Seçki prosesində aşkarlıq institutlarının veb-kameraların rolu

 

2024-cü il sentyabrın 1-də ilk dəfə ölkəmizin bütün suveren ərazilərində Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək. Əvvəlki illərdə keçirilən seçkilərdə olduğu kimi, bu seçkilərdə aşkarlıq institutlarına hərtərəfli geniş imkanlar yaradılması şəffaflığın təmin olunması əsas prioritet məsələlərdəndir.

Mərkəzi Seçki Komissiyasının (MSK) Milli Məclisə seçkilərlə əlaqədar ardıcıl sistemli şəkildə reallaşdırdığı çoxsaylı irimiqyaslı layihələrin böyük bir qismi məhz seçki prosesində aşkarlığın şəffaflığın yüksək səviyyədə təmin olunmasına hədəflənib. Seçkilərin geniş aşkarlıq mühitində şəffaf keçirilməsi üçün müxtəlif metod qaydalardan, habelə fərqli müşahidə formalarından istifadə olunur. Yerli beynəlxalq müşahidəçilərin, media mənsublarının proseslərdə yaxından iştirakı, beynəlxalq metod kimi tətbiq olunan "exit-poll" keçirilməsi, seçki komissiyalarının şəffaf fəaliyyəti, o cümlədən qaynar xətt, internet resursları artıq 16 ildir ki, respublikamızda uğurla gerçəkləşdirilən veb-kamera təcrübəsi şəffaflığın təmin edilməsində olduqca mühüm rol oynayır. Bütün bunlar seçki prosesini əvvəldən axıradək izləməyə, geniş hərtərəfli müşahidə aparmağa nəhayət, aşkarlığın daha dolğun təminatına şərait yaradır
Azərbaycanda keçirilən seçkilər daim çoxsaylı yerli beynəlxalq müşahidəçilərin, eləcə yerli beynəlxalq media subyektləri nümayəndələrinin iştirakı ilə xarakterizə olunur. Seçkiləri izləmək üçün kifayət qədər sadə operativ həyata keçirilən prosedurlar, proseslərin ilbəil daha da təkmilləşdirilməsi informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərinin uğurla tətbiqi şəffaflıq üçün ən yüksək səviyyədə ortaya qoyulmuş siyasi iradənin bariz nümunələridir
Aşkarlıq institutunun əsas formalarından olan müşahidəçilik fəaliyyəti ictimaiyyətin xüsusilə önəm verdiyi qarşılıqlı nəzarət funksiyasıdır. Məmnuniyyətlə vurğulamaq olar ki, Azərbaycan müşahidəçilərin akkreditasiyasına dair Seçki Məcəlləsində nəzərdə tutulan prosedurlar baxımından öz sadəliyinə rahatlığına görə nümunədir. Öz mütərəqqiliyi ilə diqqət çəkən seçki qanunvericiliyi istər yerli, istərsə beynəlxalq müşahidəçilərin seçkilərdə iştirakı fəaliyyəti üçün geniş imkanlar yaradır
Seçki Məcəlləsi həmçinin keyfiyyətli, obyektiv qərəzsiz müşahidənin aparılması üçün konkret prinsiplər müəyyən edir. Bu prinsiplər birbaşa seçki prosesinin müşahidəsinin effektivliyini yüksəltməyə, seçki praktikasının təkmilləşdirilməsinə vətəndaşların konstitusion hüquqlarının daha səmərəli realizə olunmasına xidmət edir: seçki prosesinə bir namizədin ya siyasi partiyanın mənafeləri naminə təsir göstərilməməli, müşahidə edilən hərəkətlərə aid olan bütün hallar faktlar nəzərə alınmalı, müşahidə açıq aparılmalı müşahidənin yekunları faktlara əsaslanmalıdır
Milli Məclisə seçkilərdə proseslərin müşahidəsi bir qayda olaraq müşahidəçinin öz təşəbbüsü ilə ya qeydə alınmış namizədin, namizədi qeydə alınmış siyasi partiyanın, eyni zamanda seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında aparılır. Seçki komissiyalarının iclaslarında, seçki sənədləri səslərin hesablanması ilə əlaqədar işin gedişində media mənsublarının da eynilə iştirak etmək hüququ vardır. Ölkənin bütün ərazisində müşahidənin aparılmasına dair ərizə seçkilərin elan edildiyi gündən başlayaraq, seçkilərin keçirilməsinə 10 gün qalanadək MSK-ya təqdim edilir. Ərizədə müşahidə aparmaq