“The Telegraph”: Fransanın
pensiya sistemi çökür
Emmanuel Makronun keçən ay keçirilən seçkilərdə
təhqir olunması onun flaqman pensiya
islahatının sonu
ola bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə Britaniyanın “The Telegraph” qəzeti
“Fransanın pensiya sistemi çökür” sərlövhəli məqaləsində
yazıb.
Fransada keçirilən
parlament seçkilərində
Prezidentin 2030-cu ilə
qədər minimum pensiya
yaşının 62-dən 64-ə qaldırılması ilə
bağlı olduqca mübahisəli siyasətinə
düşməncə yanaşan
ifrat solçu və ifrat sağçı
qüvvələrin mövqeyi
güclənib. Vətəndaşlar
dövlət pensiyasını
almaq üçün
43 il (hazırda 42 il) tam işləməli
olacaqlar.
Makron hesab edir ki, dövlət pensiya sisteminin qorunması üçün
islahatlar zəruridir, çünki Fransa əhalisi
qocalır. Hazırda ölkədə 17 milyon pensiyaçı yaşayır
ki, bu da 2004-cü illə
müqayisədə dörd
milyon nəfər çoxdur. Lakin bu siyasət Fransa seçicilərini
hiddətləndirib, onlar
qəti olaraq daha çox işləməməli olduqlarını
bildiriblər. Fransada dövlət pensiya yaşı digər böyük Avropa ölkələri ilə müqayisədə aşağıdır.
Almaniya pensiya yaşının 65-dən 67-yə qaldırılması prosesindədir.
İtaliyada artıq
67 yaş təşkil
edir.
Böyük Britaniyada
dövlət pensiya yaşı 2028-ci ildə
66-dan 67-yə, daha sonra
2040-cı illərin ortalarında
68-ə yüksəlməlidir.
Bu, Fransa siyasətində həm ifrat sağçı, həm də ifrat solçu partiyaların təqaüd
yaşının nəinki
eyni qalması, hətta aşağı salınması lazım olduğunu iddia etməsinə mane olmadı.
“Allianz Trade” sığorta şirkətinin
parisli iqtisadçısı
Maksim Darme hesab edir ki,
bu dəyişikliklər
ölkəyə 10 milyard
avro ilə 60 milyard avro arasında
ziyan vura bilər. Onun sözlərinə görə,
bu, “nəhəng fiskal boşluğa” gətirib çıxaracaq,
çünki Fransanın
büdcə kəsirini
2027-ci ilə qədər
ÜDM-in 3 faizindən aşağı
- Aİ qaydalarına əsasən
icazə verilən maksimum səviyyəyə
salmaq üçün
artıq 70 milyard avro qənaət pul lazımdır.
2023-cü ildə Fransada büdcə kəsiri
ÜDM-in 5,5 faizini təşkil
edib ki, bu da Avropa zonasında ən yüksək göstəricilərdən biridir.
Ölkə ÜDM-in 13,9 faizini
dövlət pensiyalarına
xərcləyir ki, bu
da İqtisadi Əməkdaşlıq
və İnkişaf Təşkilatının (İƏİT) orta göstəricisindən
demək olar ki, iki dəfə çoxdur. İƏİT-in məlumatına
görə, Fransada pensiya yaşı ilə gözlənilən
ömür uzunluğu
arasındakı fərq
kişilər üçün
27, qadınlar üçün
isə 23,5 ildir ki, bu da bütün ölkələr arasında
ən böyük göstəricidir.
Fransanın borc səviyyəsi ilə bağlı narahatlıqlar
“Standard & Poor's” reytinq agentliyinin
may ayında ölkənin
kredit reytinqini aşağı salmasına
səbəb olub.
“Moody's” xəbərdarlıq edib ki, pensiya islahatları ləğv olunarsa, o da eyni hərəkəti edə bilər.
Azərbaycan.-2024.-
18 avqust (¹ 176).- S.6.