Füzuli şəhəri daha 153 sakinini qarşıladı
"Müharibədən cəmi üç il yarım vaxt
keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına
qayıdıb və bu proses davam
etdirilir. Bu ilin sonuna qədər
20 min köçkün
qayıdacaq və hər qayıdan insan Azərbaycan Ordusuna, Azərbaycan rəhbərliyinə minnətdarlıq
hissi ilə qayıdır, şəhidlərə
Allahdan rəhmət diləmək sözləri
ilə qayıdır".
Bu fikirləri Prezident İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts
ilə birgə mətbuat konfransında deyib. Dövlət başçısı bu gün torpaqlarımızın
bərpa edilməsinin
ümumxalq məsələsi
olduğunu vurğulayıb.
Prezidentin də
qeyd etdiyi kimi, işğaldan azad olunmuş ərazilərimiz sürətlə
bərpa olunur, geniş tikinti-quruculuq işləri aparılır.
Bunun nəticəsi olaraq 2022-ci ilin iyul ayından etibarən keçmiş məcburi köçkünlər
yurdlarına qovuşurlar.
Elə bir ay, həftə yoxdur ki, qayıdış
köçünün şahidi
olmayaq. Uzun illərdir əzəli yurd yerlərinə həsrət qalan vətəndaşlarımız mərhələli olaraq torpaqlarına qovuşurlar.
Dünən Füzuli
şəhərinə daha
39 ailə - 153 nəfər
köçürülüb. Bakı və Sumqayıt şəhərlərindən,
Abşeron rayonundan köçürülən 33 ailə
(131 nəfər) paytaxtın
Qaradağ rayonundan yola salınıb. Yevlax şəhərində,
Füzuli və Şamaxı rayonlarında
məskunlaşmış 6 ailə (22 nəfər) məskunlaşdıqları ərazidən
yola salınaraq və Füzuli rayonunun Əhmədbəyli
kəndində köç
karvanına qoşulublar.
Bununla da Füzuli şəhərinə
köçürülən ailələrin sayı
822-yə, sakinlərin sayı
isə 3132 nəfərə
çatıb.
İşğaldan azad
olunan ərazilərin
bərpası və keçmiş məcburi köçkünlərin bu
torpaqlarda daimi məskunlaşması üçün
bütün tədbirlər
görülür. Şəhərdə
müasir həyat şəraitinin təmin edilməsi üçün
orta və azmərtəbəli yaşayış
binaları, həyətyanı
torpaq sahələri olan fərdi evlər inşa edilir, təhsil, səhiyyə, mədəniyyət
və istehsalat müəssisələri yaradılır.
2040-cı ilədək Füzuli
şəhərinin inzibati
ərazisinin 1943 hektara,
əhalisinin 50 min nəfərə çatdırılması
nəzərdə tutulur.
Baş plana əsasən, təxminən
22,5 hektar ərazidə
Mərkəzi park yaradılacaq. Parkda istirahət zonaları, botanika bağı, sıx meşə zonası, piknik və idman meydançaları,
"Poeziya" meydanı,
amfiteatr, kafe-restoranlar
və s. fəaliyyət
göstərəcək. Şəhərdə
müayinə və müalicənin yüksək
səviyyədə aparılması
üçün ən
müasir tibbi avadanlıqla təchiz ediləcək Füzuli Rayon Mərkəzi Xəstəxanası inşa
olunacaq.
İşğaldan azad
edilmiş ərazilərimizə
indiyədək 1704 ailə
- 6685 nəfər olmaqla,
175 ailə (871 nəfər)
Zəngilan rayonunun Ağalı kəndinə,
20 ailə (90 nəfər)
Tərtər rayonunun Talış kəndinə,
472 ailə (1773 nəfər)
Laçın şəhərinə,
822 ailə (3132 nəfər)
Füzuli şəhərinə,
215 ailə (819 nəfər)
Laçın rayonunun
Zabux kəndinə qayıdıb.
Böyük qayıdış
çərçivəsində azadlığa qovuşmuş
ərazilərin əzəli
sahibləri torpaqlarına
dönəcək, daha
beş şəhərə
- Şuşa, Cəbrayıl,
Kəlbəcər, Xankəndi
və Xocalıya qayıdış baş tutacaq. 2025-ci ildə isə Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə keçmiş
məcburi köçkünlərin
qayıtması nəzərdə
tutulur. Daha sonra Laçın rayonunun Sus kəndinə,
Xocalı rayonunun Kərkicahan, Malıbəyli,
Turşsu kəndlərinin
də bərpasına
start veriləcək.
Düşməndən azad etdiyimiz ərazilərimizin tam məskunlaşmasına, keçmiş
məcburi köçkünlərin
yurd həsrətinin bitməsinə az qalıb. Artıq
2026-cı ilin sonunda Böyük qayıdışın
birinci mərhələsi
bitəcək. O zamana
qədər Qarabağ
və Şərqi Zəngəzurda 140 min nəfərin - 34 min 500 ailənin dədə-baba torpaqlarında daimi məskunlaşması təmin
ediləcək. Düşmənin
viran qoyduğu şəhər və kəndlərimiz yenidən
qurulduqca uzun illərdir nisgil çəkən, əsarət
altında qalmış
yurdlarına qovuşmaq
arzusu ilə yaşayan yüz minlərlə vətəndaşımız
əzəli torpaqlarına
qovuşacaqlar.
Ülkər XASPOLADOVA,
Azərbaycan.-2024.-
30 aprel, № 87.- S.9.