Şəmkirdə
Milli Qəhrəmanın
xatirəsi anılıb
Şəmkirin Kür
qəsəbəsində Azərbaycanın
Milli Qəhrəmanı
İsgəndər Aznaurovun
xatirəsinə həsr
olunan anım tədbiri keçirilmişdir.
Tədbirdə Şəmkir
Rayon İcra Hakimiyyətinin, rayon təhsil sektorunun əməkdaşları, şəhid
ailələri, qazilər,
Milli Qəhrəmanın
döyüş yoldaşları,
qəsəbə sakinləri
iştirak etmişlər.
Əvvəlcə mərasim
iştirakçıları Azərbaycanın ərazi
bütövlüyü və
suverenliyi uğrunda həlak olan şəhidlərimizin xatirəsini
birdəqiqəlik sükutla
yad etmişlər. Sonra anım tədbirində çıxış
edənlər İsgəndər
Aznaurovun həyat və döyüş yolu barədə söhbət açmış
və diqqətə çatdırmışlar ki,
İsgəndər Aznaurov
1956-cı il avqustun
16-da Özbəkistan Respublikasının
Buxara vilayətində
anadan olub. 1980-ci illərin sonlarında Fərqanədə milli zəmində baş verən məlum hadisələrdən sonra
bir çox ahıska türk ailəsi kimi onların ailəsi də Azərbaycana pənah gətirmiş və Şəmkir rayonunun Kür qəsəbəsində məskunlaşmışdır.
1992-ci ildən Azərbaycan
Ordusunda könüllü
olaraq zabit kimi xidmət edən İsgəndər
Aznaurov Gədəbəy
rayonunun Şınıx
bölgəsində erməni
quldur dəstələrinə
qarşı mərdliklə
vuruşmuş, Mutludərə,
Ər dağı, Ləzgi daşı və digər strateji yüksəkliklərdə
şəxsi şücaət
nümunələri göstərmişdir.
1993-cü ilin baharında
şəhid olan İsgəndər Aznaurova
Ulu Öndər Heydər Əliyevin fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri
adı verilmişdir. Onun adının əbədiləşdirilməsi məqsədilə küçə
və məktəbə
adı qoyulub. Vaxtilə döyüşdüyü
səngər bu gün "İsgəndər
qalası" adlanır.
Sonra Milli Qəhrəmanın qəsəbədə
ucaldılmış büstü
ziyarət edilmiş, önünə gül dəstələri qoyulmuşdur.
Sabir
ƏLİYEV,
Azərbaycan.-2024.-
30 aprel, № 87.- S.11.