Revanşistlər
çevriliş planı
hazırlayırlar
Kütləvi etiraz dalğası paytaxt İrəvan da daxil olmaqla,
bütün ölkə
ərazisinə yayılıb
Son günlərdə
Hayastanda narazılıq
və qarşıdurma
hallarının daha da artması, müxalifətlə hakimiyyət
arasında ziddiyyətlərin
bir qədər də kəskinləşməsi
müşahidə olunur.
Müxalifət təşkil
etdiyi aksiyalarla baş nazir Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağı
hədəfləyir. Azərbaycanla
sərhəd bölgəsində
delimitasiya və demarkasiya prosesinin başlanılmasına Hayastanda
müsbət yanaşanlar
çoxluq təşkil
etsə də, keçmiş hərbi xunta təmsilçiləri
buna qarşı çıxır, onu əngəlləməyə cəhd
edirlər. Tavuş bölgəsində başlayan
kütləvi etiraz dalğası paytaxt İrəvan da daxil olmaqla, bütün ölkə ərazisinə yayılıb.
Müxalifətçilər etirazlarına səbəb
kimi hakimiyyətin yürütdüyü uğursuz
siyasəti göstərirlər.
Onlar baş nazirin xarici siyasətinin ölkəni
uçuruma sürüklədiyini,
xalqı dövlətçiliyin
itirilməsi ilə üz-üzə qoyduğunu
iddia edirlər. Erməni radikallar Ermənistanın
daxili və dövlətlərarası magistral
yollarını bloklamağa
çalışırlar.
Proseslər göstərir
ki, keçmiş hərbi xunta yaranmış vəziyyətdən
istifadə edərək
ölkədəki xaosu
daha da dərinləşdirməyə
çalışır. Bununla
da sabiqlər yenidən hakimiyyət başına qayıtmağı
düşünürlər. Əsas niyyət son günlərdə daha da alovlanan
etirazlar nəticəsində
hakimiyyətə qarşı
müqavimət və
itaətsizlik təşkil
etmək, bununla xaotik durumun yaradılmasına nail olmaqdır. Bundan sonra güc yolu ilə olsa
belə, hakimiyyəti
qəsb etməkdir.
Paşinyan hakimiyyəti
bəyan edib ki, sərhədlərin delimitasiyası Hayastanın
təhlükəsizliyinin təmin
edilməsinin yeganə
çıxış yoludur.
Buna qarşı çıxan erməni radikallar isə hazırda Ermənistanı
növbəti dağıdıcı
müharibə təhlükəsi
ilə üzləşdirməyə
cəhd göstərirlər.
Çünki sərhədlərin
delimitasiyasından imtina
məhz növbəti
müharibəyə legitim
səbəblər yaratmaq
deməkdir. Onlar kütləvi etiraz aksiyaları ilə Paşinyan hakimiyyətinə
təzyiq göstərərək,
sərhədlərin delimitasiya
prosesinin dayandırılmasını
tələb ediblər.
Halbuki, indiki situasiyada kütləvi etiraz aksiyaları heç nəyi dəyişə bilməz.
Erməni radikallar hələ ötən əsrin 90-cı illərində
olduğu kimi, kütləvi etiraz aksiyaları ilə öz hədəflərinə
çata biləcəklərinə
ümid bəsləyirlər.
"4rd.am" nəşri isə yazıb ki, Hayastanda yeni milli hökumətin
formalaşdırılması anı çoxdan yetişib və bu məsələdə cəmiyyətin əksəriyyəti
arasında konsensus formalaşıb. Nəşr
qeyd edib ki, bunu həm
müxtəlif mərkəzlər
tərəfindən dərc
edilən sorğular, araşdırmalar, həm də ictimai rəylər sübut edir. Müxtəlif sorğular göstərir ki, insanların 60 faizdən çoxu ölkəyə rəhbərlik
edən yeni siyasi qüvvə görmək istəyir. Məlumata görə, son vaxtlar daxili
siyasi sahədə diqqətəlayiq "sualtı"
proseslər gedir:
"Mənbələrimiz bildirir
ki, müxtəlif siyasi qüvvələr və xadimlər arasında demək olar ki, hər
gün müxtəlif
platformalarda hələlik
açıqlanmayan görüşlər
keçirilir. Həmin
görüşlərin əsas
mövzusu, belə demək mümkündürsə,
"üçüncü qüvvə"nin yaradılması
yoluyla ölkəni məhvə aparan hakimiyyətdən bir an öncə qurtulmaq məqsədilə
resursların birləşdirilməsinin
zəruriliyidir".
Bütün bunların
fonunda erməni kilsəsinin Paşinyan hakimiyyətinə qarşı
kütləvi etiraz aksiyalarında əsas siyasi-ideoloji mərkəz rolunu öz üzərinə götürməsi
də diqqətçəkən
məqamlardan biridir. Kilsə xalqı Paşinyan hakimiyyətini devirməyə çağırır.
Bəzi məlumatlara görə, erməni katalikos son vaxtlar
davamlı olaraq, keşişlərə əhalinin
kütləvi etiraz aksiyalarına qoşulmasını
təmin etmək barədə təlimatlar verib.
Beləliklə, müxalifət
İrəvanda etirazlara
başlayacağını bəyan
etməklə bu yoldan dönməyəcəklərini
bildirir. Paşinyan isə ona qarşı yönəlmiş təhdidləri
güc yolu ilə aradan qaldırmağı düşünür.
Bu isə o deməkdir ki, Hayastanda qarşıdakı
dövrdə qanlı
günlər yaşana
bilər.
Elçin
CƏFƏROV,
Azərbaycan.-2024.-
30 aprel, № 87.- S.9.