niyyətində olan şəxsin soyadı, adı, atasının adı, yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsinin seriya nömrəsi, zərurət olduqda isə həm maraqları təmsil olunacaq namizədin adı, qeyri-hökumət təşkilatının, siyasi partiyanın, adı hüquqi ünvanı göstərilir. İki fotoşəkil əlavə olunan hər bir ərizəyə dair qərar onun verildiyi tarixdən başlayaraq 3 gün müddətində qəbul edilir. Ərizəçinin müşahidəçi qismində qeydiyyatından imtina olunması halı yalnız ərizədə göstərilən məlumatlar yanlış olduqda baş verə bilər. Müşahidənin aparılmasına icazə verildikdə müşahidəçiyə MSK-nın müəyyən etdiyi formada lövhəcik verilir. Bu məqamda məmnuniyyətlə vurğulamaq yerinə düşər ki, Azərbaycanda keçirilən seçkilərdə müşahidəçilik üçün müraciətlər daim müsbət qarşılanır müşahidəçiliklə bağlı imtinaya rast gəlinmir.
Seçki dairəsinin ərazisində müşahidənin aparılmasına dair ərizə isə seçkilərin elan edildiyi gündən başlayaraq seçkilərin keçirilməsinə 5 gün qalanadək müvafiq dairə seçki komissiyasına təqdim edilməlidir. Bu ərizədə yuxarıda qeyd edilən məlumatlar göstərilməli ərizəyə iki fotoşəkil əlavə olunmalıdır. Müşahidənin aparılmasına icazə verildikdə dairə seçki komissiyası müşahidəçiyə MSK-nın müəyyən etdiyi formada lövhəcik təqdim edir.
Müşahidə seçkilər elan olunduğu gündən başlanır müvafiq məhkəmələrdə seçkilərlə əlaqədar bütün mübahisələrə baxıldıqdan sonra seçkilərin yekunlarının rəsmi dərc edildiyi gün bitir. Yerli beynəlxalq müşahidəçilər eyni hüquqlara malikdir eyni vəzifələr daşıyırlar. Onların seçici siyahıları ilə tanış olmaq, səsvermə günü istədiyi vaxt müvafiq seçki məntəqəsində olmaq, seçki bülletenlərinin verilməsini, səsvermə yerindən kənarda seçicilərin səs verməsini, seçki bülletenlərinin, ləğv edilmiş seçki bülletenlərinin sayılmasını müşahidə etmək kimi hüquqları var. 
Sadalananlardan başqa, müşahidəçilər seçicilərin səslərinin hesablanmasına, seçicilərin səsləri hesablanarkən doldurulmuş ya doldurulmamış hər bir seçki bülleteninə səsin etibarlılığını yoxlamaq məqsədilə baxa, səsvermənin nəticələri seçkilərin yekunları haqqında seçki komissiyasının protokolu digər sənədlərlə tanış ola, səsvermənin təşkili ilə əlaqədar təklif iradlarla məntəqə seçki komissiyasının sədrinə, o olmadıqda isə onu əvəz edən şəxsə müraciət edə bilər. Müşahidəçilərin həmçinin səsvermənin nəticələri seçkilərin yekunları haqqında protokolların surətini əldə etmək hüququ da vardır.
Müşahidəçi statusu olan şəxslərə seçki komissiyalarının iclaslarını, səslərin hesablanması, dairə məntəqə seçki komissiyalarında seçki bülletenləri səsvermənin nəticələrinə dair protokollar da daxil olmaqla, bütün seçki sənədləri ilə aparılan işi müşahidə etmək, həmçinin dairə məntəqə seçki komissiyalarının qərarlarının digər seçki sənədlərinin (seçici siyahıları, səsvermə üçün qeydiyyatdan çıxma vəsiqələrinin, seçki bülletenləri imza vərəqələri istisna olmaqla) surətlərini  əvəzsiz almaq imkanı yaradılır. Müşahidəçi statusu olan şəxslərdən seçki komissiyalarının iclaslarında iştirak etmək yuxarıda sözügedən sənədlərlə tanış olmaq üçün seçki komissiyalarından əlavə icazə almaq tələb olunmur onların seçki sənədləri ilə aparılan ya səslər hesablanan yerə sərbəst daxil olmaları təmin edilir.
