"Diaspor təşkilatları ABŞ-nin bir çox ştatlarında Azərbaycanın haqlı mövqeyinin təbliği baxımından aktiv fəaliyyət göstərirlər"

 

 

"ABŞ- Azərbaycan icması həm 44 günlük müharibə zamanı, həm sonrakı dövrdə çox böyük layihələr, tədbirlər həyata keçirib".

Bu sözləri AZƏRTAC-a açıqlamasında ABŞ- səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib. O bildirib ki, bu ölkədə Azərbaycan icmasının fəaliyyəti təkmilləşir. "Çox müsbət haldır ki, bizim gənclərimiz, yeni nəsil yaxşı universitetlərə daxil olur, oxuyur, universitetlərdə Tələbə Gənclər Təşkilatı yaradırlar. Təkcə son 3 ildə 8 böyük universitetdə bu fəaliyyətlər həyata keçirilib. ABŞ- Koordinasiya Şurası 2019-cu ildə təsis olunub sonrakı dövrlərdə daha da təkmilləşib. ABŞ- fəaliyyət göstərən əksər təşkilatlar həmin birliyə üzv olublar təşkilatın adı dəyişdirilərək hazırda Azərbaycan Amerika Təşkilatı kimi fəaliyyət göstərir. Bütün ştatlarda olan diaspor təşkilatlarımız həmin təşkilata qoşulub", - deyə komitə sədri əlavə edib.

Fuad Muradov bildirib ki, ABŞ- yaşayan Azərbaycan icması ilə mütəmadi olaraq görüşlər olur, planlar müzakirə edilir. O, bu ayın sonunda Azərbaycan Amerika Təşkilatı tərəfindən Corctaun Universitetində ABŞ- yaşayan Azərbaycan gənclərinin forumunun keçiriləcəyini diqqətə çatdırıb: "Bu gün həmin gənclərlə görüşdük, tədbirə hazırlığın gedişatı ilə maraqlandıq. 70-dən çox iştirakçı seçilib artıq proqram da təsdiq olunub. Ümid edirəm ki, Azərbaycan icması üçün vacib tədbir olacaq".

Görüşə paytaxt Vaşinqton ətraf ştatlardan olan diaspor fəalları qatılıblar. Görüş Azərbaycan ABŞ-nin Dövlət himnlərinin səsləndirilməsi ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin birdəqiqəlik sükutla yad olunması ilə başlayıb. Fuad Muradov komitənin son illər gördüyü genişmiqyaslı layihələr barədə məlumat verib, Prezident

İlham Əliyevin Dünya Azərbaycanlılarının V (Zəfər) Qurultayındakı çıxışında qarşıya qoyulan vəzifələrə diqqət çəkib. Bildirilib ki, dünya azərbaycanlıları, o cümlədən ABŞ-dəki icma hər zaman azərbaycançılıq ideologiyasına sadiqlik nümayiş etdirib, informasiya müharibəsində fəal iştirak edib, səmərəli fəaliyyət nəticəsində diasporun nüfuzunun artmasına nail olub. O, dünyanın 17 ölkəsində 28 Azərbaycan Evinin fəaliyyət göstərdiyini bildirib növbəti Azərbaycan Evinin ABŞ- açılacağını diqqətə çatdırıb.

Azərbaycanın ABŞ-dəki səfirliyinin birinci katibi Toğrul Əliyev Azərbaycan diasporunun fəaliyyətini icmanın daha da güclü olması üçün DİDK- əməkdaşlığın səmərəliliyini diqqətə çatdırıb.

Amerika Azərbaycan Təşkilatları Alyansının sədri Münəvvər Vahabova təşkilatın, eləcə Koordinasiya Şurasının işi barədə məlumat verib, fəaliyyət dairələrinin daha da genişləndiyindən danışıb.

ABŞ- yaşayan tanınmış həkim Şapur Ənsari çıxış edərək güclü Azərbaycanın diasporunun da gücləndiyini, yeni dövrün çağırışlarına hazır olduğunu, Vətən üçün daha çox görməyin vacibliyini vurğulayıb. Çıxışlarda həmçinin avqustun 1-dən 7-dək Laçında keçirilən Diaspor Gənclərinin V Yay Düşərgəsinin dünya azərbaycanlılarının böyük rəğbəti ilə qarşılandığı qeyd olunub.

İcma ilə görüşdə fikir mübadiləsi perspektivə dair müzakirələr aparılıb, komitənin diasporumuzun gördüyü işlərə dair müxtəlif videoçarxlar da nümayiş olunub.

Sonda bir neçə icma üzvünə təltif olunduqları medallar təqdim edilib. Florida ştatında Azərbaycan - Amerika Mədəniyyət Assosiasiyası yanında Təhsil Mədəniyyət Komitəsinin sədri, ABŞ Musiqiçiləri Gildiyasının üzvü, Florida Universitetinin fortepiano üzrə professoru Pərvin Muradovaya "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı, Amerika Azərbaycan İnteqrasiya Mərkəzinin rəhbəri Samir Novruzova, ABŞ-dəki Azərbaycan icmasının fəal üzvü Rəna Abbasovaya, ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) həmtəsisçisi, diaspor fəalı Bədir Məmmədliyə "Diaspor fəaliyyətində xidmətə görə" medalları təqdim edilib.

 

Azərbaycan.-2024.- 18 avqust (№ 176).- S.4.