"Sən
məğrursan, sən
qalibsən, Azərbaycan
əsgəri!"
İkinci Qarabağ
müharibəsində Azərbaycan
Ordusunun, əsgərinin
torpaqlarımızın azadlığı
uğrunda gedən döyüşlərdə göstərdiyi
igidlik, qəhrəmanlıq
və qazandığı
zəfər ovqatımıza
ovqat qatdı. Hamımızı ürəkdən
sevindirdi, qəlbimizdə
sevinc yaratdı. Müharibədə qazanılan
zəfər xalqımıza
fərəh və qürur dolu sabahlar yaşatdı.
Müharibənin elə
ilk günlərindən,
ilk saatlarından bütün cəbhəboyu
üstünlüyü ələ
alan ordumuzun hissələri erməni qəsbkarlarını ağır
məğlubiyyətə uğrada-uğrada
torpaqlarımızı işğaldan
azad etməyə başladılar. Torpaq qeyrəti, Vətən təəssübu çəkən
hərbçilərimiz dəqiq
atəş zərbələri
ilə düşmənin
həm zirehli, həm də canlı qüvvəsini məhv edərək yağılara sarsıdıcı
zərbələr vurdular.
Ermənilər ordumuzun
güclü əks-hücumları
qarşısında duruş
gətirə bilməyərək
mövqelərindən geri
qaçmağa məcbur
oldular. İşğalçılar
silah-sursatlarını, döyüş
texnikalarını, yaralılarını,
meyitlərini, hətta
papaq və dəbilqələrini belə
səngərlərdə qoyub
qaçırdılar.
Bütün bunlar
onu göstərirdi ki, düşmən gücsüzdür, zəifdir,
məğlub olmağa
məhkumdur. İlk günlərdən qazanılan
uğurlar, zəfərlər
bir daha aydın şəkildə
göstərirdi ki, Qarabağ uğrunda başlanan döyüşlər
mütləq və mütləq Azərbaycan Ordusunun qələbəsi
ilə başa çatacaqdır. Erməni
işğalçıları Azərbaycan əsgərinin
qarşısında məğlub
olacaq, diz çökəcəkdi! Elə
belə də oldu. Əlbəttə, bu, Azərbaycan əsgərinin qəhrəmanlığının,
igidliyinin hesabına başa gəldi!
İşğaldan azad
olunmuş torpaqlarda dalğalanan bayrağımız
Beləliklə, kəndlərimiz,
şəhərlərimiz, strateji
yüksəkliklərimiz bir-birinin
ardınca erməni qəsbkarlarından azad olundu. İnsanlarımız
kimi, qəsbkarlardan azad edilən torpaqlarımızın da
sanki üzü gülürdü. Hər gün cəbhədən verilən xəbərlərdə
yurdumuzun azadlığı
uğrunda vuruşan zabit və əsgərlərimizin
yeni-yeni uğurlarını,
zəfərlərini eşidirdik.
Ürəyimizdə qövr
edən arzularımız
da yavaş-yavaş boy verib ucalırdı.
Azərbaycan Ordusunun
zabit və əsgərləri Qarabağ
uğrunda gedən döyüşlərin ilk
günlərindən yenilməz
hünər və rəşadət göstərərək
böyük strateji əhəmiyyətə malik
olan Tərtər rayonunun Madagiz - Suqovuşan, Talış və başqa kəndlərini, Cəbrayılın
bir neçə yaşayış məntəqəsini erməni işğalçılarından azad etdilər. Bir-birinin ardınca gələn bu böyük qələbə
müjdələri ordumuzun
gücünün, qüdrətinin
necə də yüksək olduğunu göstərdi. Xalqın ordusuna, onun sıralarında xidmət
edən cəsur zabit və əsgərlərinə
inamı, sevgisi daha da artdı.
İşğaldan azad
etdikdən sonra döyüşçülərimiz uğrunda vuruşduqları
Suqovuşan, Talış
və başqa kəndlərdə üçrəngli
bayrağımızı ən
yüksək zirvədə
dalğalandırdılar. Bunlar
çox qürurverici
anlar idi. Şərəf dolu bu anları aylarla gözləmişdik,
bu anların həsrətini illərlə
çəkmişdik. İndi
budur, yaşadığımız
gözəl anlara qovuşmuşuq.
Gün gələcək
ki...
Cəbhənin bütün
istiqamətlərində ordumuzun
hissələri bir-birindən
uğurlu döyüş
əməliyyatları həyata
keçirirdi. Demək
olar ki, hər gün Füzuli və Cəbrayıl bölgələrindən
ovqatımızı yüksəldən
şad xəbərlər
eşidirdik. Oktyabrın
4-də xalqımız Azərbaycan
Ordusunun daha bir möhtəşəm uğurunu, daha bir yaddaqalan zəfərinin müjdəsini
aldı. Döyüşlərdə
böyük igidlik göstərən zabit və əsgərlərimiz
Cəbrayıl rayonunun
mərkəzini və
bir neçə kəndini erməni işğalçılarından azad etdilər. Hərbçilərimiz böyük
coşqu və sevinclə bayrağımızı
rayonun mərkəzində
qaldırdılar. Azərbaycan
Ordusu müharibənin
elə ilk günlərindən uğurları,
zəfərləri ilə
qəhrəmanlıq tariximizə
yeni səhifələr
yazdı. Şükürlər
ki, bu zəfərlər
davamlı oldu. Azərbaycan əsgəri erməni qəsbkarlarının
başını əzə-əzə,
döyüş texnikalarını
vura-vura ayaq saxlamadan irəli getdi.
Azərbaycan əsgəri,
düşməni məhv
edə-edə silahı,
döyüş texnikası
ilə qəhrəmanlıq
tariximizə yeni-yeni parlaq səhifələr yazdı. İşğalda
qalmış bütün
tarixi ərazilərimizi
azad etdi! Xalqımızın bütün
bunların qarşısında
vurğusu bu oldu: "Sən məğrursan, sən qalibsən, Azərbaycan əsgəri!"
Vahid
MƏHƏRRƏMOV,
Azərbaycan.-2024.-
30 aprel, № 87.- S.11.