"Azərbaycan İndoneziya ilə
münasibətlərinin hərtərəfli inkişafına
böyük əhəmiyyət verir"
İndoneziya
Respublikasının Prezidenti Zati-aliləri cənab Coko Vidodoya
Hörmətli cənab
Prezident,
İndoneziya Respublikasının
milli bayramı – Müstəqillik Günü
münasibətilə Sizə
və Sizin simanızda dost xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi
və xoş arzularımı yetirməkdən
məmnunluq duyuram.
Azərbaycan İndoneziya
ilə münasibətlərinin
hərtərəfli inkişafına
böyük əhəmiyyət
verir. Ölkələrimiz
arasında formalaşmış
dostluq münasibətləri
bir sıra istiqamətlər üzrə
əməkdaşlığımız üçün əlverişli
imkanlar açmışdır.
“ASAN xidmət” modelinin
ölkənizdə uğurla
tətbiqi və bu sahədə fəal əməkdaşlığımız
məmnunluq doğurur.
İnanıram ki,
dost xalqlarımızın
mənafelərinə uyğun
olaraq
Azərbaycan-İndoneziya əlaqələri, ikitərəfli
qaydada və çoxtərəfli müstəvilərdə
birgə fəaliyyətimiz,
o cümlədən Bakıda
təşkil ediləcək
COP29 çərçivəsində əməkdaşlığımız bundan sonra da
uğurla davam edəcəkdir.
Belə bir əlamətdar
gündə Sizə möhkəm cansağlığı,
xoşbəxtlik, işlərinizdə uğurlar, dost
İndoneziya xalqına daim əmin-amanlıq və
firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
14 avqust 2024-cü il
Azərbaycan.-2024.- 18 avqust
(№ 176).- S.1.