ABŞ-da Azərbaycan
Evinin açılışı
olub
AZƏRTAC-ın verdiyi məlumata görə, Virciniya ştatının
paytaxt Vaşinqtona yaxın yerləşən
Aleksandriya şəhərində
yerləşən Azərbaycan
Evinin açılışı
mərasimində ətraf
şəhərlərdə yaşayan azərbaycanlılar,
diaspor nümayəndələri,
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları
iştirak ediblər.
Açılış lentini komitə sədri Fuad
Muradov kəsib. Daha sonra
çıxış edən
Azərbaycan Evinin həmtəsisçisi Ayan Əliyeva
bildirib ki, Azərbaycan
Evi-Azərbaycan Assosiasiyasının
əsas məqsədi
ilkin mərhələdə
Azərbaycandan gələn,
ABŞ-da doğulmuş uşaqlara
doğma dilimizin tədris edilməsidir.
Onun sözlərinə
görə, bu mərkəz Azərbaycan və Türk dünyası
üçün mühüm
rol oynayacaq.
Azərbaycan Evinin digər həmtəsisçisi
Sevda Tahirli 5 ildir bu ideya üzərində
iş apardıqlarını
bildirib. Qeyd edib ki, uzun illər
Azərbaycan mədəniyyəti,
incəsənəti, musiqisi,
mətbəxinin təbliğatı
istiqamətində gördükləri
işləri artıq
Azərbaycan Evi adı
altında davam etdirəcəklər. O, əsas
missiyalarının hər
kəsin bir araya gələcəyi, problemlərini həll edəcəyi, güvənəcəyi
bir məkan olması olduğunu diqqətə çatdırıb.
Diasporla İş
üzrə Dövlət
Komitəsinin sədri
Fuad Muradov Azərbaycanın dövlət olaraq bu fəaliyyətləri hər zaman dəstəkləməyə
davam edəcəyini bildirib. O vurğulayıb
ki, Azərbaycan evlərinin
funksional şəkildə
fəaliyyət göstərməsi
vacibdir və bu fəaliyyətlər əsasən icmanın istəkləri istiqamətində
olmalıdır. Fuad Muradov avqustun
əvvəllərində Laçında
Diaspor Gənclərinin
V Yay Düşərgəsinin keçirdiyini xatırladaraq
gənclərin də
bu fəaliyyətlərə
qoşulmasının əhəmiyyətini
qeyd edib.
Azərbaycanın ABŞ-dakı
səfirliyinin birinci katibi Toğrul Əliyev də səfirliyin azərbaycanlıların bu
istiqamətdəki fəaliyyətlərinə
dəstəyini ifadə
edib.
Azərbaycan.-2024.- 18 avqust
(№ 176).- S.4.