Oğuz sakininin kreativ əl işi - dağ ətəyində kiçikayı mağarası

 

 

İxtisasca ilahiyyatçı olan Bakıxan Abdullayevin beş aya ərsəyə gətirdiyi ayı başı formasında olan sığınacaq son günlər sosial şəbəkələrdə ən çox maraqla qarşılanan müzakirə olunan mövzulardandır.

Böyük Qafqaz sıra dağlarının cənub yamacında yerləşən Oğuzun Baş Daşağıl kəndi Şahdağ Milli Parkının şimal-qərb bölgəsində son nöqtəsi hesab edilir. Hər tərəfi dağlarla əhatə olunan bu əsrarəngiz kəndin füsunkar təbiəti var. İnsanları da zəhmətkeş yaradıcıdır. Elə kənd sakini Bakıxan Abdullayevin əl işi bunu sübut edir. AZƏRTAC-ın əməkdaşının Bakıxan Abdullayevin əl işi barədə hazırladığı reportajı təqdim edirik.

İxtisasca ilahiyyatçı olan Bakıxan Abdullayevin əsas hobbisi arıçılıq təbiət qoynunda gəzib dolaşmaqdır. Özünün dediyi kimi, doğulub boya-başa çatdığı kənddə elə dağ-dərə, yaylaq, qayalıq yoxdur ki, ora Bakıxanın ayağı dəyməsin. O, əvvəllər kəndin müxtəlif məkanlarında özü üçün maraqlı əl işləri hazırlayıb. Lakin indiyədək kimsənin bilməsini istəməyib. Son vaxtlar isə əl işlərini sosial şəbəkələrdə paylaşmaqla insanlara örnək olmaq istəyir. Baş Daşağıl kəndinin bir neçə kilometrliyində, dağın ətəyində hazırladığı son əl işi isə çoxlarının marağına səbəb olub.

Bakıxanla əvvəldən razılaşdığımız kimi, kəndin girişində görüşüb yol alırıq onun xəyal dünyasına, yəni əl işini hazırladığı məkana. Ətraf yamyaşıldır, dağlarla əhatələnib. Burada ancaq quşların səsini çayın şırıltısını eşidirsən. Bu mənzərəni seyr edəndən sonra anlayırsan ki, Bakıxan üçün bu əraziləri seçib. O, hazırladığı əl işini bizə göstərə-göstərə deyir: “Mən sakit təbiətdə vaxt keçirməyi, təbiətdə özümlə baş-başa qalmağı xoşlayıram. Bu, bir növ mənim hobbim, əyləncəmdir, istirahət tərzim budur”.

Quşlar nəğmə oxuyur, yaxınlıqdakı dərə çayının şırıltısı insanın könlünü oxşayır. Uzaqdan uşaq səsləri gəlir. Öyrənirik ki, Baş Daşağıl kənd tam orta məktəbinin bir qrup müəllim şagirdi Bakıxanın əl işinə tamaşa etmək üçün buraya gəlir. Onlarla tanış oluruq. Qrupa rəhbərlik edən elə Bakıxanın sinif müəllimi Lətafət xanımdır.

İxtisasca biologiya müəllimi olan Lətafət Məmmədəliyeva Bakıxanın əl işlərini bu gün arxivində saxlayırmış. “Bakıxan mənim sevimli şagirdlərimdən olub. Dərs dediyim vaxtlar onun gözəl əl işləri, rəsmləri olurdu. Uzun müddətdir məktəbi qurtarmasına baxmayaraq, həmin əl işlərini saxlayıram. Sosial şəbəklərdə bu ayı başını görəndə çox təəccübləndim. Maraqlandım, məlum oldu ki, elə öz şagirdimin əl işidir dərhal ona yazdım: “Sənin kimi bir şagirdim olduğuna görə fəxr edirəm”.

Lətafət müəllim sözlərinə onu da əlavə edir ki, əgər Bakıxan bu kimi yeni layihələr həyata keçirsə, öz sinifi ilə onun yanında olacaq bu işdə keçmiş şagirdinə lazımi kömək göstərəcək.

Şagird müəlimlər Bakıxanla xeyli söhbət edir, ona gördüyü işlə bağlı maraqlı suallar ünvanlayırlar. O suallardan biri məni maraqlandırırdı: Niyə, məhz ayı?

Biz Qafqaz dağlarında yaşayırıq. Bizim meşələrdə bir çox heyvan var. Amma ən yırtıcısı ayıdır. Ayılar burada çoxdur. Bizim meşələrin iki simvolu varsa, biri dağ keçisi, digəri ayıdır”, - deyə Bakıxan cavab verir.

Meşə dağ yamacında sınıb qalan ağac kötükdən hazırladığı oturacaq insanı keçmişə aparır. Bu arada, Bakıxanın dərə suyundan dəmlədiyi çayın da tamam başqa bir ləzzəti var.

Bu sadə yaradıcı kənd adamı ilə söhbətdən o da bəlli olur ki, onun xeyli planı var. Yaşadığı kənd həm Şahdağ Milli Parkının son nöqtəsi olduğundan bu ərazilərə ilin hər fəsilində xeyli turist gəlir. Bunu nəzərə alan Bakıxanın onlar üçün maraqlı ideyaları var. Deyir ki, qarşıdakı aylarda bu istiqamətdə fəaliyyətini genişləndirəcək.

Təbiət vurğunu, sadə kənd adamına uğur diləyib Baş Daşağıl yaylasından ayrılırıq. İnanırıq ki, onun daha maraqlı, kreativ əl işlərinə tez-tez rast gələcəyik. Çünki turizm mövsümü başlayır insanların təbiət qoynunda belə əl işlərinə marağı böyükdür.

 

Azərbaycan.- 2024.- 30 aprel, ¹ 87.- S.10.