Yerli müşahidəçilər MSK ya dairə seçki komissiyalarında, beynəlxalq müşahidəçilər MSK-da akkreditasiyadan keçməklə bütün seçki prosesini maneəsiz şəkildə izləyə bilirlər. Müşahidəçi statusuna malik beynəlxalq media nümayəndələri isə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində müvafiq akkreditasiyadan keçdikdən sonra MSK-ya müraciət edir onlar müvafiq lövhəciklərlə təmin olunurlar. Yalnız belə lövhəciyin olması beynəlxalq müşahidəçiyə seçkilərin hazırlanması keçirilməsi dövründə fəaliyyət göstərmək imkanı verir. Həm yerli, həm beynəlxalq müşahidəçilər bütün fəaliyyətləri zamanı qərəzsiz bitərəf olmalıdırlar. Seçkilər zamanı yerli media mənsublarının da hər hansı bir qeydiyyatdan keçmədən prosesləri izləmələrinə hərtərəfli şərait yaradılır.  
Seçki qanunvericiliyi müşahidəçilərin fəaliyyəti ilə bağlı bəzi məsuliyyətləri özündə ehtiva edir.
Belə ki, seçicilərə seçki bülletenləri vermək, seçiciyə necə səs verəcəyi ya necə səs verdiyi haqqında sualla müraciət etmək, seçicinin xahişi ilə onun əvəzinə seçki bülleteninin alınması haqqında imza etmək bülleteni doldurmaq, seçki bülletenlərinin hesablanmasında birbaşa iştirak etmək, seçki komissiyalarının işinə maneə törədən hərəkətlər etmək, seçicilər arasında təşviqat aparmaq, hər hansı bir namizədin, siyasi partiyanın, siyasi partiya bloklarının dəstəklənməsinə yönəldilən ya bu cür qiymətləndirilə bilən çağırışlar etmək, seçki komissiyasının qərarlarının qəbul olunmasına müdaxilə etmək öz statusu ilə bağlı suallar istisna olmaqla, seçicilərin suallarına cavab vermək müşahidəçilərə qadağan olunur. Bu tələblərin əksinə hərəkət edən müşahidəçinin qeydiyyatı onu qeydə almış seçki komissiyasının müraciəti əsasında müvafiq məhkəmə orqanı tərəfindən ləğv edilə bilər.
Aşkarlığın təmin olunması ictimaiyyətin məlumatlandırılmasında mühüm yer tutan media subyektlərinin nümayəndələri seçki komissiyalarının bütün iclaslarını işıqlandıra, səsvermənin nəticələri seçkilərin yekunları haqqında protokollarla qərarlarla tanış ola, habelə seçki prosesini maneəsiz, tam sərbəst izləyə müvafiq məlumatları ala bilərlər.
Milli Məclisə seçkilərlə əlaqədar MSK-nın məqsədyönlü şəkildə reallaşdırdığı layihələrin önəmli bir hissəsi, məhz seçki prosesinin müşahidəsinə qatılan aşkarlıq institutlarının məlumatlılığının artırılmasına, onlar üçün hərtərəfli geniş imkanların təmin olunmasına hədəflənib. Belə ki, həm yerli beynəlxalq müşahidəçilər, həm yerli xarici media nümayəndələri üçün seçki prosesini əvvəldən axıradək sərbəst müşahidə etmək üçün hər cür şərait yaradılıb. MSK-nın genişmiqyaslı proqramı çərçivəsində fərqli statuslu digər seçki iştirakçıları ilə yanaşı, müşahidəçilər üçün müxtəlif dillərdə  maarifləndirmə xarakterli əyani materiallar - "Seçki günü üçün yaddaş" "Müşahidəçilər üçün yaddaş" kitabçaları, habelə digər metodiki vəsaitlər hazırlanıb
MSK respublikada keçirilən seçkilərdə şəffaflığın yüksək səviyyədə təmin olunması üçün informasiya-kommunikasiya texnologiyalarının imkanlarından da geniş istifadə edir. Azərbaycanın seçki tarixində artıq 16 ildir ki, müvəffəqiyyətlə tətbiq olunan seçki prosesini canlı, arasıkəsilmədən fasiləsiz izləməyə imkan verən veb-kameralardan istifadə təcrübəsini həqiqətən böyük tarixi nailiyyət hesab etmək olar. Uzun illərdir ki, effektivliyi ilə öz təsdiqini tapmış veb-kamera təcrübəsinin qarşıdan gələn Milli Məclisə seçkilərdə gerçəkləşdirilməsi nəzərdə tutulur. Səsvermə günü seçki məntəqələrində veb-kameralardan istifadə olunması veb-kamera quraşdırılan seçki məntəqələrinin elan edilməsi MSK-nın qərarı ilə həyata keçirilir. Qeyd etmək lazımdır ki, bu veb-kameralar vasitəsilə