsas verir ki, Ermənistan kənar təzyiqlərdən xilas ola bilərsə, ən azı prinsipial məsələlərlə bağlı razılığa gəlmək mümkündür. Təəssüf ki, iki ölkə arasında sülhün davamlı sabitliyin yaranmasına beynəlxalq erməni lobbisinin Fransanın qısqanclıqla yanaşmalarını hələlik inkar etmək mümkün deyil. Halbuki tərəflər arsında sülh müqaviləsinin imzalanması bu gün hərtərəfli böhran yaşayan Ermənistan üçün daha vacibdir.

 

Azərbaycan.-2024.- 30 aprel, № 87.- S.8.