“Azərbaycan
Respublikasının Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyi ilə Pakistan İslam Respublikasının
İnformasiya Texnologiyaları
və Telekommunikasiya Nazirliyi arasında informasiya və kommunikasiya texnologiyaları
sahəsində əməkdaşlıq
haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. 2024-cü il iyulun
11-də İslamabad şəhərində
imzalanmış “Azərbaycan
Respublikasının Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyi ilə Pakistan İslam Respublikasının
İnformasiya Texnologiyaları
və Telekommunikasiya Nazirliyi arasında informasiya və kommunikasiya texnologiyaları
sahəsində əməkdaşlıq
haqqında Anlaşma Memorandumu” təsdiq edilsin.
2. Bu Fərmanın
1-ci hissəsində göstərilən
Anlaşma Memorandumu qüvvəyə mindikdən
sonra Azərbaycan Respublikasının Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyi onun müddəalarının
həyata keçirilməsini
təmin etsin.
3. Azərbaycan Respublikasının
Xarici İşlər
Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə
minməsi üçün
zəruri olan dövlətdaxili prosedurların
yerinə yetirildiyi barədə Pakistan İslam Respublikası Hökumətinə bildiriş
göndərsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
17 avqust 2024-cü il
Azərbaycan.-2024.-
18 avqust (¹176).- S.2.