"Azərbaycan
Respublikasının Hökuməti
və "ACWA Power Azerbaijan
Renewable Energy" Məhdud
Məsuliyyətli Cəmiyyəti
arasında "Dəyişikliklər
edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi"nin təsdiq
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"Qoyuluş gücü
240 MVt olan külək-elektrik stansiyasının
tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsinə dair
əlavə tədbirlər
haqqında" Azərbaycan
Respublikası Prezidentinin
2024-cü il 20 fevral tarixli 12 nömrəli Sərəncamının icrası
ilə əlaqədar
qərara alıram:
1. 2024-cü il 29 fevral
tarixində imzalanmış
"Azərbaycan Respublikası
Hökuməti və
"ACWA Power Azerbaijan Renewable
Energy" Məhdud Məsuliyyətli
Cəmiyyəti arasında
"Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi" təsdiq
edilsin.
2. Bu Sərəncam
imzalandığı gündən
qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
27 aprel 2024-cü il
Azərbaycan.-
2024.- 28 aprel, ¹ 86.- S.2.