Paşinyanla
revanşistlərin yeni
qarşıdurması başlanır
Keçmiş
hərbi xunta Moskvadan yardım umur
Ermənistanda Nikol
Paşinyan hakimiyyətinin
siyasətinə qarşı
çıxan sabiq iqtidar təmsilçiləri
ölkədə yeni qarşıdurma, növbəti
xaos yaratmaq istəyirlər. Belə ki, baş nazirin
Azərbaycanla sülh
müqaviləsinin imzalanması
ilə bağlı açıqlamalarından
sonra sosial narazılıqlardan istifadə
edən Sarkisyan-Koçaryan
koalisiyasının revanş
istəyi vəziyyətin
daha da qarışacağını
göstərir.
Bu fonda "Hraparak" nəşri yazıb ki, Ermənistanın keçmiş
prezidenti Serj Sarkisyan aktiv şəkildə siyasətə
qayıtmağa hazırlaşır.
Qeyd edilir ki, Sarkisyan aktiv
şəkildə siyasi
təmaslar yaradır:
"Bəziləri onun
qarşıdakı siyasi
proseslərdə daha da aktivləşəcəyini
deyir, bəziləri isə bundan təəccüblənmədiyini, onun daim aktiv
olduğunu bildirir. Lakin dünən əldə etdiyimiz məlumata görə, Sarkisyanın Rusiyaya qısamüddətli səfəri
olub. O, Moskvada yaşayan bir qrup biznesmen erməni ilə görüşüb. Qarşıdan
gələn fövqəladə
siyasi prosesləri və mümkün aktivləşməsi ilə
bağlı onların
əhvali-ruhiyyəsini yoxlayıb.
Sarkisyanın yeni simalar irəli sürəcəyi də gözlənilir".
Göründüyü kimi, Sarkisyan hakimiyyətə gəlmək
üçün xaricdən,
indiki halda Rusiyadan da yardım
alacağına ümid
bəsləyir.
Ermənistan Prokurorluğu
isə Serj Sarkisyanın qardaşı
Aleksandr Sarkisyana aid 14 ədəd daşınmaz əmlakın
və 3,5 milyard dramın (9 milyon ABŞ dolları - red.) müsadirə olunmasını
tələb edir. Prokurorluq xüsusən Tumanyan küçəsində
3 mərtəbəli malikanəni
və İrəvanın
mərkəzində daha
3 evi bu məqsədlə seçmək
niyyətindədir. Hüquq-mühafizə
orqanları Kotayk vilayətində Sarkisyanın
və onun ailə üzvlərinin daha 10 ədəd daşınmaz əmlakını
müsadirə etmək
istəyir. Prokurorluq bu ailəyə aid 4 nəqliyyat vasitəsini, 3 şirkətin
əmlakını (Kotaykdakı
hotel də daxil olmaqla) dövlətin xeyrinə müsadirə etmək niyyətindədir. Bütün
bu əmlaklara həbs qoyulub.
"4rd.am" nəşri isə yazır ki, Ermənistanda hakimiyyət çevrilişi
istisna olunmur: "Məlumata görə, danışıqlar prosesi
ilə paralel olaraq müxtəlif platformalarda başqa diqqətçəkən müzakirələr
də aparılır.
Diplomatik mənbələrdən
alınan məlumatlara
görə, mümkün
Ermənistan-Azərbaycan razılaşmasının
maraqlı mərkəzləri,
xüsusən də Qərb sənədin imzalanmasından sonra Nikol Paşinyanın hakimiyyətdə qalması
məsələsinin çox
ciddi problemə çevrilə biləcəyini
anlayaraq, bu günlərdə alternativ,
"ehtiyat" variantının
müzakirəsi ilə
bağlı fəallıq
nümayiş etdirirlər.
Həmin mərkəzlər
başa düşürlər
ki, müqavilə imzalanandan sonra Paşinyanı hakimiyyətdə
saxlamaq nəinki qeyri-mümkün ola, həm də məqsədəuyğun olmaya
bilər. Buna görə də onlar "B planı" tapmağa çalışırlar".
Qeyd olunur ki, Paşinyanın dəyişdirilməsi məsələsi
həm də öz siyasi maraqlarını qorumaq və onları sona qədər irəli aparmaq, gələcəkdə regional
proseslərdən kənarda
qalmamaq baxımından
əsasdır. Müvafiq
olaraq, bir neçə mümkün
namizəd müzakirə
edilir ki, onlar da təbii
olaraq Qərb qanadına aiddir. Yeri gəlmişkən, namizədlər arasında
Paşinyanın komandasının
bəzi üzvləri
ilə yanaşı, hazırda Hayastanın daxili siyasi həyatında
fəal olmayan fiqurların da olduğu barədə məlumatlar var.
Elçin CƏFƏROV,
Azərbaycan.-2024.-
21 avqust, № 178.- S.12.