İqlim dəyişikliyi üzündən yaranan quraqlıq torpağa yeni yanaşma tələb edir

 

 

Yevlaxda "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində bu məsələ ilə bağlı respublika müşavirəsi keçirilib

 

 

 

Yevlaxda qələbəlik idi. Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyi, "Azərşəkər" MMC, "Gilan Pivot" MMC-nin birgə təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində "İqlim dəyişikliyinə adaptasiya edən torpaq resurs qoruyucu yeni texnologiyaların nümayişi" mövzusunda respublika müşavirəsi keçirilirdi.

Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, Yevlax Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Xaliq Əliyev, əlaqədar dövlət qurumlarının nümayəndələri, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şirkətlərin rəhbərləri fermerlər, ümumilikdə 500-ə yaxın qonağın iştirak etdiyi müşavirənin keçirilməsində əsas məqsəd son dövrlər dünyada baş verən qlobal istiləşmənin kənd təsərrüfatına mənfi təsirlərinin azaldılması baxımından iqlim dəyişikliyinə adaptasiya edən nəmlik qoruyucu texnologiyaların innovativ yeniliklərin ölkə ərazisində geniş tətbiq edilməsi, ətraf mühitin qorunması, quraqlıqdan əziyyət çəkən bölgələrdə fəaliyyət göstərən fermerlərin bilik bacarıqlarının artırılması, həmçinin iri fermer təsərrüfatları aqroparklar tərəfindən bu sahədə əldə edilmiş təcrübələrin bölüşdürülməsi idi.

Tədbiri giriş sözü ilə açan Sarvan Cəfərov bildirdi ki, son illərdə Azərbaycanda qeyri-neft sektoruna göstərilən yüksək diqqət nəticəsində iqtisadiyyatın aparıcı sahələrindən olan aqrar sektorda keyfiyyətcə yeni inkişaf mərhələsinə keçid üçün əsaslı zəmin yaranıb ölkənin ərzaq təhlükəsizliyinin etibarlı şəkildə təmin edilməsi prosesində mühüm addımlar atılıb. Nazir müavini qeyd etdi ki, Prezident İlham Əliyevin kənd təsərrüfatı məhsulları istehsalının artırılması, məhsul istehsalçılarına dövlət dəstəyinin verilməsi ilə bağlı imzaladığı sərəncam verdiyi tapşırıqlar aqrar sektorda istehsal göstəricilərinin davamlı olaraq yüksəldilməsini stimullaşdırmaqla innovativ texnologiyaların tətbiqi imkanlarını genişləndirib. Azərbaycanın bu il BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) evsahibliyi edəcəyini xatırladan S.Cəfərov əlavə etdi ki, bu mötəbər tədbirin ölkədə aqrar ekoloji siyasətin qabaqcıl beynəlxalq təcrübəyə, texnoloji mübadilə innovasiyalara uyğunlaşdırılmasında mühüm rolu olacaq: "Bu istiqamətdə innovativ yanaşmaların alətlərin istifadəsi ətraf mühitin qorunması ilə yanaşı, kənd təsərrüfatının davamlılığına, ekoloji təmiz ərzaqla təminatına, habelə kənd yerlərində rifahın artmasına töhfə verəcək".

Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov isə dedi ki, aqrar sahədə tətbiq olunan yeniliklər, innovativ texnikalardan geniş istifadə məhsuldarlığı dəfələrlə artırır, torpaq su resurslarından daha səmərəli istifadə olunur, məhsulun maya dəyəri azalır, fermerlər daha çox gəlir əldə edirlər, məhz bu səbəbdən fermerlərin innovativ kənd təsərrüfatı texnikalarına marağı artır. Tədbir iştirakçılarının diqqətinə çatdırdı ki, fermerlərimizin bu imkanlardan geniş yararlanaraq innovativ kənd təsərrüfatı texnikalarından geniş istifadə etməsi Azərbaycanda aqrar sahənin inkişafına öz töhfəsini vermiş olacaq.

"Azərşəkər" MMC-nin idarə Heyətinin sədri Anar Mehdiyev "Mzuri" texnologiyasının üstünlükləri barədə məlumat verdi. Bildirdi ki, "Mzuri"nin üstün cəhəti 4 prosesi (dərin yumşaltma, dərinlik boyu gübrə emalı, müxtəlif çeşidli toxumların dəqiq səpini bərkidici çarxlarla toxumların basdırılması) eyni vaxtda yerinə yetirməsidir. Bu texnikanın istifadəsinin əsas məqsədi suya yanacağa qənaət, torpağın münbit qatının qorunub saxlanılması havaya buraxılan zəhərli qazların təsirinin aradan qaldırılmasıdır. "Gilan Pivot" MMC-nin baş direktoru Ruslan Ələskərov isə kənd təsərrüfatı sahəsində "Dragon-Line" texnologiyasının tətbiq edilməsinin əhəmiyyətindən danışdı. Diqqətə çatdırıldı ki, "Dragon-Line" pivot damcılı suvarma sisteminin sintezi olan yeni nəsil hibrid suvarma sistemidir. Bu suvarma sistemindən istifadə suya elektrik enerjisinə 20-50 faizə qədər qənaət edir, torpağın kipləşməsini, qaysaqlamasını suyun səthi axınlarını azaldır, ani temperatur dəyişikliklərində bitki şokunun qarşısını alır.

Kənd təsərrüfatı sahəsində tətbiq olunan innovativ texnologiyalar, texnikalar, müasir suvarma sistemləri, orqanik gübrələr biopreparatların nümayiş etdirildiyi müşavirənin sonunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

Lazım QULİYEV,

Azərbaycan.-2024.- 30 aprel, № 87.- S.10.