internet istifadəçiləri istər ölkə daxilindən, istərsə xaricdən MSK-nın internet səhifəsinə daxil olaraq, heç bir qeydiyyat tələb olunmadan səsvermə prosesi, səslərin sayılması, nəticələrin müəyyənləşdirilməsi rəsmi protokolların doldurulmasını arasıkəsilmədən canlı müşahidə etmək imkanı əldə edir. Seçkilərdə şəffaflığın təmin olunmasında iştirak edən çoxsaylı aşkarlıq institutları ilə bərabər, veb-kameraların da tətbiq olunması Milli Məclisə seçkilərin internet istifadəçiləri tərəfindən səsvermə günü birbaşa izlənməsinə beləliklə, aşkarlığın şəffaflığın daha yüksək səviyyədə təmin olunmasına şərait yaradacaq.
Şəffaflıqdan danışarkən MSK-nın illərdən bəri fəaliyyət göstərən seçki subyektlərinin etibarlı məlumat mənbəyinə çevrilən 115 nömrəli qaynar xəttini vurğulamaq yerinə düşər. Avtomatlaşdırılmış telefon elektron qaynar xətlərə daxil olan müxtəlif mövzularla bağlı sorğular, eləcə digər hüquqi məsələlər dərhal cavablandırılır operativ şəkildə lazımi addımlar atılır.
Seçki subyektlərinin maarifləndirilməsinin proseslərin şəffaflığının təmin olunmasında digər mühüm vasitələrdən biri MSK-nın internet səhifəsidir (www.msk.gov.az, www.cec.gov.az, www.infocenter.gov.az). Azərbaycan Respublikasının Konstitusiyası, Seçki Məcəlləsi, MSK tərəfindən qəbul edilmiş təlimat, izah qaydalar, komissiyanın qərarları (iclaslardan dərhal sonra yerləşdirilməklə), Milli Məclisə seçkilərdə deputatlığa namizədlər, eləcə seçkilərlə bağlı bütün digər məlumatlar Azərbaycan ingilis dillərində internet səhifəsində mövcuddur. Bundan başqa, seçki dairələrinin seçki məntəqələrinin dislokasiyası, seçicilərin axtarış sistemi, əvvəlki seçkilərlə bağlı məlumatlar, qeydə alınmış namizədlər haqqında informasiya, seçki komissiyalarının tərkibi, ünvanı, əlaqə məlumatları, seçki məntəqələrinin ünvanı xəritəsi, seçicilərin siyahısı, seçkiqabağı təşviqatla əlaqədar məlumatlar, MSK-nın mətbuat bülletenləri ictimaiyyət üçün maraq kəsb edən digər informasiyalar da saytda yerləşdirilib. Komissiyanın sosial şəbəkələrdəki səhifəsi istifadəçilərin ixtiyarına verilib məlumatlar mütəmadi olaraq bu səhifələrdə yerləşdirilir.
Ölkəmizdə keçirilən seçkilərdə proseslərin digər mərhələlərində olduğu kimi, seçki günü səsvermə başa çatdıqdan sonra aşkarlıq şəffaflıq yüksək səviyyədə təmin olunur. Belə ki, səsvermə günü 5 dəfə - saat 10:00, 12:00, 15:00, 17:00 19:00-da seçicilərin fəallığı barədə məlumatlar Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi şəbəkəsi üzərindən xüsusi proqram təminatı vasitəsilə birbaşa MSK-ya ötürülərək ictimailəşdirilir komissiyanın internet səhifəsində yerləşdirilir. Seçkilər başa çatdıqdan seçki məntəqələri bağlandıqdan sonra maraqlı şəxslərin maneəsiz şəkildə məlumat alması məqsədilə ölkə üzrə seçki məntəqələrindən səsvermənin yekunları barədə daxil olan ilkin məlumatlar DAİS-in xüsusi proqram təminatı vasitəsilə birbaşa MSK-nın internet səhifəsinə ötürülərək, oradan bütün yerli beynəlxalq ictimaiyyətin diqqətinə təqdim olunur
Əminliklə vurğulamaq olar ki, seçki qanunvericiliyindən irəli gələn bəhs etdiyimiz bütün hüquqi vasitə normalar, eləcə ardıcıl, sistemli intensiv şəkildə reallaşdırılan genişmiqyaslı layihələr qarşıdan gələn Milli Məclisə seçkilərin tam aşkarlıq şəffaflıq mühitində keçməsinə layiqli töhfə verəcəkdir.

 

Rəşid Yusifbəyli,

Mərkəzi Seçki Komissiyası

Katibliyinin Beynəlxalq

əlaqələr şöbəsinin müdiri

Azərbaycan.-2024.- 18 avqust (№176).- S.4.